Qazan və tavaları təmizləməyin asan yolları

Qabartma tozu: Daha güclü təmizləyici vasitə axtarırsınız. Elə isə həmişə istifadə etdiyiniz yuyucu vasitəyə 2 xörək qaşığı qabartma tozu əlavə edin. Yağların necə asanlıqla təmizləndiyuinin şahidi olacaqsınız.
Qazan və tavaları təmizləməyin asan yollarıMineral su: Yeməklər tökmə dəmir tavada və ya qazanda bişirildikdə çox ləzzətli olur. Amma bu ağır qabları təmizləmək çox çətindir. Ancaq tava və qazanlarınıza tam soyumamış, ilıq olduğu halqa bir qədər mineral su əlavə etsəniz, onlar yaxşı təmizlənəcək. Qazlı mineral su qabın dibinə yapışmış yeməklərin asanlıqla çıxmasına kömək edəcək.
Qazan və tavaları təmizləməyin asan yollarıAlüminium folqa: Tava və qazanları süngərlə təmizləməyə məcbur deyilsiniz. Bir ovuc dolusu alüminium folqanı əzin, tava və qazanlarınızı sürtmək üçün ondan istifadə edin.
Qazan və tavaları təmizləməyin asan yollarıProtez diş təmizləmə həbləri: Emallı tava və qazanlarınızdakı ləkələri protez diş təmizləmə həbləri ilə asan şəkildə təmizləyin. Yemək qabınızı ilıq su ilə doldurubŞ qabın böyüklüyündən asılı olaraq 1-2 həb atın. Qabarcıqların yaranmasını gözləyin, qazanlarınızın təmizləndiyini görəcəksiniz.
Qazan və tavaları təmizləməyin asan yollarıYumuşaldıcı: Qazanların diblərini sürtməyi unudun. Bunun əvəzinə maye yumşaldıcılardan istifadə edə bilərsiniz. Qazanları su ilə doldurun və bir qədər yumşaldıcı əlavə edib, 1 saat gözləyin. Xörək qalıqları asanlıqla axıb gedəcək.
Qazan və tavaları təmizləməyin asan yollarıSoyuducu kamera: Əgər tava və qazanlarınızda yemək yanıb yapışıbsa, onda onları soyuducunun buz kamerasında bir neçə saat saxlayın. Yanmış yemək qalıqları donduğu zaman daha asan təmizlənir.
Qazan və tavaları təmizləməyin asan yollarıKetçup: Mis qazan və tavalar və ya dekorativ mis qablar solğunlaşır və qaralır. Bahalı təmizləyici vasitələrin əvəzinə onları ketçupla təmizləsəniz bu sizə daha asan və ucuz başa gələ bilər. Qablara nazik təbəqə ketçup çəkin, 5-30 dəqiqə gözləyin. Kettçupdakı turşu pasla reaksiyaya girir və pasları yox edir. Sonra qabları adi su ilə durulayın.
Qazan və tavaları təmizləməyin asan yollarıLimon: Limon ilə qaralmış tava və qazanlarınızın işərisini və çölünü parlaqlaşdıra bilərsiniz. Bir limonu kəsin və ½ limonla onları sürtün və yumşaq bir bezlə cilalayın.
Qazan və tavaları təmizləməyin asan yollarıKapron corab: Təmiz və köhnə kapron corabı top şəklinə salıb, bir az isladın. Onu bir qədər yuycu vasitəyə batırın. Kapron corabla mükəmməl təmizliyə nail olacaqsınız.
Qazan və tavaları təmizləməyin asan yollarıDuz: Emallı qablardakı yanıq ləkəsini təmizləmək üçün içərisinə duzlu su töküb gecə boyunca saxlayın. Ertəsi gün qabdakı duzlu suyu qaynadın. Ləkələr asanlıqla təmizlənəcək. Yanmış süd ləkəsi çətin təmizlənən ləkələrdəndir. Yanmış qazanı isladıb düz səpin. 10 dəqiqə sonra qazanı sürtün. Bundan əlavə, duz yanmış süd qoxusunu da yox edəcək. Dəmir tavadakı yağları da tavanı yumazdan əvvəl düz səpməklə təmizləyə bilərsiniz. Tuz yağın daxilinə nüfuz edir.
Qazan və tavaları təmizləməyin asan yollarıSirke: Alüminium qablardakı tünd ləkələri çıxartmaq üçün 1 stəkan suyun içərisinə 1 çay qaşığı sirkə əlavə edin. Bu qarışığı 1 neçə dəqiqə qaynadın. Qabı soyuq su ilə durulayın. Paslamış polad qablardakı ləkələri çıxartmaq üçün isə qablarınızı yarım saat 2 stəkan sirkənin içərisində saxlayın. İsti, sabunlu su ilə duruladıqdan sonra soyuq su ilə təkarar durulayın.
Qazan və tavaları təmizləməyin asan yolları

