Qənirə Paşayeva: "Dünyada ən ağır şeyi həyatımın mənasını, mən onu qəfil itirdim

Qənirə Paşayeva: "Dünyada ən ağır şeyi həyatımın mənasını, mən onu qəfil itirdimBu gün Atalar Günüdür!Bütün yaxşı Ataları təbrik edirəm!Övladlara isə hər zaman uğur,mutluluq və əməlləri ilə Ataları sevindirməyi diləyirəm! Mənim də insan kimi formalaşmağımda, uğurlarımda, həyata baxışlarımda Atamın müstəsna rolu var. O ən yaxşı atalardan biri idi. Nur içində yatsın!
Mənim Atam...
"Dünyada ən ağır şeyi həyatının mənası sandığın insanı itirməkdir…
Mən onu qəfil itirdim, bu itkiyə heç,amma heç hazır deyildim…
Əllərimlə yola saldığım atamın cənazəsini qarşıladım bir gün sonra…
Dünyada ən sevdiyin adamı qara torpağa verməkdən dəhşətli məqam yoxdur insan üçün…
Dayanmadan onun bumbuz olan cənazəsinə baxarsan, baxasan (və əlindən heç bir şey gəlməyə... – Əlindən gələnlər də gəlməyə artıq)...
Artıq səni tərk etdiyini anlamaq istəməzsən. Yoxluğunu qəbul edə bilməzsən… Ən dəhşətlisi onu torpağa vermək istəməzsən…

Bir gün onu torpağa verə bilməmişdim…

Onun soyuq bədəni ilə yanaşı uzanmış, dərdləşmişdim onunla – gah üsyankarcasına, barışmazlıqla, gah səssiz, sözsüz –göz yaşları ilə, için-için ağlayaraq "danışırdım" onunla…
Bir gün onunla vida söhbətini bitirə bilməmişdim… O qədər gözəl anılar qoymuşdu ki, xatırlayıb bitirə bilmirdik…

Bir gün boyunca onu torpağa tərk etməyim üçün bir səbəb axtarmışdım, ailəsinə, övladlarına qarşı bir yanlışını tapmağa çalışmışdım, amma tapa bilməmişdim…

O bir gün uzunu onun soyuq üzünü sığallamışdım... Soyuq payız günündə əllərimi isidib onu oxşamışdım... Dayana bilməz bu acıma, bəlkə dönər, deyə…
Ona sevdiyi şeirləri söyləmişdim, mahnıları zümzümə etmişdim, bəlkə məni qoyub getməz deyə…

Dayanmadan ağlamışdım... Mənim bir damla gözyaşıma dayana bilməzdi – özgə vaxtı... Bəlkə məni gözüyaşlı qoymaz deyə ümid edirdim…

İnanmamışdım öldüyünə… Dərin bir yuxuya gedib, tibbdə bəzən nadir də olsa belə olur – öldü deyilən insanlar bir neçə saat sonra yenidən həyata qayıdıblar… Hər ötən saat ümidimə qənim olmuşdu… - saatlar başa çatır, nəfəs yoxdur ki, yoxdur...

O müdhiş gün... nə həkimləri dinləyirdim, nə din adamlarını, nə yaxınları… Onu torpağa vermək istəmirdim… O, məni belə asanlıqla tərk etməzdi, deyirdim… O, məni belə tərk edə bilməz, söz vermişdi deyirdim…

Çingiz Aytmatovun "Əsrdən uzun gün"ündəydim sanki...
Nəhayət, yuxusuzluqdan, davamlı ağrı-acıdan, ah-fəğandan sonra, fizikam, metafizikam da mənə dönük çıxımışdı, qaliba – yorulmuşammış, gecədən keçmiş yuxuya getmişəmmiş.

Yanımda idi... Mənə baxırdı, gülümsəyirdi, getməliyəm deyirdi, sənə söz – səni heç zaman tək qoymayacam deyirdi… - bu nə qəribə hal idi: tərk edə-edə tərk etməməyə söz vermək! – mənim oxuduqlarım, öyrəndiklərim bu halı yorumlaya bilmirdi...

