Qaş və kipriklərin tökülməsi

Qaş və kipriklərin tökülməsiQadınların tez-tez üzləşdiyi problemlərdən biri qaş və kipriklərin tökülməsi və zəifləməsidir. Təbii ki, insan orqanizmi daim yeniləndiyi üçün normaldır. Lakin bu şiddətli hal aldıqda həkimə müraciət etmək lazımdır. Əksər hallarda buna kimyəvi maddələr, keyfiyyətsiz kosmetik vasitələr, bəzən də daxili problemlər səbəb olur.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, həkim-dermatoloq Solmaz Orucova deyib: "Qaş və kipriklərin tökülmə səbəbləri hormonal problemlərlə əlaqədar olur, həmçinin hamiləlik dövrü və stress də ona səbəb olan əsas amillərdəndir. Süni kipriklərdən istifadə zamanı kipriklərin dibi tamamilə bağlı olduğuna görə soğancıqların cücərməsinə zərər verir. Süni kipriklərin tökülməsini laminasiya ilə bərpa etmək mümkündür".
Gündəlik qida rasionunun çoxçeşidliyi və rəngarəngliyi daha sağlam və gur kipriklərə sahib olmağa kömək edir. Vitamin və mikroelementlər qaş və kipriklərin uzanma və güclənməsinə kömək edir.
Həkim-dermatoloq bu barədə məsləhət verərək bildirib: "Dəri kimi kiprik və qaşlar üçün də bir müddət makiyajsız qalmaq, nəfəs almaq faydalıdır. Bundan əlavə onlara düzgün qulluq göstərməklə də inkişafını təmin etmək olar".
Onun dediyinə görə, qaş üçün istifadə olunan yağlardan biri də gənəkərçək yağıdır. Gənəkərçək yağı kipriklərin uzanmasına və daha qalın görünməsinə kömək edir. Normal halda yatmazdan əvvəl qaşa və kipriyə çəkilməsi müalicəvi təsir göstərir.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1635   Tarix: 20 mart 2020
f Paylaş

Oxşar xəbərlər

.

Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinin orqanizmə təsiri ilə bağlı yeni araşdırma aparılıb. London Kral Mariya Universitetinin alimləri müəyyən ediblər ki, kofein hüceyrələrin enerji çatışmazlığına cavab verən qədim mexanizmini aktivləşdirə bilər. Alimlə

.

Çox öskürənlər bunu oxusun

Uzun müddət davam edən öskürək bir çox insanın qarşılaşdığı problemlərdən biridir. Bəzən adi soyuqdəymədən sonra yaranan öskürək həftələrlə davam edə bilər. Lakin öskürəyin səbəbi hər zaman tənəffüs yolu infeksiyası olmur

.

Gözə linza taxdırmazdan əvvəl bunu mütləq bilməlisiniz

"Yeni nəsil göz içi linzalar üçün ciddi yaş məhdudiyyəti yoxdur. Linza seçimində əsas meyar yaş deyil, gözün ümumi vəziyyəti və pasiyentin gündəlik görmə ehtiyaclarıdır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyini

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

.

Yuxudan duran kimi bunu edin

Mütəxəssislərin fikrincə canlı və sağlam beyinə sahib olmaq üçün səhərlər müəyyən vərdişləri müntəzəm olaraq tətbiq etməlisiniz. axşam.az-a istinadən bildirir ki, yaşınızdan asılı olmayaraq, gündəlik vərdişləriniz beyninizi

.

İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf

Yapon alimləri dişlərin təbii yolla yenidən inkişafını stimullaşdıran eksperimental dərman üzərində işləyirlər. Bu preparat gələcəkdə stomatologiyada implant və protezlərə alternativ ola bilər. xəbər verir ki, bu barədə "Th

.

Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər. -a istinadən xəbər verir ki, təxminən 100.00 qadından ibarət bir qrup üzərində işləyən tədqiqatçılar daha yüksə

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

turlar.az

aksessuarlar makiyaj instagram yay geyimləri 2026 ayaq sismesi daginiq skleroz mualicesi sirin qiz statuslari dolmalar kosmetika olumu namiq qaraçuxurlu seksual novruz hakısdası badambura