Qarın piylərini əridən ƏN GÜCLÜ VASİTƏ

Qarın piylərini əridən ƏN GÜCLÜ VASİTƏVaxtilə qədim Ellada torpağında Olimpiya oyunları zamanı qalib idmançılar dəfnə yarpaqlarından hörülmüş çələnglə mükafatlandırılırdı. Hazırda isə dəfnə yarpaqlarından şorba və borşlara, turşulara, ət və balıq yeməklərinə dad qatmaq üçün istifadə olunur. Müasir kulinariyada az xörək tapmaq olar ki, onun içinə dəfnə yarpağı atılmasın. Lakin dəfnə yarpağının istifadə sahəsi bunlarla məhdudlaşmır. Ondan təbabətdə, kosmetologiyada və məişətdə də geniş istifadə edilir.
Xanim.az AZƏRTAC-a istinadən bildirir ki, Azərbaycan Milli Elmlər Akademiyasının Nəbatat Bağının aparıcı elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru Asif Mehralıyev Abitki haqqında ətraflı məlumat verib: "Dəfnə ağacı yarpaqlarını tökməyən orta boylu ağac bitkisidir, hündürlüyü 10 metrə çatır. Ən çox Türkiyədə bitir. Ölkəmizdə Xəzər dənizinin sahili ətraflarında ona rast gəlmək olar. Kiçik zeytun dənələrini xatırladan meyvələri ilk vaxtlar yaşıl rəngdə olsa da, sonradan qaralır. Yarpaq və meyvələri əziləndə spesifik xoş qoxu verir.

Həmişəyaşıl dəfnə ağacının yarpaqları yay və qış aylarında tökülmür, may və oktyabr aylarında yığılan yarpaqları daha xeyirlidir. Bitkinin zəhərli çöl dəfnəsi və Ərəbistan dəfnəsi növlərindən istifadə etmək olmaz.

Dəfnə yarpaqlarından təkcə xörəklərə dad qatmaq üçün istifadə edilmir, onun bir sıra müalicəvi xüsusiyyətləri də var. Tərkibi A və C vitaminləri, həmçinin dəmir, manqan, kalsium və maqnezium mineralları ilə zəngindir".

Bioloq-alim bitkinin tibbi əhəmiyyəti barədə danışarkən deyib: "Dəfnə yarpağının yağı qaraciyər ağrılarına xeyirlidir, ondan təngnəfəslik və bronxial astma xəstəliyində istifadə olunan dərman hazırlanır. Orqanizmi qüvvətləndirir, sidiyi qovur, toksiki maddələri və zəhərləri xaric edir. Allergiyaya meyilli olanların və hamilə qadınların dəfnə yarpağından istifadə etməsi məsləhət görülmür.

Mərcimək, noxud və düyü kimi ərzaqların uzun müddət qurdlamadan saxlanılması üçün içərisinə bir-iki ədəd dəfnə yarpağı atmaq kifayətdir.

Yarım litr suya 200 qr dəfnə yarpağı və 10 qr portağal qabığı əlavə edilərək 5 dəqiqə vam ocaqda qaynadılır, 10 dəqiqə ocaqdan kənarda dəmlənəndən sonra süzülür, balla qarışdırılır, həzmsizlik və iştahasızlıq zamanı hər dəfə yeməkdən qabaq 1 stəkan içilir.

Dəfnə meyvələri əzilir, balla qarışdırılaraq məcun halına gətirilir, qulunc və revmatizm ağrılarında gündə 3 dəfə 1 çay qaşığı qəbul edilir.

Dəfnə toxumlarının dəmlənilib içilməsi yaddaşı gücləndirir, bişirilməsi ilə vanna qəbul edilməsi sidik kisəsi və uşaqlığın iltihabi xəstəliklərində faydalıdır.

10 qr dəfnə yağı 100 qr iç yağı ilə qarışdırılır, revmatizm və oynaq ağrıları zamanı ağrıyan nahiyələrə sürtülür.

Dəfnə toxumu çeynəniləndə ağız qoxusunu aradan qaldırır.

Dəfnə yarpağının dəmləməsi qızdırma zamanı hərarəti aşağı salır, tərlədici təsir göstərir. Dəfnə yarpağının dəmləməsi şiddətli başağrılarını aradan qaldırır.

100 qr dəfnə yarpağı 1 litr suda qaynadılır, qrip və soyuqdəymə zamanı gündə 3 dəfə 1 stəkan qəbul edilir.

100 qr dəfnə toxumuna bal əlavə edilərək qarışdırılır, alınan məcunun gün ərzində qaşıq-qaşıq yeyilməsi başağrıları, miqren, revmatizm və təngnəfəsliyə qarşı tətbiq olunur.

A.Mehrəliyev bitkinin kosmetoloji sahədə istifadəsindən də danışıb: "Üzərində çivzələr və qara nöqtələr olan dərini təmizləmək üçün 10 ədəd xırdalanmış quru dəfnə yarpağı üzərinə 1 stəkan araq əlavə edilir, 1 gün saxlanandan sonra süzülür və dərinin iltihablaşmış nahiyələrinə çəkilir.

Dəfnə yarpağından hazırlanan şampun saç tökülməsinin qarşısını alır, saçlara yumşaqlıq və parlaqlıq verir.

