Qardaşı qızını qaçıran əmi, qoşulub qaçan lezbiyanlar, toy gecəsi sevgilisinə qaçan gəlin - Azərbaycanda bir ayın BİABIRÇILIĞI!

Qardaşı qızını qaçıran əmi, qoşulub qaçan lezbiyanlar, toy gecəsi sevgilisinə qaçan gəlin - Azərbaycanda bir ayın BİABIRÇILIĞI!Sonxeber.az olaraq təxminən bir ay öncə ölkəmizdə baş verən, böyük rezonans doğuran hadisələrin xülasəsini təqdim edirik:

Gəncədə əmi 8 illik evliliyini qardaşının ailəli olan qızına görə bitirdi. Kişi evlənmək üçün 2 uşaq anası olan qardaşı qızını qaçırıb. 3 uşaq atası 26 yaşlı Həsən Səfərov qardaşının 23 yaşlı qızını qaçırıb. Hətta bu azmış kimi, onunla dini nikaha da daxil olub.
Həsənin həyat yoldaşı Həmidə Səfərova verdiyindən bizə inandırıcı gəlmədi. Ancaq təəssüf ki, təfərrüatlar bizi dəhşətə gətirdi. Onun sözlərinə görə, əri ilə qaynı qızı 1 ay əvvəl qoşulub qaçıblar. O isə uşaqlarını da götürərək Biləsuvarda öz ata evinə qayıdıb. Qadın deyir ki, əri ilə qaynı qızının münasibətindən evləndikdən bir müddət sonra şübhələnib. Amma hər dəfə bu mövzu açılanda həyat yoldaşı onu müxtəlif vasitələrlə təhdid edib.
Həsən Səfərovla telefonla əlaqə saxlamağa cəhd etsək də, baş tutmadı. İddiaların doğru olub-olmadığını öyrənmək üçün Həsən Səfərovun iddiaları isə daha dəhşətli idi.

Həyat yoldaşı Həmidə Səfərova isə deyir ki, ərinə qoşulub qaçan qaynı qızı evli olub, 2 uşaq anasıdır. Əmisi ilə evlənmək üçün 2 uşağını da yoldaşının üstünə atıb.
Qadının sözlərinə görə, əri ilə qızın üstündə tez -tez davaları düşüb. Sonda kişi boşanmaq üçün məhkəməyə müraciət edib. Amma uşaqları azyaşlı olduğundan hakim boşanmanı bir müddət təxirə salıb. Kişi də boşanma olmadan rəsmi nikahda ola-ola bu üsula əl atıb.

Bu hadisə Qərbdən gələn ağır təsirlərlə mədəniyyət və mentalitet deqredasiyasına bariz nümunədir. Öz qanından olan biri ilə belə bir addım nə adət-ənənələrimizə, nə də mənəvi dəyərlərimizə sığır. Kişinin qorumaqla mükəlləf olduğu namusuna xəyanət kimi görünən bu halı bütün cəmiyyət pisləməli, tarix boyu öz dəyərləri ilə ad salmış Azərbaycan ailəsinin belə mənfi hallardan qorunmasına çalışmalıdır. Görünür, Qərbdən gələn təsirin qarşısında bəziləri aciz qalıb. Bu fakt bir daha göstərir ki, milli-mənəvi dəyərlərimizə sahib çıxmalı, gələcək nəsillərə alnı açıq şəkildə ötürməliyik.

Digər biabırçı olay isə Azərbaycanda qız qızı qaçırması oldu.
Belə ki, Gəncə Dövlət Universitetinin tələbəsi olan Ayla Əliyeva tələbə yoldaşı Nazlı Qulamovaya (adlar şərtidir-red.) qoşulub qaçmışdı.

Bildirilir ki, hər iki tələbə ali məktəbin yuxarı kurs tələbələridir və xarici dil fakültəsində təhsil alırmışlar. Yaxınlar əvvəlcə qızların oğlan tərəfindən qaçırıldığını zənn etsələr də, sonradan məsələnin heç də belə olmadığı üçə çıxıb. Məlum olub ki, hər iki qız cinsi azlıq nümayəndəsidir və çoxdandır bir-birini "sevirmiş".

Daha sonra universitetdən eləcə də qızların ataları mətbuata açıqlamalarında qızların sevgili olmadığını bildirmişdilər. Yayılan xəbər sonradan təkzib olunsa da bu hadisə günümüzdə cəmiyyətdə cinsi çatışmazlıq probleminin geniş vüsət aldığını bir daha açıq-aşkar ortaya çıxarmış oldu.

