Qarın, qol və ya beldə piylənmə… – Onlardan necə azad olaq?

Qarın, qol və ya beldə piylənmə… – Onlardan necə azad olaq?Artıq çəki və piylənmə dövrümüzdə bir çox insanı narahat edən ortaq problemlərdən biridir. Bəziləri isə hər hansı bir nahiyədə (qarın, bel, qollar və s.) yığılan piylərdən şikayətlənir. Ümumilikdə, artıq çəkili deyilsinizsə və sadəcə xüsusi nahiyələrdəki yağlar sizi narahat edirsə bu yazımızı diqqətli oxuyun.
Milli.Az gencaile.az-a istinadən bildirir ki, həkim diyetoloq Tutu Zeynalova söyləyir ki, belə problemlər karantin dönəmində daha da artdı. Hər gün "qarın nahiyəmdə piylənmə var" şikayəti ilə müraciət edənlərin də sayı olduqca çoxdur. Bu problemlərə daha çox ofis işlərində çalışan insanlarda rast gəlinir:
"Qeyd etmək istəyirəm ki, elə bir möcüzəvi qida yoxdur ki, siz onu yeyəcəksiz və qarnınızdakı piylər əriyəcək. Biz qidalara göstəriş verə bilmirik ki, xiyar yesəm qollarım, qatıq yesəm ayaqlarımdakı piylər əriməlidir, belə bir şey yoxdur. Gedən yağlar orqanizmin ümumi yağ depolarından və hansı nahiyədə yağlanma çoxdursa oradan gedəcək.
Mən bir mütəxəssis kimi, hansı nahiyədə piylənmə çoxdursa, onun səbəbini araşdırmağı tövsiyə edirəm. Bilmək lazımdır piylənmə nə ilə bağlıdır? Burada insulin müqaviməti, D vitamini əskikliyi, tiroid hormonlarının normal çalışmaması və digər başqa səbəblər ola bilər".
Həkim həyat tərzi dəyişikliyi olaraq onu tövsiyə edir ki, bol-bol maye qəbul edilsin:
"Hər gün minimum çəkimizin 3% mislində su içilməlidir. Burda söhbət saf sudan gedir, çay və qəhvədən deyil. Bundan başqa çalışmalıyıq ki, bol tərəvəzli qidalanaq və hazır məhsullardan, şəkərdən uzaq duraq. Bəzən biz meyvənin faydalı olduğunu düşünüb onu da normadan artıq qəbul edirik. Burda meyvə paylarına diqqət etmək lazımdır. Çünki meyvə şəkəri də şəkərdir və normadan artıq yeyilərsə bel nahiyəsində piylənməyə səbəb olur. Gündəlik meyvə norması 3 payın üstünə çıxmamalıdır. Protein ağırlıqlı, az karbohidratlı və faydalı yağlarla zəngin bir rasionun olması məqsədə uyğundur. Çalışmaq lazımdır ki, evdə işlədilən yağı zeytun yağı ilə dəyişib, rəngli tərəvəzlərdən istifadə edilsin".
Tutu xanım onu da qeyd edir ki, son illərdə qarın nahiyəsində piylərin artmasının ən əsas səbəblərindən biri, yanlış qidalanma ilə yanaşı yuxu rejiminin pozulmasıdır. Onun sözlərinə görə yuxusuzluq nəticəsində həmin şəxslər çəki almağa daha çox meyilli olurlar.
Diyetoloq sonda insanlara bol su içməyi, yaxşı yuxu yatmağı və həftədə minimum 150 dəqiqə fiziki aktivliyi tövsiyə etdi: "Fiziki aktivlik dedikdə məşq etmək nəzərdə tutulur. İdman zallarının bağlı olmasını bəhanə etmək olmaz. İstək olduqdan sonra evdə rəqs və yaxud da parkda gəzinti istənilən nəticəni almağa yardımçı olacaq".
Bir digər müsahibimiz isə fitness məşqçi Muxtar Qasımlı oldu.
M.Qasımlının fikrincə burada hər hansısa bir nahiyənin vurğulanması yanlış düşüncədir:
"Qarın və bel hissəsi yağ topladığından bu nahiyələr daha çox nəzərə çarpır. Bütün bunları qaydasına salmaq üçün isə həm xanımlar həm də bəylər, rejimli və aktiv həyat tərzi keçirməlidir. Qidalarda bitki tərkibli və doymuş yağlardan istifadə etmək, zülal dəyərini qaldırıb, karbohidrat dəyərini aşağı salmaq tövsiyə olunur".
Məşqçi onu da söylədi ki, səhərlər ac qarına edilən gəzinti həm sağlamlıq həm də görünüş üçün çox vacibdir. Bundan əlavə bitki çaylarından istifadə etmək, kofedən mümkün qədər uzaq durmaq lazımdır. Su isə ən sevimli içki olmalıdır.
Muxtar Qasımlı ev şəraitində edilə biləcək bir neçə sadə idman hərəkətlərini də oxuculara məsləhət gördü:
"Məşqi əyləncəli və şən hala gətirmək üçün, "Jumping jack", "ski jumping", "open jump", "mountain climber", "side lunge", "knee boxing", "bench lunge" kimi faydalı hərəkətləri ev şəraitində aktiv şəkildə edə bilərsiniz".
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1562   Tarix: 09 iyul 2020
f Paylaş

Oxşar xəbərlər

.

Təzyiqi aşağı salan 5 əsas qida

Qırmızı və bənövşəyi rəngli meyvə-tərəvəzlər qan təzyiqini normada saxlamaq üçün son dərəcə faydalıdır. qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə dietoloq Emma Derbişir bildirib. Mütəxəssis tərəfindən təzyiqi aşağ

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq

Gec yatmağa və gec oyanmağa üstünlük verən insanlar tez-tez narahatlıq və depressiya simptomları ilə üzləşirlər və iş günündən sonra daha zəif bərpa olunurlar. -a istinadən xəbər verir ki, bununla bağlı tədqiqatın nəticələr

.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvən

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA

Orta yaşlarda piylənməsi olan insanların yaşlılıq dövründə demensiyaya tutulma riskinin 33 faiz daha yüksək olduğu müəyyən edilib. xəbər verir ki, bu nəticə 19 uzunmüddətli araşdırmanın, ümumilikdə 589 min 649 nəfərin məlumatlarını

.

Saatlarla oturanların diqqətinə

"Uzun müddət oturaq vəziyyətdə qalmaq tromboz riskini ciddi şəkildə artırır. Bu təhlükə xüsusilə kiberidmançılar üçün aktualdır". -a istinadən xəbər verir ki, bunu -ya açıqlamasında rusiyalı professor Dmitri Berezovsk

.

Bu yaşda ət yemək ömrü uzadır

Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməkl

turlar.az

adlarin menasi reseptler toy makiyajlari pustenin faydalari qadın sağlamlıq şaftalının xeyri xorionik qonadotropin kosmetika nizami gəncəvi novruz bayrami hakisda janrlar novruza aid hakisdalar burclər