Səhəri dünyada ən sevdiyim adamı əllərimlə torpağa verdim... Əllərimlə üstünə torpaq da atdım… "Sən ən yaxşı ata idin" dedim..! Sonra da torpağa baxıb "qürrələnmə, sən, onu məndən ala bilməzsən!" dedim… Çünki sevgiləri ilə könüllərdə taxt quranları torpaq ala bilmir... İşıqlı xatirələri ilə yaddaşlarda taxt quranları torpaq çürüdə bilmir… Onlar hər zaman bizimlə olur… Yanımızda olmasalar da, biz onların sevgisini, şəfqətini, dəstəyini hiss edirik… Hiss edirik…

Bir həftədir özümü çox pis hiss edirdim. Hər zaman belə anlarda ona daha çox ehtyacım olar. Çünki sağ olsa onunla paylaşardım, sözləri, sevgisi ilə mənə güc verərdi, özümü güclü hiss edərdim.
Dünən axşam yuxuya getməzdən öncə "sənə yaman ehtiyacım var" dedim... Gəldi... Bilirdim gələcək... O hər zamankı kimi ən çox güvəndiyimdi – gəlməyə bilməzdi..! Uşaq kimi sevinirdim... dərdləşdim onunla...

Səhər yuxudan oyananda özümü daha yaxşı hiss edirdim... Güzgü qarşısında saçlarımı darayanda bir neçə ağ saç sataşdı gözümə... Və anladım ki, əslində neçə yaşımızın olmasına baxmayaraq hər zaman onlara bir cocuq kimi ehtiyacımız var.

Çünki...
Onlar Allahdan sonra hər zaman güvənə biləcəyimiz tək varlıq(lar)dır...

Onlar ömürlərinin sonuna qədər bizi qarşılıqsız, təmənnasız sevən tək varlıq(lar)ıdır...

Onlar yaşımızdan asılı olmayaraq hər canımız yananda, kədərlənəndə, dərdimiz olanda utanmadan, sıxılmadan sığındığımız və sığınmaq istədiyimiz əsas varlıq(lar)dır...

Onlar bizim üçün canından belə keçməyə hazır, bizimlə üzülüb, bizimlə sevinən ən gözəl varlıq(lar)dır...
Onlar atamız və anamızdır..!

Onlar yaşımızdan asılı olmayaraq yanında hər zaman özümüzü cocuq kimi güvəndə, arxalı hiss etdiyimiz varlıqlardır...
Onlar hətta dünyadan köçəndən sonra belə bizi tək qoymayan əvəzedilməz varlıqlardır...
Onlar atamız və anamızdır...

Yeddi il keçir...
Amma o yenə gəldi...
Mənə deyirdi ki, mən onun ən qiymətlisiyəm...
Mənə deyirdi ki, hər şey yaxşı olacaq...
Mənə deyirdi, yenə gələcəm!..

Övladlar olaraq hamımız onların dəyərini daha çox bilməliyik. Əslində ilin hər günü atalar və analar günü olmalıdır. Çünki onlar özəldirlər... Onlar Yaradandan sonra bizi qarşılıqsız, təmənnasız sevən və hər nə olursa olsun bizə sahib çıxanlardır(lar): yanlışımızla, doğrumuzla; uğursuzluğumuzla, uğurumuzla; pisimizlə, yaxşımızla; hər şeyimizlə..."

Qənirə Paşayeva-Millət Vəkili

Xəbərlər     Baxılıb: 3261   Tarix: 19 iyun 2017
f Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)

Sosial şəbəkələrdə aşağı ferritin səviyyəsinin insanın xarici görünüşünə təsiri ilə bağlı paylaşımlar geniş yayılıb. İstifadəçilər solğun dəri, gözaltı tünd dairələr, saç tökülməsi və kövrək dırnaqları "ferritin üzü"

.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişaf

.

Mədəsi ağrıyanların nəzərinə

Mədə ağrısı qaraciyər xərçənginin simptomu ola bilər. -a istinadən xəbər verir ki, yuxarı qarın və ya mədə nahiyəsində təkrarlanan ağrı müayinə üçün ciddi bir səbəbdir. Mütəxəssislərin fikrincə, qaraciyər xərçənginin simptomlar

.

Tənhalıq sağlamlığa ciddi zərər verə bilər

Düzgün qidalanma və müntəzəm idmanla məşğul olmaq sağlam həyat tərzinin əsas şərtləri hesab edilir. Lakin alimlərin araşdırmasına görə, insan sağlamlığına ciddi təsir göstərən daha bir mühüm amil var. Bu da sosial münasibətlə

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvən

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir

Sevdiyiniz insanın etdiyi qısa müddətli masajın həm fiziki, həm də psixoloji rahatlığa müsbət təsir göstərə biləcəyi bildirilir. xəbər verir ki, masaj zamanı əzələlər boşalır, bədəndəki gərginlik azalır və insan özünü dah

turlar.az

reseptler hamiləlik yay kolleksiyasi tənəffüs orqanları ayaqqabı xorionik qonadotropin müsabiqələr kosmetika novruz bayramına aid hakışda novruz bayramina aid hakisdalar burcler haqqinda 8 mart baliq burcu