QƏRARGAH: "İtkin düşən neftçilərdən biri, 3 uşaq atasının meyiti tapılıb"
"Azneft" İstehsalat Birliyinin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsinin sağ və sol hissəsində yerləşən estakadanın uzunluğu təqribən 150 metr olan hissəsinin dənizə uçması nəticəsində itkin düşən 10 neftçinin axtarışları davam edir.
Qadinsayti.az APA-Economics-ə istinadən xəbər verir ki, bunu SOCAR-ın "Azneft" İstehsalat Birliyinin baş mühəndisi Balamirzə Ağarəhimov hadisə ilə bağlı yaradılan operativ qərargahda keçirilən brifinqdə bildirib.
"Saat 15:00-a olan məlumata görə, itkin düşən neftçilərdən birinin meyiti tapılıb. Onun adı İlham Qafarovdur. Axtarışlar davam etdirilir. Hava şəraitinin əlverişsiz olması axtarış tədbirlərini çətinləşdirir", - deyə B. Ağarəhimov bildirib.
Xatırladaq ki, bu gün səhər saat 05:00 radələrində Xəzər dənizində 41 metr/saniyə sürəti ilə əsən güclü külək "Azneft" İB-nin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsinin sağ və sol hissəsində yerləşən estakadanın uzunluğu təqribən 150 metr olan hissəsini dənizə uçurub. Estakadanın həmin hissəsi özü ilə birlikdə ona bitişik olan meydançanı və üzərindəki yaşayış budkasını da uçurub.
İlkin məlumata görə, hadisə nəticəsində Neft Yığım Məntəqəsinin növbədə olan 5 nəfər və yaşayış budkasında olan 5 nəfər (cəmi 10 nəfər) əməkdaşı itkin düşüb.
f Paylaş








8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik
Yuxuda sevdiyin insanı görmək
Kişiləri ehtiraslandıran sözlər
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT
Ramal desə ki, sənəti at, ataram' - Rəqqasə Fatimə
Buna görə 20 kiloqram arıqladım' - Əməkdar artist
Bu əlamətlər bağırsaq probleminin göstəricisidir
Mən aparıcı deyiləm, xanəndəyəm' - Zaur Kamalın verilişini o aparacaq?
Hər səhər acqarına bir qaşıq için - Damarları şüşə kimi təmizləyir
Süfrəyə qoymadığımız bu ət ən faydalısı imiş
Tərəf müqabili oldular