Qaşları həm sabitləyir, həm də qulluq edir: Kətan toxumu ilə təbii dəstək

Qaşları həm sabitləyir, həm də qulluq edir: Kətan toxumu ilə təbii dəstəkSon illərdə qalın və baxımlı qaşlar gözəllik trendlərinin ayrılmaz hissəsinə çevrilib. Lakin tez-tez makiyaj etmək, yanlış qaş alma vərdişləri və ətraf mühit amilləri qaşların zəifləməsinə səbəb ola bilər. Kimyəvi tərkibli qaş sabitləyicilər isə həssas dərilərdə qıcıqlanma yarada bilir. Mütəxəssislər, xüsusilə Omeqa-3 ilə zəngin kətan toxumu və nəmləndirici Hindistan qozu yağının qarışığından hazırlanan təbii gel vasitəsilə qaşları həm bəsləməyi, həm də onları gün boyu düzgün formada saxlamağı tövsiyə edirlər.
Milli.Az xəbər verir ki, bu qarışım tibbi müalicə əvəzi deyil; sadəcə qaşları nəmləndirməyə, sağlam görünməsinə və təbii şəkildə sabitlənməsinə kömək edən qulluq vasitəsidir.
Hazırlanması üçün lazım olanlar:
1 çay qaşığı kətan toxumu
Yarım çay stəkanı içməli su
Yarım çay qaşığı Hindistan qozu yağı
Hazırlanma qaydası:
Kətan toxumunu və suyu kiçik bir qaba tökün. Kısık odda təxminən 5-7 dəqiqə, qarışıq qatılaşaraq gel halına gələnə qədər qaynadın.
Qarışıq hələ isti ikən incə bir süzgəc və ya tənzif vasitəsilə süzün. Bu addım gel içində toxum qalıqlarının qalmaması üçün vacibdir.
Gel hələ ilıq ikən içərisinə Hindistan qozu yağını əlavə edib yaxşıca qarışdırın. Soyuduqca gel daha da qatılaşacaq.
Hazırladığınız geli təmiz və qapaqlı kiçik bir şüşə qaba köçürün.
Necə istifadə olunur?
Təmiz bir tuş fırçasını gelə batırın, artıq hissəsini kənarda silin və qaşlarınızı istədiyiniz istiqamətdə darayaraq tətbiq edin.
Gel qısa müddətdə quruyaraq qaşların təbii görünüşünü pozmadan sabit qalmasını təmin edir.
Vacib məqamlar:
Tərkibində konservant (qoruyucu maddə) olmadığı üçün bu təbii geli mütləq soyuducuda saxlayın.
Gigiyena və təravəti qorumaq üçün hazırladığınız qarışığı bir həftə ərzində istifadə edib bitirin.
Əgər rəngində, qoxusunda və ya qatılığında dəyişiklik hiss etsəniz, onu istifadə etməyin və yenisini hazırlayın.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Xəbərlər     Baxılıb: 900   Tarix: 03 iyul 2026
f Paylaş

Oxşar xəbərlər

.

Təyyarədə hansı içkilərdən uzaq durmalıyıq?

Təyyarə səfərləri zamanı qəbul edilən bəzi içkilər orqanizmdə narahatlıq yarada, susuzluğu artıra və uçuşun daha yorucu keçməsinə səbəb ola bilər. xəbər verir ki, xüsusilə alkoqollu içkilərdən ehtiyatlı olmaq tövsiyə edilir

.

"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…

Həftələrlə davam edən öskürək sadə narahatlıq kimi qəbul edilməməlidir. xəbər verir ki, mütəxəssislər xüsusilə gecə və səhər saatlarında artan öskürəyin bəzi ağciyər xəstəliklərinin əlaməti ola biləcəyini bildirirlər. Qey

.

Səssiz irəliləyən xərçəng növü - İlk əlamətləri bunlardır

Tiroid xərçəngi uzun müddət heç bir ciddi əlamət vermədən inkişaf edə bilər. xəbər verir ki, mütəxəssislər boyunda yeni yaranan şişkinlik, böyüyən düyün və uzun müddət davam edən səs tutulmasının diqqətdən kənarda saxlanılmamasın

.

Çoxlarının etdiyi bu səhvlər ciddi problemlərə yol aça bilər

Gün ərzində saatlarla telefon və kompüter ekranına baxmaq, yanlış oturmaq və uzun müddət hərəkətsiz qalmaq boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim İdris Avcı boyun onurğasını yükləyə

.

Hər gün bunu etsəniz bel ağrısından xilas olarsınız

Bel və boyun ağrıları müasir dövrdə ən çox rast gəlinən sağlamlıq problemlərindən biridir. Mütəxəssislər isə bu ağrıların qarşısını almağın ən sadə yolunun gündəlik hərəkətlilikdən keçdiyini bildirirlər. axşam.az-a istinadə

.

Milçək deyib keçməyin, qidaya qonsa, yeməzdən əvvəl düşünün

Təbiət qoynunda pikniklər və ya eyvanda yemək zamanı tez-tez milçəklərlə qarşılaşırıq. Boşqabı qısa müddətə nəzarətsiz qoymaq kifayətdir ki, həşəratlar dərhal onun üzərinə qonsun. -a istinadən xəbər verir ki, rusiyalı həkim-infeksionis

.

"İki nəfər üçün yeməlisən" deyirlər, amma… - Hamiləliklə bağlı məşhur yanlış

"Tibbdə geniş yayılmış "iki nəfər üçün yemək" yanaşması artıq elmi əsasını itirib". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilən canlı yayım zaman

.

Göz quruluğunun səbəbi bəlli oldu

Smartfon, planşet və kompüterdən uzun müddət istifadə göz quruluğu şikayətlərini artırır. xəbər verir ki, mütəxəssislər gözlərdə yanma, batma, qızartı və görmənin bulanması kimi əlamətlərin diqqətdən kənarda saxlanılmamasın

.

Bu içki qaraciyəri qoruyurmuş

Qəhvənin yalnız enerji vermədiyi, qaraciyərin sağlamlığının qorunmasına da kömək edə biləcəyi bildirilir. -a istinadən bildirir ki, türkiyəli həkim, professor Onur Yaprakın sözlərinə görə, cəmiyyətin təxminən üçdə birind

turlar.az

toy gecesi makiyaj etmek qaydalari həkim məsləhəti elza seyidcahan siqaret tergitmeyin asan yolu şirniyyat ve tortlar nergiz pasayeva kosmetika sperma əfsanələr gozellik hekaye janri həsən bəy zərdabi