Maraqlı     Baxılıb: 34443   Tarix: 09 iyul 2015
f Paylaş

Oxşar xəbərlər

.

Mustafa Qarayev vəfat etdi - FOTO

Fizika-riyaziyyat elmləri doktoru, professor Mustafa Qarayev vəfat edib.  xəbər verir ki, professor bu gün dünyasını dəyişib. Qeyd edək ki, M.Qarayev 20 oktyabr 1936-cı ildə Laçın rayonun Minkənd kəndində anadan olub. O

.

İsa Həbibbəyli onlara vəzifə verdi

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutunda yeni təyinat olub. -a istinadən xəbər verir ki, bununla bağlı müvafiq qərarlar qəbul olunub. Belə ki, qərarlara əsasən, filologiya elmləri doktor

.

Azərbaycanda tanınmış müəllim vəfat etdi

Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin müəllimi, filologiya elmləri namizədi, dosent Mahmud Mahmudov dünyasını dəyişib. xəbər verir ki, o, bu gün 88 yaşında vəfat edib. Qeyd edək ki, Mahmud Mahmudov 50 il

.

Gözəgörünməzlik kəşf olundu - Alimlər material hazırladılar

Çinli alimlər insanların gözəgörünməz olmasına imkan verəcək inqilabi material hazırlayıblar. xəbər verir ki, Çinin Elektron Elm və Texnologiya Universitetinin tədqiqatçıları işıq şəraitinə görə rəngini dəyişə bilən unika

.

Bu xanımlara yüksək vəzifələr verildi

Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin strukturunda dəyişiklik edilib. . xəbər verir ki, şöbə daxilində Media ilə iş və Rəqəmsal kommunikasiya, qurum və tərəfdaşlarla iş sektorları yaradılıb

.

Həsən Osmanov vəfat etdi

Seyid Cəfər Pişəvəri adına Humanitar Fənlər Gimnaziyasının kafeda müdiri vəfat edib.  xəbər verir ki, bu barədə gimnaziyanın sosial şəbəkə hesabında məlumat verilib. Bildirilib ki, tanınmış pedaqoq, "Qabaqcıl təhsi

.

Yuxuda sevdiyin insanı görmək

Yuxuda sevdiyini görmək gərək qız gərək kişi olsun, gözəl bir evliliyə şərh olunar. Köhnə bir sevimli görmək isə uzun zamandır ödəyə bilmədiyi bir borc səbəbiylə çətinliyə düşəcəyini ifadə edər.Evlilər üçün köhnə sevgilin

.

Alimlər mat qaldı: bəzi heyvanlar hər gün spirt içir

Bəzi heyvanlar alimlərin düşündüyündən daha tez-tez spirt qəbul edirlər. -a istinadən xəbər verir ki, meyvə və nektar yeyən əksər canlıların pəhrizində etanol olduğu üzə çıxıb. Exeter Universitetinin britaniyalı alimlər

.

Azərbaycanda vəzifəli şəxslər şiddətli töhmət aldı

14-16 noyabr tarixlərində Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi tərəfindən Gəncə, Qazax, Tovuz Kolleclərində, eləcə də Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollecdə monitorinq keçirilib. Bu barəd

turlar.az

kosmetik vasiteler makiyaj etmek qaydalari geyim dəbləri qadinin arxadan olmasi ana haqqinda atalar sozleri kişi psixologiyası saç həkimi kosmetika dovsan vetene aid bayati baliq burcu nagillar qiz adlari