Qəlbimiz doğrudan qırılırmış - Həkim açıqladı

Qəlbimiz doğrudan qırılırmış - Həkim açıqladıBizim çoxumuz "qəlb qırıqlığı" ifadəsini eşidib, lakin az adam bilir ki, tibdə həqiqətən belə bir diaqnoz var. "Sınıq qəlb" sindromu və ya "stres-induksiya olunmuş kardiomiopatiya" ürək əzələsinin düzgün işləmədiyi və qeyri-bərabər yığılmağa başladığı kəskin bir vəziyyətdir.
Milli.Az oxu.az-a istinadən bildirir ki, bu barədə rusiyalı nevroloq Yekaterina Demyanovskaya danışıb.
Onun sözlərinə görə, bu sindromda sol mədəciyin yuxarı hissəsinin yığılma qabiliyyəti kəskin şəkildə azalır və ürəyin yığılması zamanı (sistola fazası) o, uzun dar boyunlu qaba bənzər xarakterik kürə forması alır.
"Patologiya zamanı sol mədəcik yığılaraq yapon səkkizayaqlısının (oktapod) ovlama qabına oxşayır. Buna görə də belə vəziyyət daha bir ad alıb - takotsubo kardiomiopatiyası. Sindrom ilk dəfə 1990-cı ildə yapon tədqiqatçılar tərəfindən təsvir edilib", - deyə mütəxəssis izah edib.
Həkim bildirib ki, takotsubo sindromunun inkişaf mexanizmi hələ də tam öyrənilməyib:
"Güman edilir ki, sol mədəciyin yığılma qabiliyyəti qismən ürək və periferik sinir sistemi arasında əlaqənin pozulması, ürək əzələsində mikrosirkulyasiyanın azalması, koronar arteriyaların spazmı, qanda stres hormonlarının yüksək səviyyəsi səbəbindən azalır. Takotsubo kardiomiopatiyası tez-tez güclü kədər, uzunmüddətli stres, həddindən artıq fiziki gərginlik səbəbindən baş verir. Buna görə də ona "sınıq qəlb" sindromu da deyilir".
Mütəxəssis bu vəziyyətin əsas simptomlarının miokard infarktının əlamətlərinə çox bənzədiyini vurğulayıb:
"Döş qəfəsində güclü ağrı, ümumi zəiflik, ürək ritminin pozulması, təngnəfəslik, huşun itməsi - bu simptomlar meydana çıxdıqda dərhal təcili yardım çağırmaq lazımdır. Takotsubo sindromlu xəstələr stasionar şəraitdə müalicə olunurlar. Əksər hallarda təhlükəli simptomlar bir neçə gün ərzində keçir və xəstə tam sağalır. Bununla belə, nadir hallarda ağırlaşmalar - atrial fibrillyasiya və kardiogen şok baş verə bilər".
Demyanovskaya "sınıq qəlb" sindromunu miokard infarktından xüsusi müayinələr olmadan ayırmağın çox çətin olduğunu qeyd edib.
"Sindromu aşkar etməyə mədəciyin xarakterik formasını görməyə imkan verən - exokardioqrafiya, yaxud ürək damarlarının vəziyyətini qiymətləndirməyə imkan verəcək koronaroangioqrafiya kömək edər", - deyə o bildirib.
Həkim stres kardiomiopatiyasının kifayət qədər nadir patologiya olduğunu vurğulayıb.
Milli.Az

Xəbərlər     Baxılıb: 1138   Tarix: 20 oktyabr 2024
f Paylaş

Oxşar xəbərlər

.

Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır

Quşüzümü və mərcangilə hipertoniya və aterosklerozun yaranmasının qarşısını almağa kömək edir, eləcə də sidik yolu infeksiyalarına qarşı profilaktik vasitə kimi xidmət edir. -a istinadən xəbər verir ki, bu barədə rusiyal

.

Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?

Günorta saatlarında yorğunluq hiss edən insanların əksəriyyəti özlərini gümrah hiss etmək üçün bir fincan qəhvə içirlər. Lakin mütəxəssislər qəhvənin təsirini artırmaq üçün maraqlı üsul təklif edirlər. . xəbər verir ki, qəhv

.

Mədəsi ağrıyanların nəzərinə

Mədə ağrısı qaraciyər xərçənginin simptomu ola bilər. -a istinadən xəbər verir ki, yuxarı qarın və ya mədə nahiyəsində təkrarlanan ağrı müayinə üçün ciddi bir səbəbdir. Mütəxəssislərin fikrincə, qaraciyər xərçənginin simptomlar

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa

Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtin

.

Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir

Yeməkdən sonra qısa müddətli gəzinti qan şəkərinin yüksəlməsini məhdudlaşdırmağa və sağlamlığa müsbət təsir göstərməyə kömək edə bilər. xəbər verir ki, mütəxəssislərin tövsiyəsinə görə, yeməkdən sonra ilk 15 dəqiqə ərzind

.

Xərçəngə səbəb ola bilən bakteriya bu imiş - Diqqətli olun

Xərçəng riskinə təsir edən amillərlə bağlı yeni araşdırma diqqətçəkən nəticə ortaya qoyub. xəbər verir ki, "The Lancet Oncology" jurnalında dərc edilən araşdırmaya görə, 2024-cü ildə dünyada diaqnoz qoyulan bütü

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

.

Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir

Qəhvə sağlamlıq üçün faydalı içki hesab edilsə də, onun hazırlanma üsulu və tərkibinə əlavə edilən maddələr ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Kardioloqlar xüsusilə şəkərli qəhvə içkilərinin təhlükələri barəd

turlar.az

donlar 2026 makiyaj etmek qaydalari qadın geyimi yaşıl çay daglar haqqinda məmməd ismayıl gozlerin bezedilmesi kosmetika nizami gencevi seksi intim kley lekesi klitor