Qatil polis 3 gün əvvəl cinayət yerində olub - MARAQLI MƏQAM

Qatil polis 3 gün əvvəl cinayət yerində olub - MARAQLI MƏQAMRusiyanın Türkiyədəki səfirini qətlə yetirən polis əməkdaşı Mərt Altıntaş cinayəti törətməzdən 3 gün əvvəl də həmin sərgiyə gəlibmiş.

Qadınsaytı.az-in Lent.az-a istinadən xəbərinə görə, bu barədə səfirin sui-qəsdə uğradığı sərginin təşkilatçısı Timur Özkan məlumat verib. O bildirib ki, sərginin əməkdaşları qatil polisi 3 gün əvvəl də orada görüblər. Onun sözlərinə görə, M.Altıntaş qətldən 3 gün əvvəl də eyni kostyumda və polis vəsiqəsi ilə içəri girib.

Təşkilatçılar onun sərgi keçirilən zalı öyrənmək üçün gəldiyini, yoxsa səfirin sərgiyə gələcəyi tarixi qarışdırdığını bilmirlər.

**

11:25

Dünən Ankarada sərgi salonunda keçirilən tədbir zamanı Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovu güllələyərək öldürən 1994-cü il təvəllüdlü Mövlud Mert Altıntaşla bağlı yeni faktlar üzə çıxıb. Araşdırmalar nəticəsində məlum olub ki, çevik polis alayının əməkdaşı olan M.Altıntaş 15 iyul qiyamı zamanı Diyarbakırda ezamiyyətdə olub. 2 günlük ezamiyyətdən sonra M.Altıntaş Ankaraya qayıdıb. Maraqlıdır ki, çevriliş cəhdindən dərhal sonra Diyarbəkir Çevik Polis Alayının rəhbəri Kahraman Sezer FETÖ/PDY terror təşkilatına qarşı aparılan istintaq çərçivəsində həbs edilib. M.Altıntaşa həmin vaxt Ankaraya getmək üçün 2 günlük icazənin də həmin polis rəisi tərəfindən verildiyi üzə çıxıb.

Məlum olub ki, iyulun 16-da Diyarbakırdan Ankaraya gələn Mert Altıntaş Demetevler məhəlləsindəki evdə qalıb. Maraqlıdır ki, çevriliş cəhdindən sonra Türkiyədə bütün polislərə icazə almaq qadağan edilib. Bu ərəfədə M.Altıntaşa Kahraman Sezer tərəfindən 2 günlük icazə verilməsi araşdırılır. Onun Ankarada qalmaq üçün qeydiyyata düşdüyü evin "Todays Zaman" qəzetinin müxbirinin adına olması da diqqətdən qaçmayıb. "Todays Zaman" qəzeti Gülən camaatına məxsus olan media qurumlarından biridir.

Bu arada o da məlum olub ki, Mert Altıntaş səfirə qarşı cinayətə öncədən hazırlaşıb. O, Çankaya Sənət Qalereyasının yaxınlığındakı oteldə otaq tutub və tədbirin keçirilməsi saatını gözləyib. Onun hansısa qüvvələr tərəfindən kəşfiyyat məlumatı ilə təmin edildiyi ehtimal edilir.

Maraqlı məqamlardan digəri isə Mert Altıntaşın İstanbul Prokurorluğunun apardığı cinayət işlərindən birində şübhəli kimi qeyd edilməsidir. Belə ki, 2012-ci ildə polisə qəbul üçün imtahan verən Mert cavabları kopyaladığı üçün nəzarət altına düşüb. Bununla belə o, polis sisteminə daxil ola bilib və 2014-cü ildə Polis Hazırlıq Məktəbini bitirərək xidmətə başlayıb.

Aydının Söke qəsəbəsində qeydiyyatda olan M.Altıntaş ay yarım əvvəl Ankarada qeydiyyata düşüb.

Bu arada M.Altıntaşın 3 ailə üzvü saxlanılıb. Onun anası Hamidiye və atası Esrafil Altıntaş ilə birgə mağazada satıcı işləyən bacısı Seher Özeroğlu də ifadə vermək üçün aparılıb.

Xəbərlər     Baxılıb: 2730   Tarix: 21 dekabr 2016
f Paylaş

Oxşar xəbərlər

.

Bu saatlarda çölə ÇIXMAYIN

"Tozcuqların havadakı konsentrasiyası günün müxtəlif saatlarında dəyişir". xəbər verir ki, bunu canlı yayımda Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun pulmonoloqu Günay Əliyeva deyib. Onu

.

Hər səhər acqarına bir qaşıq için - Damarları şüşə kimi təmizləyir

Ənənəvi tibbin minilliklər boyu davam edən sirri müasir elmlə qarşılaşır. Hər səhər acqarına qəbul edilən bu qarışım təkcə immunitet sistemini gücləndirmir, həm də ateroskleroza qarşı qalxan təmin edir. . xəbər verir ki

.

Böyrək çatışmazlığına səbəb olan 6 QİDA

Böyrək sağlamlığını saniyələr içində təhdid edən "öldürücü qidaların" siyahısı açıqlanıb. xəbər verir ki, siyahını Yaponiyanın dünyaca məşhur nefroloqu, professor Dr. Masahiro Kohzuki hazırlayıb. Bir çox insanı

.

Yumurta alarkən mütləq koduna baxın - FOTO

Mağazadan yumurta alarkən diqqət yetirilməli vacib məqam var. xəbər verir ki, mütəxəssislər alış zamanı yumurtanın üzərindəki kodların mütləq yoxlanılmasını tövsiyə edirlər. Bildirilir ki, bu kodlar təsadüfi deyil və məhsulu

.

Kişi sağda, qadın solda yatmalıdır - SƏBƏB

Sağ tərəfin "kişi" enerjisini, sol tərəfin isə "qadın" enerjisini təmsil etdiyi iddiaları yenidən ortaya çıxıb. xəbər verir ki, ilk baxışdan əhəmiyyətsiz kimi görünsə də, bunun hətta münasibət dinamikasın

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Bazarda 4 manata satılan bu möcüzə təzyiqi stabilləşdirir

Görünüşünə görə kartofla qarışdırılan, lakin tibbi xüsusiyyətlərinə görə "təbii təzyiq tənzimləyicisi" adlandırılan yerarmudu, müasir tibbin diqqət mərkəzindədir.  xəbər verir ki, yerarmudu çox yüksək miqdarda kaliu

.

Siqaretdən 10 qat daha zərərli: Hər evdə var

Kork və Qalvey universitetlərinin tədqiqatçıları müəyyən ediblər ki, gündəlik həyatda tez-tez istifadə edilən ətirli şamlar havadakı incə toz səviyyəsini Ümumdünya Səhiyyə Təşkilatının tövsiyə etdiyi həddən 15 dəfə daha ço

.

Kəpəyi yox edən təbii üsullar

Saç dibindəki ekzema və kəpək problemi bir çox insan üçün əsl baş ağrısına çevrilib. Bahalı kimyəvi şampunlar bəzən istənilən nəticəni vermir. Lakin ev şəraitində hazırlanan təbii qarışıqlar bir neçə dəqiqəlik masajla b

turlar.az

adlarin menasi hamiləlik donlar 2026 quymaq resepti suni mayalanma ziyani qadin saytlari dirnaq uzatmaq yollari kosmetika dieta vətənə aid bayatı hüzeyir hacibəyov saglam qidalanma ana haqqinda bayati