Qəbul imtahanları neçəyə olacaq? - AÇIQLAMA

Qəbul imtahanları neçəyə olacaq? - AÇIQLAMAQəbul imtahanlarının qiymətləri ilə bağlı məbləğ hələ Tarif Şurası tərəfindən təsdiq edilməyib.

Dövlət İmtahan Mərkəzinin sektor müdiri Xanlar Xanlarzadə lent.az-a açıqlamasında deyib ki, müəyyən ediləcək qiymətlər bütün imtahanlar üçün eyni olmayacaq: "Bilirsiniz ki, əvvəl imtahanların keçirilməsinə, ümumiyyətlə TQDK-nın fəaliyyətinin təşkilinə dövlət büdcəsindən müəyyən bir vəsait ayrılırdı. Ancaq bu il Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxs statusunda fəaliyyət göstərdiyindən DİM-in fəaliyyətinin təşkilinə dövlət büdcəsindən əlavə olaraq heç bir vəsait ayrılmayıb. Hər il imtahanların qiymətləri ilə bağlı tədqiqatlar aparılıb. Əvvəl hansı imtahana nə qədər maliyyə xərclənməsi ilə bağlı dövlətə təkliflərimizi verirdik və bu təkliflərə uyğun olaraq dövlət büdcəsindən pul ayrılırdı. İndi isə bu pul ayrılmayacaq".

İmtahanların qiymətlərinin müəyyənləşdirilməsi üçün DİM tərəfindən son 3 ilin imtahan xərcləri statistikasının araşdırıldığını deyən X.Xanlarzadə bildirib ki, bu qiymətlərin üzərində ekspertlər işləyiblər və müəyyən məbləğ artıq var: "Son 3 ildə imtahanlara nə qədər pul xərcləndiyi təhlil edilib. İmtahanın məzmunundan, logistika xərclərindən, iştirakçıların sayından asılı olaraq imtahan xərcləri fərqli olur. Sınaq imtahanları, qabiliyyət, magistratura, rezidentura, bakalavriat, dövlət qulluğuna qəbul və digər imtahanlar fərqli qiymətə başa gəldiyindən bunların hamısının qiymətləri fərqli olacaq. Amma son 3 il statistikasını götürsək və hazırda bazarda olan mövcud iqtisadi vəziyyəti nəzərə alsaq, qiymətlər artıq dəyişilib. İndiyə qədər bakalavriat pilləsində ali təhsil müəssisəsinə qəbul imtahanlarının keçirilməsi hər bir abituriyent üzrə 25 manata başa gəlirdi. Ancaq hər bir imtahanın məzmunu fərqli olur. Məsələn, magistratura imtahanlarının keçirilməsinə daha çox vəsait sərf olunur. Çünki bu imtahanların məzmunu da fərqlidir, iştirakçılarının sayı da azdır".

X.Xanlarzadə deyib ki, ali məktəblərə qəbul qaydaları artıq yeni təsdiqlənib və imtahan qiymətləri ilə bağlı DİM Tarif Şurasına təkliflə müraciət edəcək: "Hələlik qiymətlər təsdiq olunmayıb. Qaydalar yeni təsdiq olunduğu üçün Tarif Şurasına indi müraciət edə bilərik. Hazırda işçi qrup səviyyəsində müəyyən işlər aparılır, yaxın vaxtlarda Tarif Şurasına müraciət olunacaq və qiymətlərə baxılacaq. Əhaliyə müraciət edirəm ki, əvvəlcədən səsləndirilmiş hər hansı bir məbləğə inanmasınlar. Qiymətlər rəsmi olaraq Tarif Şurası tərəfindən elan olunacaq".