Ağacdan yığılan meyvələr qazana tökülür, üzərinə su əlavə edilir, 2-3 saat vam ocaqda qaynadılır. Meyvələri suyun dibinə çökəndən sonra süzülür, yağın nisbi sıxlığı sudan yüngül olduğuna görə yağ suyun üzünə yığılır. Üstdə qalan yağ sudan ayrılır və saf dəfnə yağı əldə edilir.

Dəfnə sabunu saç tökülməsi və kəpəklənməni azaldır, dəriyə nəmləndirici və cavanlaşdırıcı təsir göstərir, antiseptik xüsusiyyətlərinə görə dəridə olan bakteriya və göbələkləri məhv edir. Gənclik sızanaqlarında da dəfnə sabunundan istifadə xeyirlidir. Dolablara və paltarların arasına qoyulanda təbii qoxusu və antiseptik xüsusiyyətləri həşəratların çəkilib getməsinə səbəb olur.

10 ədəd dəfnə yarpağı və 2 çubuq darçın 1 litr suya əlavə edilərək 10 dəqiqə qaynadılır və hər gün 1 stəkan içilir. Nəticə elə ilk həftədən hiss olunmağa başlayır. Çayın 1 ay içilməsi qarın piylərini əridir".

Sağlamlıq     Baxılıb: 9364   Tarix: 04 sentyabr 2017
f Paylaş


xidmetler

Oxşar xəbərlər

.

Xanımlar yayda dərilərini necə gözəl saxlaya bilər? - MƏSLƏHƏTLƏR

Yay mövsümü isti və günəşli keçdiyi üçün dəri səthlərində problemlər yaranır. Əsasən də qışda dərisini gözəlləşdirən xanımların yayda dəriləri eroziya uğrayır və baxımsızlaşır. Sağlamolun.az bu dəfə dərini gözəlləşdirən v

.

Masaj müalicəvi faydaları

Masaj xidməti müalicəvi xüsusiyyəti tarix boyu tanınmışdır. Dünyada icra edilən masajların nəzərdən keçirilən zaman göstərir ki, bunların çoxu, təxminən 90%-i, sağlamlığın bərpası məqsədilə tibbi masaj xidməti kimi icra edilir

.

Xalq təbabətinin əvəzedilməzi Nanə

Bir çox in . san mədə xəstəliklərindən əziyyət çəkir. Xalq təbabətində mədə ağrıları zamanı ən yaxşı bitki kimi nanənin adı çəkilir. Mütəxəssislər iştaha və qaz problemi olanlara, mədə ağrısından əziyyət çəkənlərə yaban

.

İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!

Əgər həqiqətən də 1 həftəyə 5 kq arıqlamaq istəyirsinizsə, əmin olun ki, bu sizdə alınacaq. Amma bir şərtlə ki, sizə təqdim etdiyimiz bu möcüzəli dietaya əməl edəsiniz. Bunu əsas sirri odur ki, 7 gün ərzində siz qida qəbu

.

Qara zirə (Çörək otunun) faydaları

1.Qara zirənin üyüdülmuş dənələrini balla qarişdirilmiş halda istifadə etmək öd kisəsindəki və böyrəklərdəki daşları əritməyə kömək edir. 2.Qara zirə orqanizmin iş qabiliyyətini və həyat tonusunu yüksəldir. 3.Qara zirəni

.

Cinsi həyatı pis olan kişiləri gözləyən təhlükə: beynində

Cinsi həyatı pis olan kişilərin beynində zədə aşkarlanıb. Mütəxəssislərin fikrincə, cinsi həyatımızla idrakımız arasında birbaşa əlaqə var. Pis bir cinsi həyat gələcək illərdə yaddaş problemlərinin xəbərçisi ola bilər. ABŞ-ı

.

Ağrı və əzabları aradan qaldırdan yağ - Qızılgül yağı cinsi həvəsi artırır

Bu günə qədər mövcud olduğunu bildiyimiz qızılgül yağı qədim dövrlərdə sağlamlıqda və bir çox xəstəliklərin müalicəsində istifadə edilən əsas yağdır. Osmanlı təbabətində "ağrı kəsici" olaraq xatırlanan qızılgü

.

Kişilər bu süddən içsə qadınlar məmnun qalır - Cinsi gücünü artıran vasitə

Badam hələ qədim zamanlardan kişilərdə cinsi gücünü artıran vasitə kimi tanınır. Badamın tərkibində olan nadir arginin aminturşusu təbii potensiya stimullaşdırıcısıdır. Həmçinin badam testosteronun ifrazını artıran maqneziu

.

Səhərlər acqarına 3 ədəd qoz yeməyin inanılmaz faydaları

Qoz beyinə faydaları ilə məşhur olsa da, başqa faydaları da var. Qozda A, E və B vitaminləri, həmçinin dəmir, sink, mis və maqnezium kimi minerallar mövcuddur. Acqarına qoz yeməyin faydaları bunlardır:. Enerji verir: Qozd

turlar.az

geymler 2026 geyim dəbləri toy makiyaji sekilleri seksual fotolar valideynlərə məsləhət gozalti qaralar ucun maska kosmetika qadin saglamlig aydin sani səməd vurğun qızlıq pərdəsi dostluq