Qəbələdə əri tərəfindən başı kəsilərək öldürülən Rüxsanənin uşaqlarından XƏBƏR VAR
Qəbələdə anaları qətlə yetirilən 3 azyaşlı uşaq evinə verilməyəcək.
Qadinsayti.az xəbər verir ki, bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquq şöbəsinin müdiri Taliyə İbrahimova deyib. O qeyd edib ki, uşaqlar atalarının valideynlərinə veriləcək.
"Ailələr arasında münaqişə olduğu üçün ananın qohumları uşaqları internat evinə verməyi tələb edirdi. Amma buna məsləhət görülmədi. Ata evində normal şərait olduğundan onlar uşaq evinə verilməyəcək. Hazırda azyaşlılar nənə-babasının himayəsindədir. Qarşı tərəf buna etiraz etsə, məsələyə məhkəmədə baxılacaq".
T.İbrahimova Zərdabda anaları qətlə yetirilən və SOS uşaq kəndinə yerləşdirilən azyaşlıların nəzarətdə olduğunu və onlarla reabilitasiya işinin aparıldığını bildirib. "Uşaqların 3-ü bir yerdədir. Uşaq və ailələrə dəstək mərkəzi onları nəzarətdə saxlayır. Həmin uşaqların övladlığa götürülməsi hələ ki məsləhət deyil. Onları bir-birindən ayırmaq olmaz, güclü stress yaşayırlar".
Qeyd edək ki, oktyabr ayında Zərdab və Qəbələdə iki qadın həyat yoldaşı tərəfindən amansızcasına qətlə yetirilib./azvision.az/
f Paylaş








Hakışta
Seks zamanı kişiləri dəlicəsinə ehtiraslandırmağın yolları
Astroloji proqnoz - 20 iyul
Anal seksin qadın orqanizmi üçün ziyanı və xeyiri
8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik
Yuxuda ilan görmək görün nəyə işarə edirmiş?!
Bürclər haqqında qısa və ən lazımlı məlumatlar
Xınayaxdı üçün HAKIŞTALAR
Uşağın cinsiyyətini Çin təqvimi ilə hesablayın! - 95% DOĞRU
Vətən haqqında bayatılar
Yuxuda sevdiyin insanı görmək
Qızlıq və ya bakirəlik pərdəsinin yırtılması haqqında
Qadınları orqazma çatdıran 7 seks pozası
Vətən və el haqqında atalar sözləri