Qəbizliyin ən sadə çarələri

Qəbizliyin ən sadə çarələriQəbizlikdən əziyyət çəkən bir çox insanlar öz xəstəliklərindən uzun müddət şikayət etməyə və özlərini diskomfort hiss etməyə bilərlər. Məhz bunun nəticəsidir ki, onlar adəti qəbizliklə əlaqədar olaraq heç vaxt həkimə müraciət etmək barədə düşünmürlər. Lakin onu da unutmaq olmaz ki, adəti qəbizlik zamanı insanın həyat fəaliyyəti nəticəsində yaranmış lazımsız məhsul və şlaklarla orqanizmin autointoksikasiyası baş verir. Qəbizlik zamanı bağırsaqda gedən çürümə prosesləri nəticəsində hətta orqanizmə çox lazım və vacib olan məhsullar da bağırsağın selikli qişasında aşınmaya səbəb olur. Bunun da nəticəsi olaraq bağırsaq mikroflorasında balans pozulur, disbakterioz inkişaf edir. Hətta gündəlik defekasiya aktının zəifləməsi özünü izahı olmayan baş ağrıları, bozumtul-torpaq rəngli bənizin olması, ürək-damar sistemi ilə əlaqəsi olmayan təngnəfəslik, səbəbsiz yorğunluq, zəiflik, yuxuculluq və sevimli yeməklərə qarşı marağın azalması büruzə verir. Nəcisin qeyri-müntəzəmliyi, konsistensiyasının, rənginin dəyişməsi, iyinin kəskin olması artıq bağırsaq fəaliyyətində ciddi dəyişikliklərdən xəbər verir. Tənbəl mədə-bağırsaq sistemi elə uşaqlıqdan formalaşmağa başlayır. Belə ki, yemək süfrəsi arxasında uzun müddət əyləşən və yeməyə gec başlayan uşağın mədə-bağırsaq sistemi ləng işləməyə alışır. Normada hər qida qəbuluna 15 dəqiqədən çox vaxt ayrılmamalıdır.

Adəti qəbizlik zamanı istifadə edilən bəzi xalq təbabəti üsulları.

 1-2 ədəd alma sürtgəcdən keçirilir, üzərinə 1/3 stəkan süd və 1/2 çay qaşığı bal əlavə edilib qarışdırılır. Bir neçə ay müddətinə səhərlər yemək lazımdır. Xüsusilə ahıl yaşlı insanlara məsləhətdir

 Emallı qazana 0.5-0.8 litr turşumuş süd (kefir) tökülüb isti su hamamına qoyulur və kəsmik konsistensiyası alınanadək saxlanılır. Daha sonra isə içərisinə xırdalanmış tərəvəzlər, təzə və ya qurudulmuş bitkilər əlavə edilir: 5-10 ədəd soğan və sarımsaq, kələm, gicitkən, cəfəri, kərəviz, bağayarpağı, nanə, çuğundur budaqları, qırmızı turp. Daha 5 dəqiqə saxlanılır və südün zərdab hissəsi süzülür, səhərlər acqarına 1 stəkan içilir.

 Sadə üsul. Bir litrlik bankaya 0.5 litr turşumuş süd (kefir) əlavə edilir. Daha sonra isə yuxarıda sadalanan xırdalanmış tərəvəzlər, təzə və ya qurudulmuş bitkilər bura əlavə edilir. Bankaya qaynar su üzə çıxana qədər əlavə edilir. 5-10 dəqiqədən sonra isə üzə çıxan mayenin üst qatı içilir. Daha sonra yenidən 300 qr qaynar su əlavə edilir və qarışdırılır. Qarışdırıldıqdan sonra süzülür, alınmış süd zərdabı içilir, lakin yerdə qalan süzüntü kütləsi qida qəbulu zamanı yeməkarası yeyilir.

Qəbizliyin yarma kəpəyi ilə müalicəsi.

 I sikl – 10-12 gün. 1 çay qaşığı kəpəyin üzərinə 1/3 stəkan qaynar su əlavə edilir. Soyudulub süzüldükdən sonra yerdə qalan yumşaq kütlə 3 yerə bölünərək gündə 3 dəfə - səhər, günorta və axşam yeməkarası qəbul edilir.

 II sikl – 2 həftə. 2 xörək qaşığı kəpəyin üzərinə 1/2 stəkan qaynar su əlavə edilib soyuduqdan sonra süzülür. Alınmış yumşaq kütlə 3 yerə bölünərək gündə 3 dəfə - səhər, günorta və axşam yeməkarası qəbul edilir.

