Qəhvə və çay içənlərə həkimdən QORXUNC XƏBƏRDARLIQ

Qəhvə və çay içənlərə həkimdən QORXUNC XƏBƏRDARLIQTürkiyəli fizioterapevt Əhməd Çapar həddindən artıq çay və qəhvə içən insanları xəbərdar edib.
Publika.az xəbər verir ki, mütəxəssis kafeinin həzm sistemindən kalsiumun sovrulmasını azaltdığını və böyrəklərdən kalsiumun atılması prosesini artırdığını deyib. Həkim qeyd edib ki, Türkiyədə erkən yaşlanma və sümük əriməsi (osteoporoz) xəstəliyinin yaranma səbəblərindən biri də çox çay içməkdir. Sümük əriməsinin səssiz bir xəstəlik olduğunu ifadə edən Əhməd Çapar onun sınıq olana qədər yavaş-yavaş irəlilədiyini deyib:
"Həyatın erkən mərhələlərində sümük parçalanır və davamlı olaraq bərpa edilir, bu, sümüklərin yenidən qurulması kimi tanınan bir prosesdir. Sümüyün qalınlaşması xüsusilə 20 yaşa yaxın başa çatır. Sümüklərin zəifləməsi adətən 30 yaşdan sonra başlayır. Sümüklər daha çox kalsium itirir. Sümüklərin yenidən qurulması daha ləng gedir və sümüklər incəlməyə doğru gedir.
Qadınlarda menopozdan 5-7 il keçdikdən sonra sümük əriməsi sürətlənir. Sümük əriməsinin sürətli postmenopozal artımı sümüklərdə kalsiumu saxlamağa kömək edən estrogen hormonlarının azalması ilə bağlıdır. Yaş artdıqca sümük əriməsi normaldır, lakin bəzi qadınlarda sınıq olması riski daha yüksəkdir. Skelet quruluşu miniatür olan xanımlar, siqaret çəkən qadınlar və ya oturaq həyat tərzi yaşayan insanlar yüksək risk altındadır.
Sümük əriməsini riskini tamamilə sıfıra endirən bir müalicə yoxdur. Ancaq həyat tərzinizdə dəyişikliklərlə qarşısını ala bilərsiniz. Daimi məşq proqramları bütün yaşlarda çox faydalıdır. Müəyyən yaşdan sonra rasiona kalsiumla zəngin qidalar daxil edilməli, lazım gələrsə, kalsium həbləri qəbul edilməlidir".
Mütəxəssis sonra əlavə edib ki, sümük əriməsindən qoruyan ən faydalı qidalar süd və süd məhsullarıdır:
"Pendir və digər süd məhsulları kalsiumla zəngindir. Bundan əlavə, tərəvəzlər, paxla, qoz-fındıq, D vitamini və taxıl baxımdan zəngin qidalar sümük əriməsi prosesini ləngidir. Sümüklərin güclənməsində D vitaminin rolu böyükdür. O, həzm sistemində kalsiumun mənimsənilməsini artıraraq sümükləri gücləndirir. Gündə 15 dəqiqə günəş işığında olmaqla dəri gündəlik D vitamini ehtiyacını ödəyir.
Sümük əriməsinin qarşısını almaq üçün qəhvə və çay miqdarı məhdudlaşdırılmalıdır. Kofein, siqaret və alkoqol həzm sistemindən kalsiumun mənimsənilməsini azaldır və böyrəklərdən kalsiumun xaric olmasını artırır. Əgər qəhvəsiz qala bilmirsinizsə, kalsium əlavələri qəbul edin".
Aytən Məftun /publika.az

Sağlamlıq     Baxılıb: 3100   Tarix: 06 iyul 2019
f Paylaş

Oxşar xəbərlər

.

Cinsi gücü artırmaq üçün - 10 TƏBİİ VASİTƏ

Bitki çayları:. Bədəndə maye axını sürətləndirən bitki çayları içdiyiniz zaman qan dövranı sürətlənir, ehtiras və həyəcan artır. Enerji səviyyəsini də artıran bitki çayları cinsi həyatı canlandırır. Jenşen:. Ginseng min illərdi

.

Cinsi zəifliyi aradan qaldıran möcüzəvi QARIŞIQ

Son dövrlər stres, əsəb və digər səbəblər kişilərdə cavan yaşlardan cinsi zəifliyi və impotensiyaya səbəb olur. Ölkə.az bildirir ki, bu yaxınlarda alimlər cinsi zəifliyi aradan qaldıran maraqlı qarışıq barədə məlumat yayıblar

.

Cinsi fəallığı, intim həvəsi artıran vasitələr – AFRODİZİAKLAR HAQQINDA BİLMƏDİKLƏRİMİZ

Afrodiziak intim istək, eşq həzzi deməkdir. Bu söz qədim yunanların sevgi ilahəsi olan Afrodita adından götürülüb. Bəs, hələ qədim zamanlardan bu günə qədər insanların böyük maraq göstərdiyi afrodiziak vasitələr nə üçündür

.

Menstruasiya barədə düzgün məlumat - Qadınlar diqqət etsin

Ovulyasiyadan sonra deşilən (partlayan) follikulun yerində yumurtalıqda xüsusi struktur olan "sarı cisim" əmələ gəlir. Sarı cisim ikinci qadın cinsi hormonu olan progesteron hazırlayır. Progesteronun təsiri altınd

.

Qızlıq pərdəsi haqqında hər şey - 12 MƏLUMAT

1. Qızlıq pərdəsi nədir?. Qızlıq pərdəsi uşaqlıq yolunun girişinə yaxın yerdə, adətən 2-4 sm dərinliyində yerləşən nazik arakəsmədir. Qızlıq pərdəsinin aybaşılar zamanı menstrual ifrazatların orqanizmi tərk edə bilməsi üçü

.

Vanil bitkisinin faydaları: Sinirləri dincəldir, öskürəyı xırp kəsir

V. Vanil bitkisi Meksika mənşəli bitkidir. Səhləbkimilər fəsiləsinə aid olan və Meksika meşələrinin sahilyanı ərazilərində bitən dırmanma bitkisidir. Ətrafındakı digər ağaclarda 2-3 sm qalınlığında tumurcuqları ilə 10 metr

.

Səhər günəşinin depressiyada olan qadınlara faydası

Habertürk saytının məlumatına görə, Ankara Universitesi Tibb Fakültəsi Psixi Sağlamlıq və Xəstəlikləri Fundamental Elm sahəsi üzrə tədris üzvü, prof. dr. Oğuz Erkan Berksun mövsümi keçid dövrlərində biloji saatın pozulmas

.

Hansı halda seks insanı xoşbəxt edir?

ABŞ alimləri müntəzəm intim münasibətin xoşbəxtlik üçün vacib olduğunu sübut edib. "Medicina" xəbər verir ki, sorğuda 300 könüllünün intim həyatı və razılıq hissi araşdırılıb. Məlum olub ki, həyatlarında mütəmad

.

Partladılmış Qarğıdalının xeyri və zərəri haqqında

Partladılmış Qarğıdalının faydaları və zərərləri haqqında məlumat olduqca azdır.Maraqlı haldır ki, bağlama halında satılan bu qidalar üzərində olan reklam mətnləri isə insanı haradasa bu qidanın hava, su qədər vacibiyyətin

turlar.az

hamiləlik geyim və ayaqqabılar donlar 2026 kesəriyyə boyun osteoxondrozu cinsi problemlər salatlar kosmetika sac duzumleri haxışda sekisler statuslar rus dilin nece orenek