Daha bir acınacaqlı vəziyyət isə Tovuz rayonunda ərinin işləməməsindən şikayətçi olan qadının ARB TV-də yayımlanan "Çıxış yolu verilişinə müraciət edib əri işləmə
diyinə görə onu evdən qovacağını deməsi oldu.

Qadın aparıcı ilə müsahibəsində bildirmişdi ki, belə getsə ərini evdən qovacaq.

"İşləmir ancaq evdə yatır. Dalaşıram ki, belə olmaz. Deyir neyniyim atam yox, anam yox. Hamı işləyir. Axşamlar hamının yoldaşı evə gəlir, mənim ərim isə evdə yatır".

Bir müddət əvvəl isə Gəncədə ərindən boşanaraq başqası ilə ailə quran qadının keçmiş ərini hamamda saxlaması da böyük rezonans yaratdı. Əlil olan kişinin pensiya kartını alan qadın onu ancaq yeməklə təmin edib. Bu barədə verilişə acınacaqlı durumda yaşayan kişinin qardaşı məlumat verib.

Ötən ay isə İmişlidə gəlin toy günü ərini atıb sevgilisi ilə qoşulub qaçdı.
Belə ki, aprelin 15-də İmişli şəhəri "Kral" şadlıq sarayında toy mərasimi keçirilən rayonun Qaradonlu kənd sakini Samirə Əliyeva (ad şərtidir :red) toydan sonra evdən qaçıb.

Gəlinin sevdiyi oğlanla bərabər qaçdığı bildirildi. Daha sonra gəlin toyu olan oğlanı sevmədiyini öz seçdiyi şəxslə birgə qaçdığını və ondan ayrılmayacağı barədə açıqlama verərək bütün suallara nöqtəsini qoymuş oldu.

Xəzər Televiziyasında efirə gedən "Bizə danış" verilişində efirə çıxan ər arvadının qonşularında kişiyə qoşulub qaçdığını demişdi.

"Arvadım Zeynəb bacısı ilə çıxıb getməyib. Deyirdilər qaçıb getdiyi müddətdə ata evində Şəmkirdə qalıb, amma Şəmkirdə qalmayıb. Atası evinə indi qayıdıb. Amma onu aparan qonşuları olub, Sacidin oğlu. Arvadımı qəbul etmirəm, başqa kişiyə qoşulub gedib. Oğlumu geri istəyirəm, arvadım onu məndən gizlədir. Qızı üstümə atıb, oğlunu aparıb. Qaynanamım oğlu yoxdur deyə mənim oğlumu özünə oğul eləmək istəyir.

Efir zamanı arvadının qoşulub qaçdığı şəxsin əleyhinə fikirlər səsləndirən ərin sözlərini aparıcı Xoşqədəm Baxşəliyeva yarımçıq kəsib.

Aparıcı Xoşqədəm Baxşəliyeva isə əsəbiləşərək bunları deyərək sanki qadına haqq qazandırdığını göstərmiş oldu:
"Şahin, efir burada sənin üçün kimsə təhdid və şantaj yeri deyil. Mənim efirimdə belə şeylər olmaz. Sənə konkret suallar verirəm, nə ad çəkirsən burada. Yaxşı kişi idin, aparmayaydı. Üstündə duraydın, nəzarət edəydin. Yaxşı kişinin arvadı yanında olar".

Son olaraq dünən baş vermiş ərin iki uşaq anası arvadını 25 dəfə bıçaqlayıb başını kəsməsi xəbəri eşidənləri dəhşətə gətirdi. Mingəçevir şəhərinin Xətai 16 ünvanındakı yaşayış binasında şəhər sakini Kənan Əzizovun həyat yoldaşı, iki uşaq anası Əzizova Günel Yusif qızını ailə münaqişəsinə görə anası və bacısı ilə birlikdə 25 dəfə bıçaqlayıb balta ilə başını kəsmələri eşidənlərin qanını donurur desək heç də yalan olmaz.

Məlum olub ki, ər həyat yoldaşına 25 bıçaq zərbəsi endirdikdən sonra balta ilə onun başını kəsməyə çalışıb. Günel Əzizovanın bacısı Gülşən xanım deyib ki, hadisəyə bacısının qayınanası ilə yola getməməsi səbəb olduğunu deyib.