 III sikl – 2 ay. Gündə 2-3 dəfə yemək zamanı 2 çay qaşığı quru kəpək qəbul edilir.

Bu üsulların tətbiq edilməsinə olan əks göstəriş: Həzm traktının istənilən şöbəsində olan iltihabi proses. Bu vəziyyətlərdə yaxşı olar ki, kobud üyüdülmüş undan hazırlanan çörək yeyilsin.

Fitoterapiya Mərkəzinin Baş həkimi

Həkim-fitoterapevt Dr. Elnur Rəhimov
055-304-26-79

Sağlamlıq     Baxılıb: 1881   Tarix: 29 mart 2017
f Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Xanımlar yayda dərilərini necə gözəl saxlaya bilər? - MƏSLƏHƏTLƏR

Yay mövsümü isti və günəşli keçdiyi üçün dəri səthlərində problemlər yaranır. Əsasən də qışda dərisini gözəlləşdirən xanımların yayda dəriləri eroziya uğrayır və baxımsızlaşır. Sağlamolun.az bu dəfə dərini gözəlləşdirən v

.

İsti hava kişilərin ata olmaq şansını azaldır - SƏBƏB?

Son araşdırmalar göstərib ki, həddindən artıq isti hava kişilərdə spermanın kəmiyyətinə və keyfiyyətinə mənfi təsir göstərir. Sinqapur Milli Universitetində aparılan araşdırmada 818 kişidən alınan sperma nümunələri sayəsind

.

Bu 3 qadın xüsusiyyəti kişiləri uzaqlaşdırır

Bəzən kişi qadının malik ola biləcəyi keyfiyyətlərə heyran olur. Ancaq zaman keçdikcə bir çox xarakter ortaya çıxır ki, bunlar ayrılmağa aparan yolun başlanğıcı hesab edilir. Yəni bir növ kişilər qadınlardan soyuyur. . Kişilər

.

Qarazirə hər dərdin çarəsi olan bitki

Ölümdən başqa hər dərdin çarəsi sayılan çörək otu toxumu və qara zirə son 10 ildə daha çox məşhur olmuşdur. Məşhurluğun səbəbi isə hər kəsin real şəkildə faydalana bilməsidir. Çprkotu toxumu və yağını kimlər istifadə ed

.

Özünü Masaj Etmənin Faydaları Nələrdir ?

Özünü masaj etmək sadə, amma olduqca faydalı bir vərdişdir. Günümüzdə insanların çoxu stress, yorğunluq və gərginlikdən şikayət edir. Bu halları aradan qaldırmaq üçün xüsusi ustaya müraciət etməyə ehtiyac olmadan özünü masa

.

Cinsi həzz üçün 5 vasitə: vibrator, X mövqeyi və

Cinsi təcrübənizi zirvəsində yaşamaq üçün məsləhətləri sizinlə bölüşməzdən əvvəl bir şeyi xatırlatmaqda fayda var: Seks yalnız penisin və ya vajinanın aparıcı rol oynadığı bir hərəkət deyil. Bu klassik cinsi əlaqədən başq

.

Vaginizm nədir və kişilərdə ilk gecə qorxusu - ARAŞDIRMA

Cəmiyyətimizdə "ilk gecə" adlanan ilk vaginal əlaqə hər bir cütlük üçün çox vacibdir. Qızlıq pərdəsi ilə bağlı mənalar və ilk gecə ilə bağlı yanlış təsəvvürlər bir çox narahatlıqlara səbəb olduğu üçün ümumiyyətl

.

Qızlıq pərdəsi haqqında hər şey - 12 MƏLUMAT

1. Qızlıq pərdəsi nədir?. Qızlıq pərdəsi uşaqlıq yolunun girişinə yaxın yerdə, adətən 2-4 sm dərinliyində yerləşən nazik arakəsmədir. Qızlıq pərdəsinin aybaşılar zamanı menstrual ifrazatların orqanizmi tərk edə bilməsi üçü

.

Bəzi şeylər var ki, cinsi əlaqə zamanı gərək onları edəsən - SƏBƏB

Gündəlik qayğılar, problemlər, əsəb, stress, yorğunluq, gərgin iş rejimi, sağlam  qidalanmamaq, normal yuxu rejiminin olmaması bir çox xəstəlikləri tətikləyir. Kişilərdə isə həm də cinsi zəifliyə gətirib çıxara bilir. Cins

turlar.az

sac duzumleri qadin sayti geyim dəbləri nişanlılıq körpə yeməyi gelinlikler hakişta kosmetika big.az baldiza aid hakisda sevgi oglan evi qiz evi haxista