Qayınatasını döyən beşqat dünya qempionu hakim qarşısında
Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır xəsarət yetirmədə təqsirləndirilən kikboksinq üzrə beşqat dünya çempionu Ehram Məcidovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
"Ölkə.Az" xəbər verir ki,Hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş Bəhruz Dilbazinin həyat yoldaşı Firəngiz Yusifova dindirilib.
O bildirib ki, hadisə zamanı orada olub və Ehram Məcidovun B. Dilbazini döydüyünü görüb:
"Gördüm ki, əyilib nə isə götürdü və atamı döyməyə başladı. Mən mane olmağa çalışsam da bunu bacarmadım. Döyərkən barmaqlarına üzüyə oxşar bir neçə metal taxmışdı".
Prosesdə E. Məcidovun uşaqları da ifadə veriblər.
Proses martın 7-də davam etdiriləcək.
İttihama görə, E. Məcidov qayınatası Dilbazi Bəhruzun yaşadığı ünvana gedərək aralarında yaranan ailə-münaqişəsi zəminində onu döyərək ağır xəsarətlər yetirib. İdmançının qayınatası ağır vəziyyətdə paytaxtdakı xəstəxanalardan birinə yerləşdirilib.
Baş verən hadisə ilə bağlı dünya çempionu həbs olunub.
Qeyd edək ki, Ehram Məcidov "Neftçi" İSM-də kikboksinq bölməsinin baş məşqçisidir.
f Paylaş








İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Aktyor Aslan Fətullayevin nəşi Azərbaycana gətirildi
Qarabağa köçən məşhurlar - SİYAHI
Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir
Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq
Mahnı qalmaqalı böyüdü: Asya Əlizadə və 'Lvbel C5'ə 5 il həbs cəzası istənilir