"Bacımın qaynanası Nailə xanım sələmlə pul verir. O, dəfələrlə bacımı verdiyi sələmlərin faizini yığmaq üçün ünvanlara göndərirdi. Bacım isə həmişə bizə deyirdi ki, haram pul yeməkdən bezib. Bu zaman evlərində həmişə dava-dalaş olurdu. Mən hadisə olan günü uşaqlarımı xəstəxanaya gətirmişdim. Özüm Mingəçevirin Tərəvəzçilik sovxozunda oluram. Günorta bacımgilə zəng vurub hal-əhval soruşdum. Telefonu əri götürdü, yalandan dedi ki, guya Günel yuxa bişirir. Sən demə, saat 3 radələrində bacımı əri, baldızı və qaynanası birlikdə öldürüblər. Saat 4-də yenidən yığıb danışmaq istədim. Bu dəfə qayınanası götürdü telefonu və dedi ki, Kənan Güneli öldürüb, gəlin meyitinizə sahib çıxın".

Xəbərlər     Baxılıb: 3259   Tarix: 04 may 2017
f Paylaş

Oxşar xəbərlər

.

Stress zamanı bunları edin - Özünüzü daha yaxşı hiss edəcəksiniz

Stress gündəlik həyatda qarşılaşdığımız problemlərə və dəyişən şərtlərə orqanizmin verdiyi təbii reaksiyadır. xəbər verir ki, mütəxəssislərin fikrincə, stressi tamamilə aradan qaldırmaq mümkün olmasa da, müəyyən vərdişlə

.

Pilləkənlə qalxmağın faydaları – Sağlamlıq üçün təsirli vərdiş

Gündəlik həyatda lift əvəzinə pilləkəndən istifadə etmək fiziki aktivliyi artırmağın ən sadə yollarından biri hesab olunur. xəbər verir ki, mütəxəssislərin fikrincə, müntəzəm olaraq pilləkənlə qalxmaq ürək-damar sistemini

.

Dabanınız çatlayırsa, bunu edin

Daban çatlaması həm estetik, həm də tibbi baxımdan narahatlıq yaradan geniş yayılmış dəri problemidir. Əksər hallarda dərinin quruması ilə başlasa da, vaxtında qulluq edilmədikdə ağrı, qanama və infeksiya riski yarada bilər

.

Yayda idman edənlər bunlara diqqət etməlidir

Yay aylarında havanın temperaturunun yüksəlməsi idman zamanı orqanizmin daha çox yüklənməsinə səbəb ola bilər. xəbər verir ki, isti havada məşq edən şəxslər bəzi vacib məqamlara diqqət etməlidirlər. Məşq vaxtını düzgün seçin

.

Bədəndəki bu 10 əlamət ürək-damar xəstəliklərindən xəbər verə bilər

Bədəndə çox vaxt diqqətdən kənarda qalan bəzi əlamətlər yüksək xolesterin, damarların sərtləşməsi və hətta ürək çatışmazlığına işarə edə bilər. -ın məlumatına görə, mütəxəssislər bildirirlər ki, bədəndə ortaya çıxan bəz

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Uşağın qamətini pozan səhvlər: Valideynlər bunlara diqqət etsin

Düzgün oturuş qaydası onurğanın təbii əyriliyini qoruyur və tez yorulmanın qarşısını alır. Bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilən canlı yayım zamanı nazirliyin Elmi-Tədqiqat Travmatologiy

.

"İki nəfər üçün yeməlisən" deyirlər, amma… - Hamiləliklə bağlı məşhur yanlış

"Tibbdə geniş yayılmış "iki nəfər üçün yemək" yanaşması artıq elmi əsasını itirib". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilən canlı yayım zaman

.

Avtobusa minənlərin diqqətinə - Ciddi xəbərdarlıq edildi

Payız aylarında havaların soyuması ilə respirator virus infeksiyalarının yayılma riski artır. Xüsusilə qapalı və insanların sıx olduğu məkanlar, o cümlədən ictimai nəqliyyat vasitələri virusların yayılması üçün əlverişl

turlar.az

yemek reseptleri qaşların formalari toy gecesi kelem tutmasinin hazirlanmasi günün kombini döşlər mastopatiya haqqinda kosmetika aybawi nizami gencevi həsən bəy zərdabi cinsi uzeyir