Qaz zəhərlənməsi zamanı ilk tibbi yardım

Qaz zəhərlənməsi zamanı ilk tibbi yardımSon illər qış aylarında qaz zəhərləmələrini nəzərə alaraq, qaz zəhərlənmələri zamanı ilk tibbi yardım barədə sizi məlumatlandırmaq istəyirik.
Qaz zəhərlənmələri müxtəlif cür qazlardan meydana çıxa bilir. Bu cür zəhərlənmələrin bir-neçə növü vardır:
* təbii qazdan əmələ gələn
* karbonmonoksiddən əmələ gələn
* qaz yağı zəhərlənməsi
* kömürün yanmasından əmələ gələn zəhərlənmələr və s.
Qazın iysiz, rəngsiz, dadsız olması onun orqanizmə rahatca girməsinə və zəhərlənmənin asanlıqla öz işini görməsinə səbəb olur. Bəzən qaz zəhərlənmələrinə "səssiz ölüm" deyilməsi öz adını buradan götürmüşdür. Bu cür zəhərlənmələrə adətən, tərkibində karbon qazı olan vasitələrin havalanma sistemi pis olduğu məkanlarda rast gəlinir. Məsələn, kömür mədənlərində, qarajlarda, düzgün quraşdırılmamış hamamlarda və s. Zəhərlənmələr bəzən sobanın karbon qazı çıxan borusundan, külək qazı geri qaytardığı zaman da baş verə bilir. Bəs zəhərlənmələr zamanı ölüm necə baş verir?
Karbonmonoksid qazı tənəffüs yollarından ağciyərlərə daxil olur və ağciyərlər vasitəsilə sorularaq qana çəkir. Qanda toxumalara oksigen daşıyan hemoqlabinə qatılır və 200 qat daha artıq sürətlə karboksihemoqlobinə dönür. Nolmal halda oksigenohemoqlabin şəklində qana oksigen daşıyan hissəciklər zəhərlənmə zamanı karbon monoksid qazını daşıyır. Bu zaman əvvəl beyin başda olmaqla bütün orqanlar zəhərlənir və geri dönüşü olmayan zədələnmələr baş verir, nəticədə xəstə ölür.
Qaz zəhərlənməsi baş verdiyi halda ilk növbədə görüləcək iş, qapı-pəncərələri açıb evin və ya məkanın havasını dəyişmək olmalıdır. Zəhərlənən adamı oksigenlə təmin etmək üçün oksigen balışı və ya süni tənəffüs vermək lazımdır. Xəstənin bədənini ovuşdurmaq və dabanlarının altını fırça ilə fırçalamaq onun sinirlərini oyadır və xəstənin ayılmasını tezləşdirir. Qazdan zəhərlənən adamın paltarlarını dəyişmək də xəstənin rahatlanmasına kömək edir. Çünki adətən zəhərli qazın iyi xəstənin paltarlarına da hopmuş olur.
Milli.Az

Xəbərlər     Baxılıb: 1041   Tarix: 09 avqust 2022
f Paylaş

Oxşar xəbərlər

.

Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA

Orta yaşlarda piylənməsi olan insanların yaşlılıq dövründə demensiyaya tutulma riskinin 33 faiz daha yüksək olduğu müəyyən edilib. xəbər verir ki, bu nəticə 19 uzunmüddətli araşdırmanın, ümumilikdə 589 min 649 nəfərin məlumatlarını

.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvən

.

Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?

Günorta saatlarında yorğunluq hiss edən insanların əksəriyyəti özlərini gümrah hiss etmək üçün bir fincan qəhvə içirlər. Lakin mütəxəssislər qəhvənin təsirini artırmaq üçün maraqlı üsul təklif edirlər. . xəbər verir ki, qəhv

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

.

Göz quruluğunun səbəbi bəlli oldu

Smartfon, planşet və kompüterdən uzun müddət istifadə göz quruluğu şikayətlərini artırır. xəbər verir ki, mütəxəssislər gözlərdə yanma, batma, qızartı və görmənin bulanması kimi əlamətlərin diqqətdən kənarda saxlanılmamasın

.

Dişləri saraldan qidalar

Stomatoloq Karla Fornas rasiondakı müəyyən qida məhsulları səbəbindən diş minasının sarala biləcəyi barədə xəbərdarlıq edib. -a istinadən xəbər verir ki, bu barədə o, "El Confidencial" nəşrinə müsahibəsində danışıb

.

Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?

İnsanın faktiki yaşı hər zaman orqanizmin sağlamlıq və funksional vəziyyəti ilə üst-üstə düşmür. -a istinadən xəbər verir ki, bu barədə həkim Viktoriya Kulaqina məlumat verib. Həkimin qeyd etdiyi kimi, bioloji yaş insanı

.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişaf

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

turlar.az

qadin sayti toy gecesi donlar 2026 doğuşa hazırlıq geyimler sərxan kərəmoğlu sirniyyatlar kosmetika zencefil qogal hakışda veten tapmacalar