Qarının irəli çıxmasının gözlənilməz səbəbi - Mütəxəssisdən tövsiyələr

Qarının irəli çıxmasının gözlənilməz səbəbi - Mütəxəssisdən tövsiyələr"Bu gün əksər insanlar oturaq işlərdə çalışırlar. Bədən hər gün uzun müddət eyni vəziyyətdə qalır. Nəticədə bu, təkcə əzələlərin fəaliyyətinə deyil, həm də orqanizmin daxili proseslərinə (tənəffüs, limfa axını, qan dövranı) təsir edir".
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə gazeta.ru-ya rusiyalı məşqçi, balet və stretçinq üzrə mütəxəssis Kseniya Qufranova danışıb.
Onun sözlərinə görə, insanlar tez-tez boyun və kürəkdə, kürək sümükləri arasında və bel nahiyəsində ağrılardan şikayət edirlər.
Məşqçi bildirib ki, bu simptomlar çox vaxt hərəkət çatışmazlığından və tənəffüs prosesinin pozulmasından xəbər verir - məhz tənəffüsün dəyişməsi ilə qabarıq qarın kimi problemlər yaranır.
"Düzgün tənəffüs zamanı insan bədəni hava şarına bənzəyir: Nəfəs alanda döş qəfəsi və qarın eyni vaxtda "şişir", nəfəs verəndə isə sanki boşalırmış kimi kiçilir. Beləliklə, qarındaxili təzyiq bərabər paylanır. Lakin bədənin tez-tez və vərdiş edilmiş vəziyyəti tənəffüs prosesinə təsir edir. Uzun müddət oturmaq və hərəkətsizlik səbəbindən insan orqanizmi adaptasiya olur", - deyə o izah edib.
Onun sözlərinə görə, ilk olaraq qamətdə dəyişikliklər yaranır.
"Ən çox donqarlıq müşahidə olunur - baş və çiyinlər önə əyilir, çanaq burulur, insan daim sağrı əzələləri üzərində deyil, büzdüm üzərində oturur. Biz donqar oturanda aşağı qabırğalar qarına dirənir, qabırğaların genişlənmə hərəkəti prosesi pozulur. Sıxılmış diafraqma qarın boşluğu orqanlarına təzyiq göstərərək onları önə itələyir. Zamanla qarın əzələləri uzanır və zəifləyir. Kompüter ekranı qarşısında saatlarla əyri vəziyyətdə oturanda nəfəsalma və nəfəsvermənin necə getdiyinə diqqət yetirmək lazımdır", - deyə ekspert qeyd edib.
Mütəxəssis bildirib ki, qamətin transformasiyasının digər variantı - bel əyilməsi, kürək sümüklərinin bir-birinə yaxınlaşması, kürəkdə daimi gərginlikdir.
"Bu variasiyaların hər biri bir şeyə gətirib çıxarır - orqanizmin daxili əzələləri düzgün işləmir, onlar yükü bərabər paylaya bilmirlər. Nəticədə, qarın əzələlərinin hipotonusu və ya zəifləməsi - həmin o qabarıq qarın yaranır", - deyə məşqçi bildirib.
Məşqçi bu problem zamanı insanların nə qədər çalışsalar da, qarınlarının getməməsindən şikayətləndiyini vurğulayıb. Lakin qarın əzələlərinin hipotonusunu standart intensiv qarın əzələsi məşqləri ilə aradan qaldırılması demək olar ki, mümkün deyil.
"Problemin yaranma səbəblərini anlamaq və bütün bədənlə, hətta həyat tərzi ilə işləyərək onun həllinə kompleks yanaşmaq vacibdir. İlk növbədə, duruş və bədənin bütün silindri boyunca həcmli tənəffüsün bərpası üzərində işləmək lazımdır", - deyə məşqçi yekunlaşdırdı.
Milli.Az 

Xəbərlər     Baxılıb: 1070   Tarix: 18 fevral 2025
f Paylaş

Oxşar xəbərlər

.

Kifayət qədər yatırsınız, amma yorğun oyanırsınız - Səbəbi budur

Kifayət qədər yatmağınıza baxmayaraq səhərlər yorğun və halsız oyanırsınızsa, bunun səbəbi yalnız yuxusuzluq olmaya bilər. xəbər verir ki, mütəxəssislərin fikrincə, səhər yorğunluğu yuxu keyfiyyətini pozan vərdişlərdən v

.

Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinin orqanizmə təsiri ilə bağlı yeni araşdırma aparılıb. London Kral Mariya Universitetinin alimləri müəyyən ediblər ki, kofein hüceyrələrin enerji çatışmazlığına cavab verən qədim mexanizmini aktivləşdirə bilər. Alimlə

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasınd

.

Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA

Orta yaşlarda piylənməsi olan insanların yaşlılıq dövründə demensiyaya tutulma riskinin 33 faiz daha yüksək olduğu müəyyən edilib. xəbər verir ki, bu nəticə 19 uzunmüddətli araşdırmanın, ümumilikdə 589 min 649 nəfərin məlumatlarını

.

Dünyada nadir rast gəlinir: "Vampir xəstəliyi" nədir?

Ektodermal displaziya nadir rast gəlinən genetik xəstəliklər qrupuna daxildir. xəbər verir ki, xalq arasında bəzi əlamətlərinə görə "vampir xəstəliyi" kimi tanınan bu vəziyyət dəri, saç, dırnaq, diş və tər vəzilərini

.

"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…

Həftələrlə davam edən öskürək sadə narahatlıq kimi qəbul edilməməlidir. xəbər verir ki, mütəxəssislər xüsusilə gecə və səhər saatlarında artan öskürəyin bəzi ağciyər xəstəliklərinin əlaməti ola biləcəyini bildirirlər. Qey

turlar.az

yemek reseptleri geymler 2026 kosmetoloq murebbeler seksin növləri gozlerin bezenmesi heyvanlar kosmetika narin faydasi aslan gozellik tərəzi vətən haqqında bayatı