Qaraciyəri gizli məhv edən 3 AMİL

Qaraciyəri gizli məhv edən 3 AMİLQaraciyər çox güclü və dözümlü orqandır. Lakin bəzi mənfi faktorların müntəzəm təsiri bu orqanın sağlamlığına çox ciddi ziyan vurur. Söhbət yalnız spirtli içkilər və qeyri-sağlam qidalanmadan getmir.
Milli.Az saglamolun.az-a istinadən bildirir ki, the Health Site portalı qaraciyərə alkoqol və ziyanlı qidalar qədər mənfi təsir edən bəzi amilləri sadalayıb.
İlk belə amil dərmanlardan sui-istifadədir. Əgər insan yerli-yersiz dərmanlar qəbul edirsə, bu qaraciyərə çox mənfi təsir edir. Dərmanlar qaraciyərdə zərərsizləşdirilir və tez-tez qəbul olunduqda bu orqanı zədələyir. İlk növbədə bu ağrıkəsicilərə aiddir. Belə ki, mütəxəssislərin sözlərinə görə parasetamolun bir neçə gün ərzində "aktiv" qəbulu qaraciyərə böyük zərbə vura bilir.
Mütəxəssislər tək dərmanlarla deyil, müxtəlif vitamin və mineral komplekslər, BAD və müalicəvi otlarla da ehtiyatlı olmağı tövsiyə edirlər. Hər belə vasitə yalnız həkimin təyini ilə qəbul olunmalıdır.
Hamı bilir ki, siqaret çəkmək ürək-damar və tənəffüs sisteminə ziyan vurur. Lakin bu pis vərdiş qaraciyəri də dağıdır. Orqanizmə daxil olan toksiki maddələr qaraciyərin hüceyrələrini məhv edən sərbəst radikalların əmələ gəlməsini stimullaşdırır.
Bəli, qaraciyər öz hüceyrələrini barpa etmək xüsusiyyətinə malikdir. Ancaq mənfi təsirlər nəticəsində bu proses ləngiyir və orqan tam şəkildə bərpa oluna bilmir.
Yuxunun az olması da qaraciyəri gizli məhv edən amillərdən biridir. Yuxu zamanı orqanizm və o cümlədən qaraciyər bərpa olunur və təmizlənir. Yuxunun az olması bu prosesləri pozur, qaraciyər özünü bərpa edə bilmir, yüklənir, "yorulur". Bu da onun funksiyalarını pozur.
Mütəxəssislərin fikrinə görə, qaraciyərin piylənməsinin də ilk səbəblərindən biri məhz yuxunun az olmasıdır. Qaraciyər orqanizmdə piylərin emalında əsas rol oynayır. Bu proses pozulduqda piylər orqanizmdə və o cümlədən qaraciyərdə toplanmağa başlayır. Nəzərə almaq lazımdır ki, qaraciyərin piylənməsi çox təhlükəli pozulmadır, onun fonunda qaraciyər sirrozu və xərçəng inkişaf edə bilər.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1239   Tarix: 12 may 2020
f Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır

Quşüzümü və mərcangilə hipertoniya və aterosklerozun yaranmasının qarşısını almağa kömək edir, eləcə də sidik yolu infeksiyalarına qarşı profilaktik vasitə kimi xidmət edir. -a istinadən xəbər verir ki, bu barədə rusiyal

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər. -a istinadən xəbər verir ki, təxminən 100.00 qadından ibarət bir qrup üzərində işləyən tədqiqatçılar daha yüksə

.

Bu yaşda ət yemək ömrü uzadır

Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməkl

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvən

.

Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir

Yeməkdən sonra qısa müddətli gəzinti qan şəkərinin yüksəlməsini məhdudlaşdırmağa və sağlamlığa müsbət təsir göstərməyə kömək edə bilər. xəbər verir ki, mütəxəssislərin tövsiyəsinə görə, yeməkdən sonra ilk 15 dəqiqə ərzind

.

Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinin orqanizmə təsiri ilə bağlı yeni araşdırma aparılıb. London Kral Mariya Universitetinin alimləri müəyyən ediblər ki, kofein hüceyrələrin enerji çatışmazlığına cavab verən qədim mexanizmini aktivləşdirə bilər. Alimlə

.

Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)

Sosial şəbəkələrdə aşağı ferritin səviyyəsinin insanın xarici görünüşünə təsiri ilə bağlı paylaşımlar geniş yayılıb. İstifadəçilər solğun dəri, gözaltı tünd dairələr, saç tökülməsi və kövrək dırnaqları "ferritin üzü"

turlar.az

gozel gorunmek toy gecesi geyim seçimi seksual fotolar morugun faydasi günay musayeva yemisan faydasi kosmetika hakisdalar yumurta yuxuda qara ilan gormek hakistalar novruza aid