ANS-in məşhur aparıcısı Azərbaycanı tərk etdi - FOTO
Fəaliyyəti dayandırılmış ANS TV-nin tanınmış aparıcısı, bir müddət əvvəl ölkədən çıxışına qadağa qoyulan Qənirə Ataşova Azərbaycanı tərk edib.
Bu haqda Gununsesi.info-ya Q.Ataşovaya yaxın mənbə məlumat verib.
Belə ki, verilən məlumatda qeyd edilib ki, Q.Ataşovanın ölkədən çıxışına qoyulan qadağanın götürülməsi üçün məhkəməyə və aidiyyatı orqanlara etdiyi müraciət öz müsbət həllini tapıb. Odur ki, aidiyyatı qurumlar məhkəmənin qərarını gözləmədən Q.Ataşovanın ölkədən çıxışına qoyulmuş qadağanı ləğv ediblər. Onun hazırda xarici ölkələrdən birində olduğu söylənilir.
Xatırladaq ki, Q.Ataşovanın da Azərbaycanda "Gülən işi"ylə əlaqədar Baş Prokurorluğun Ağır Cinayətlərə dair İstintaq İdarəsində açılmış cinayət işinə görə, fəaliyyəti dayandırılmış ANS Tv-nin bir qrup əməkdaşıyla bərabər ölkədən çıxışına qadağa qoyulmuşdu.
Qeyd edək ki, Q.Ataşova bu qadağanın götürülməsi üçün prezident İlham Əliyevə də müraciət etmişdi.









Ehtiraslı öpüşmək üçün bunlara mütləq əməl edin
Cəfərinin insan orqanizminə inanılmaz faydaları
Qaravəllilər
Arzuolunmaz hamiləlik
Mehriban Xanlarova buna görə verilişlərə getmir
100% görmə əngəlli olsanız belə, bu implantla görəcəksiniz - İlon Maks açıqladı
Nərmin Kərimbəyova Türküstandakı konsertdə anşlaqla qarşılandı
Röya Ayxandan yeni ekran həyəcanı: "Baldır Yar
Azərbaycanlı şoumen aliment davasında qalib gəldi
Qəhvəni bu saatda için
Göz quruluğunun səbəbi bəlli oldu
Çağatay bu dəfə 'Eşref Tek'lə qayıdır?