Qərargah: Xəzərdə itkin düşən neftçilərin axtarışı davam edir

Qərargah: Xəzərdə itkin düşən neftçilərin axtarışı davam edirDekabrın 15-də Xəzər dənizində əsən güclü küləyin "Azneft" İstehsalat Birliyinin N.Nərimanov adına NQÇİ-nin 3 saylı Neft Yığım Məntəqəsinin sağ və sol hissəsində yerləşən estakadanın bir hissəsini dənizə uçurması nəticəsində itkin düşən neftçilərin axtarışı davam edir.
Bu barədə "Qadinsayti.az"a hadisə ilə bağlı "Azneft" İB-də yaradılan qərargahdan bildirilib.
Qeyd olunub ki, hazırda axtarış işlərini 6 gəmi davam etdirir: "Eyni zamanda, Dövlət Sərhəd Xidmətinin 2 helikopteri axtarışa cəlb olunur. Hazırda müşahidə olunan hava şəraiti ilə əlaqədar dalğıc gəmiləri axtarış apara bilmir. Hava şəraiti imkan verdikdə onlar da axtarış işlərinə qoşulacaqlar".
Xatırladaq ki, dekabrın 15-i saat 05:00 radələrində Xəzər dənizində 41 metr/saniyə sürəti ilə əsən güclü külək "Azneft" İB-nin N.Nərimanov adına NQÇİ-nin 3 saylı Neft Yığım Məntəqəsinin sağ və sol hissəsində yerləşən estakadanın uzunluğu təqribən 150 metr olan hissəsini dənizə uçurub.
Estakadanın həmin hissəsi özü ilə birlikdə ona bitişik olan meydançanı və üzərindəki yaşayış budkasını da uçurub. İlkin məlumata görə, hadisə nəticəsində Neft Yığım Məntəqəsinin növbədə olan 5 nəfər və yaşayış budkasında olan 5 nəfər (cəmi 10 nəfər) əməkdaşı itkin düşüb:
1. Zülfüqarov Güloglan - maşinist
2. Zülfüqarov Azay - operator
3. Qurbanov Vidadi - operator
4. Həsənov Elçin - mexanik
5. Hacıəliyev Həsənağa - operator
6. Qafarov İlham - operator
7. Əsədov Samir - operator
8. Bəhrəmov Cavid - operator
9. Abbasov Ramiz - maşinist
10. Rüstəmov Qorxmaz – operator
Dekabrın 15-də axtarış nəticəsində 3 saylı Neft Yığım Məntəqəsinin əmtəə operatoru, 1958-ci il təvəllüdlü, Bakı şəhəri, Ələt qəsəbəsinin sakini İlham Əlihüseyn oğlu Qafarovun meyiti tapılıb.
Axşam saatlarında onun nəşi "Qaradağ-8" gəmisi ilə sahilə gətirilib və aidiyyəti üzrə təhvil verilib və ötən gün dəfn olunub.

Xəbərlər     Baxılıb: 1572   Tarix: 17 dekabr 2016
f Paylaş

Oxşar xəbərlər

.

Bu əlamətlər bağırsaq probleminin göstəricisidir

Qarında yaranan bəzi ağrılar sadə narahatlıqdan daha ciddi problemlərin əlaməti ola bilər. Həkimlərin sözlərinə görə, xüsusilə qəfil başlayan və güclü hiss edilən ağrılar diqqətdən kənarda qalmamalıdır. xəbər verir ki, mütəxəssislə

.

Süni intellekt sınaqdan keçmədi - Sağlamlıq üçün TƏHLÜKƏ

Populyar süni intellekt modellərinin tibbi mövzularda verdiyi cavabların 70 faizdən çoxu ya problemlidir, ya da elmi əsaslardan uzaq mənbələrə istinad edir. xəbər verir ki, "BMJ Open" jurnalında yayımlanan yen

.

Beyin iltihabını azaldan burun spreyi: Yaddaşı da bərpa edir

Alimlər cəmi iki dozada beyin iltihabını kəskin şəkildə azalda və yaddaşı bərpa edə bilən yeni bir burun spreyi hazırlayıblar . Spreyin təsirinin aylarla davam etdiyi bildirilir. xəbər verir ki, son zamanlar aparılan çoxsayl

.

Bu saatlarda çölə ÇIXMAYIN

"Tozcuqların havadakı konsentrasiyası günün müxtəlif saatlarında dəyişir". xəbər verir ki, bunu canlı yayımda Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun pulmonoloqu Günay Əliyeva deyib. Onu

.

Rusiya "gizli dərman" üzərində işləyir - 150 il yaşamaq mümkün olacaq?

Rusiya qocalma prosesini yavaşlatmağı hədəfləyən gen terapiyası əsaslı yeni dərman üzərində çalışdığını açıqlayıb. xəbər verir ki, layihə çərçivəsində hazırlanmış müalicənin hüceyrə səviyyəsində yaşlanmanı ləngitdiyi bildirilir

.

Həddindən artıq yuxu niyə təhlükəlidir?

Yuxu rejimi ilə bağlı yeni araşdırma diqqət çəkən nəticələr önə çıxarıb. xəbər verir ki, "PLOS One" jurnalında dərc olunan tədqiqatda qeyd edilir ki, həm yuxusuzluq, həm də normadan artıq yatmaq sağlamlıq üçün ris

.

Ürək üçün ən faydalı çörək növü AÇIQLANDI

Çörək seçimi yalnız dad məsələsi deyil. Gündəlik qida rasionumuzun ayrılmaz hissəsi olan çörək düzgün seçildikdə sağlamlıq üçün də faydalı ola bilər. Bəs, hansı daha sağlamdır, tam buğda, yoxsa çovdar? . xəbər verir ki, dietoloqla

.

Qadınlarda infarktın gizli əlamətləri - Həkim xəbərdarlıq etdi

Qadınlarda ürək tutması əksər hallarda klassik simptomlarla özünü göstərmir və bu da xəstəliyin vaxtında aşkarlanmasını çətinləşdirir. xəbər verir ki, kişilərdə tez-tez rast gəlinən şiddətli sinə ağrısından fərqli olaraq

.

Süfrəyə qoymadığımız bu ət ən faydalısı imiş

Azərbaycan mətbəxində içalat arasında qaraciyər və böyrək qədər məşhur olmasa da, dana dalağı əslində qida dəyəri baxımından ən zəngin ət məhsullarından biri hesab olunur. Çox vaxt süfrələrdə diqqətdən kənarda qalan bu qid

turlar.az

sade makiyaj sekilleri makiyaj etmek qaydalari hamiləlik zebra keksi aksesuarlar göyəm turşusu aroma və fitoterapiya kosmetika novruza aid hakisda birlik qiz evi ucun vətən haqqında bayatı novruz hakısdası