İmtahan qiymətlərində sosial müdafiəsi zəif ( məcburi köçkün, şəhid ailəsi və.s) olan abituriyentlər üçün müəyyən güzəştlərin olub-olmayacağı məsələsinə toxunan qurum nümayəndəsi bildirib ki, bu, dövlət tərəfindən müəyyənləşdirilməlidir: " İmtahanda hər bir iştirakçı üçün müəyyən məbləğ xərclənir . Əgər hökumət həmin müəyyən sosial qrup üçün güzəştlər müəyyən edərsə, həmin güzəştlərə uyğun onların imtahan xərclərini DİM-ə ödəyərsə, DİM bu məsələyə müsbət yanaaır. Belə hal olarsa, güzəştin tətbiqini müsbət qəbul edərək icra edəcəyik".

Xəbərlər     Baxılıb: 1922   Tarix: 10 fevral 2017
f Paylaş

Oxşar xəbərlər

.

Hər gün satın alırıq, amma günbəgün bizi zəhərləyir

Müasir qida sənayesində "ləzzət sehrbazı" kimi tanınan Monosodium Qlutamat (MSG) xalq arasında isə "Çin duzu" (E621) paketlənmiş məhsulların tərkibində ən çox rast gəlinən maddələrdən biridir. Bu madd

.

Böyrək çatışmazlığına səbəb olan 6 QİDA

Böyrək sağlamlığını saniyələr içində təhdid edən "öldürücü qidaların" siyahısı açıqlanıb. xəbər verir ki, siyahını Yaponiyanın dünyaca məşhur nefroloqu, professor Dr. Masahiro Kohzuki hazırlayıb. Bir çox insanı

.

Ürək tutması, yoxsa panik atak? - Oxşar əlamətlər, təhlükəli nəticələr

Sinədə qəfil təzyiq, sürətlənən ürək döyüntüsü və nəfəs almaqda çətinlik. Bu əlamətlər bir çox insanda ciddi narahatlıq yaradır və "ürək tutmasıdır, yoxsa panik atak?" sualını gündəmə gətirir. Türkiyə mətbuatın

.

Gecə oyaq qalmaq ürək xəstəliklərini artırır

Yeni elmi araşdırma gec saatlara qədər oyaq qalma vərdişinin sağlamlığa mənfi təsir göstərə biləcəyini ortaya qoyub. xəbər verir ki, mütəxəssislər bildirir ki, "gecə bayquşu" kimi tanınan insanlar ürək-damar xəstəliklər

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Qabığında elə faydası var ki

Yerfındığının qabığı adətən atılır, amma əslində müəyyən faydalı xüsusiyyətləri də var. O, tam olaraq bir şəfa mənbəyidir. xəbər verir ki, onu çay kimi dəmləyib içə bilərsiniz. . 1. Antioksidant mənbəyidir Qabıqda polifenolla

.

Sağlam bildiyimiz həmin qida ürək üçün riskli ola bilər - Diqqətli olun

Son illərdə "təbii qidalanma" anlayışının populyarlaşması bir çox insanı bu məhsulları məhdudiyyətsiz şəkildə istehlak etməyə sövq edir. Lakin mütəxəssislər xəbərdarlıq edir ki, "təbii" hər zaman "ta

.

Parfümlərin içində at sidiyi aşkar edildi: Dərini məhv edir

Lüks ətirlərin qiyməti artdıqca, istehlakçılar "tester" və ya "kimsəsiz" adlandırılan şübhəli məhsullara yönəlirlər. Lakin bu şüşələrin içindəki maddələr sadəcə iyrənc deyil, həm də həyati təhlükə daşıyır

.

Siqaretdən 10 qat daha zərərli: Hər evdə var

Kork və Qalvey universitetlərinin tədqiqatçıları müəyyən ediblər ki, gündəlik həyatda tez-tez istifadə edilən ətirli şamlar havadakı incə toz səviyyəsini Ümumdünya Səhiyyə Təşkilatının tövsiyə etdiyi həddən 15 dəfə daha ço

turlar.az

kosmetoloq yay geyimləri 2026 hamilelikde qidalanma dirnaq maskalari xren yarpagi kişi xəyanət edərsə doğuş kosmetika atalar sözü maska ekizler geyim nizami gəncəvi