Qəbizlikdən xilas edən 5 MÖCÜZƏLİ MƏHSUL

Qəbizlikdən xilas edən 5 MÖCÜZƏLİ MƏHSULUzunsürən qəbizlik insana narahatçılıq, ağrı və s. xoşagəlməz hallar yaratmaqdan əlavə çox ciddi xəstəliklərin (o cümlədən bağırsaq xərçənginin) inkişafı riskini də artırır.
Xanim.az saglamolun.az-a istinadən bildirir ki, bu səbəbdən mütləq qəbizliklə mübarizə aparmaq lazımdır. Qəbizliyin səbəbi hər hansı xəstəlik deyilsə, qidalanma rejiminə müəyyən dəyişikliklər etməklə bu pozulmanı aradan qaldırmaq mümkündür.

Sizə qəbizlikdən xilas edən 5 möcüzəli məhsulu təqdim edirik.
1. Qara gavalı. Kalium və qidalı liflərlə zəngin olan qara gavalı qəbizliyi aradan qaldırmağa kömək edir. Hər gün təzə gavalı və ya qara gavalı qurusu yeyin. 5-6 qavalı qurusunu yaxşı yuyun və axşamdan 1 stəkan isti suda isladın. Səhər gavalını yeyin və suyu için.
2. Ərik. Bu da çox təsirli vasitədir. Həm təzə ərik, həm də ərik qurusundan istifadə olunur.
3. Kişmiş. 1 ovuc kişmiş yaxşı yuyulur və axşamdan isti suda dəmlənilir. Səhər kişmiş yeyilir və su içilir.
4. Buğda kəpəyi. Ən sınanmış vasitələrdən biridir. Buğda kəpəyini istənilən salat və hazır qidalara əlavə etmək olar. Digər effektli üsul - axşamdan 1 stəkan təzə qatığa 1 desert qaşığı buğda kəpəyi əlavə edin, qarışdırın və için.
5. Yulaf yarması lopaları ("gerkules"). Səhər 2 x.q. yulaf yarmasının üzərinə 1 stəkan isti su tökün, vam odda qızdırın (qaynatmayın) və bu faydalı sıyığı yeyin. Effekti artırmaq üçün sıyığa kişmiş, xırda doğranmış ərik qurusunu əlavə etmək olar.
Bu məhsullardan 1-2 dəfə deyil, daim istifadə etmək lazımdır ki, effekt də qalıcı olsun.

Sağlamlıq     Baxılıb: 2272   Tarix: 01 iyul 2017
f Paylaş

Oxşar xəbərlər

.

Kişilər bu süddən içsə qadınlar məmnun qalır - Cinsi gücünü artıran vasitə

Badam hələ qədim zamanlardan kişilərdə cinsi gücünü artıran vasitə kimi tanınır. Badamın tərkibində olan nadir arginin aminturşusu təbii potensiya stimullaşdırıcısıdır. Həmçinin badam testosteronun ifrazını artıran maqneziu

.

Səhərlər acqarına 3 ədəd qoz yeməyin inanılmaz faydaları

Qoz beyinə faydaları ilə məşhur olsa da, başqa faydaları da var. Qozda A, E və B vitaminləri, həmçinin dəmir, sink, mis və maqnezium kimi minerallar mövcuddur. Acqarına qoz yeməyin faydaları bunlardır:. Enerji verir: Qozd

.

Siqareti tərgitməyə kömək edən bitki

Siqaret cəkməyə insanı sovq edən nikotindir. Nikotin insanı siqaretdən asılı eden kimyəvi maddədir. Məhz bu asılılığa görə siqareti tərgitmək bir çox hallarda çox çətin olur. Bəzi bitkilər bu işdə kömək edə bilər. Belə bitkilərdə

.

Seksoloq Ləman Telmanqızıdan qadınlar və kişilərə məsləhət - Cinsi istək bitibsə

"Cinsi arzunun itirilməsi həm kişilərdə, həm də qadınlarda cinsi istəyin azalması kimi müəyyən edilir. Fiziki və psixoloji yorğunluq, həyat keyfiyyətindəki dəyişikliklər də cinsi istəyin dəyişməsinə səbəb ola bilər"

.

Balqabağın UNİKAL MÜALİCƏVİ XÜSUSİYYƏTLƏRİ

Balqabaq ən faydalı tərəvəzlərdən biridir. Azkalorili, dadlı, vitamin və minerallarla zəngin olan bu tərəvəzin sağlamlıq üçün xeyirli xüsusiyyətləri saymaqla bitməz.  sizi balqabağın faydaları ilə tanış edir. 1. Karotinlərl

.

Vanil bitkisinin faydaları: Sinirləri dincəldir, öskürəyı xırp kəsir

V. Vanil bitkisi Meksika mənşəli bitkidir. Səhləbkimilər fəsiləsinə aid olan və Meksika meşələrinin sahilyanı ərazilərində bitən dırmanma bitkisidir. Ətrafındakı digər ağaclarda 2-3 sm qalınlığında tumurcuqları ilə 10 metr

.

Qarazirə hər dərdin çarəsi olan bitki

Ölümdən başqa hər dərdin çarəsi sayılan çörək otu toxumu və qara zirə son 10 ildə daha çox məşhur olmuşdur. Məşhurluğun səbəbi isə hər kəsin real şəkildə faydalana bilməsidir. Çprkotu toxumu və yağını kimlər istifadə ed

.

Cinsi zəifliyi aradan qaldıran möcüzəvi QARIŞIQ

Son dövrlər stres, əsəb və digər səbəblər kişilərdə cavan yaşlardan cinsi zəifliyi və impotensiyaya səbəb olur. Ölkə.az bildirir ki, bu yaxınlarda alimlər cinsi zəifliyi aradan qaldıran maraqlı qarışıq barədə məlumat yayıblar

.

Əsəblər sakitləşir, baş ağrısı dayanır - 1 dəqiqə vaxt lazımdı

Hamının hər an qarşılaşa biləcəyi sağlamlıq problemlərindən biri olan başağrısı bəzən dərman atmaqla da keçmir. Ancaq onun qarşısını təbii üsullarla almaq mümkündür. Bununla bağlı orta əsrlər dövrünün ən böyük təbiblərində

turlar.az

geyim necə seçməli yay kolleksiyasi makiyaj instagram dunyanin gozellikleri 8 mart tebrikleri duxovkada toyuq qizartmasi saç hörükləri kosmetika novruz hakıştası hüzeyir hacibəyov novruz hakistasi prostat novruza aid hakista