Qəbul edilən bəzi dərmanlar dəri xərçəngi riskini artırır
Ürək, sızanaq və revmatizm kimi xəstəliklərin müalicəsində istifadə edilən bəzi dərmanlar dərini günəşə qarşı həssaslaşdıraraq dəri xərçəngi riskini artırır.
Milli.Az AZƏRTAC-a istinadla bildirir ki, türk dosent Ayşe Akbaş digər xərçəng xəstəliyi növlərinə nisbətən dəri xərçənginin görülmə nisbətinin kişilərdə 6-cı, qadınlarda isə 5-ci yerdə olduğunu bildirib.
Dəri xərçənginin yaranmasında genetik faktorların və iqlim şəraitinin təsiri olduğunu deyəm A.Akbaş genetik problemlərə görə dəri xəstəlikləri olan insanlarda həmin xərçəng növünə tutulma riskinin daha yüksək olduğunu vurğulayıb. O, sarışın və açıq rəngli insanların digərləri ilə müqayisədə dəri xərçənginə tutulma riskinin daha çox olduğunu qeyd edib: "Çox günəşli ərazilərdə yaşayan ağdərililər və allergiyası olanlar risk qrupuna daxildir. Dəri xərçənginin əsas səbəbi günəşə normadan artıq məruz qalmaqdır. Şüalar birbaşa dəri hüceyrələrinin DNT quruluşunu pozur və xərçəngin inkişafına kömək edir. Bu şüalara ultrabənövşəyi C, A və B şüaları daxildir. Ən zərərli ultrabənövşəyi B şüalarıdır. Bu şüalar ləkələr və dəri xərçənginin yaranma riskini artıra bilər".
Milli.Az / news.milli.az









Vətən haqqında bayatılar
Kişiləri ehtiraslandıran sözlər
Yuxuda sevdiyin insanı görmək
Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT
Röyanın adından dələduzluq - FOTO
Teşkilat' serialının çəkiliş meydançasında gərgin anlar: Dörd nəfər tutuldu
Arif Mirzəyev vəfat etdi
Nərmin Kərimbəyova 'Zəfər günü'nə həsr olunan 'Atabarı'nı təqdim etdi