Qida məhsullarında antibiotik təhlükəsi

Qida məhsullarında antibiotik təhlükəsiHeyvandarlıq və quşçuluq sahəsində antibakterial preparatlar əsasən infeksion xəstəliklərin müalicə və profilaktikası, yemləndirmədə kökəltmə məqsədilə işlədilir. Belə antibiotiklərə "antibiotik-stimulyatorlar" və ya "yem antibiotikləri" də deyilir. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, il ərzində heyvandarlıq və quşçuluq sahəsində çəki artımı məqsədilə 100 min tonlarla yem antibiotikləri sərf olunur ki, bu da təbabətdə müalicə məqsədilə işlədilən oxşar dərman maddələrini iki dəfədən çox üstələyir.
Heyvandarlıqda istifadə olunan yem antibiotikləri əsasən bakteriyalar tərəfindən fermentativ sintez olunan polipeptid mənşəli birləşmələrin qarışığıdır. Bu birləşmələr heyvan və ya quşların rasionuna əlavə edildikdə bağırsaqlarda patogen mikroorqanizmləri sıxışdırdığından, bağırsaq mikrobiontunun fəaliyyəti üçün əlverişli şərait yaratmış olur. Belə olduğu halda orqanizmdə həzm və metabolizmin dinamikası yaxşılaşmaqla, inkişaf prosesi sürətlənir. Nəticədə xəstəliklərin qarşısı alınır və çəki artımı yüksəlir.
Digər tərəfdən antibiotiklərin uzun müddət heyvan və quşların müalicəsi, profilaktikası və yemlənməsində istifadə edilməsi patogen və şərti patogen mikroorqanizmlərin antibiotiklərə qarşı rezistentliyinin artmasına, yəni bakteriya ştammlarının meydana gəlməsinə səbəb olur.
Bioloji və antibakterial təsir xüsusiyyətinə görə antibiotiklərin tibb təbabətində, kənd təsərrüfatında (baytarlıqda) və qida sənayesinin müxtəlif sahələrində geniş istifadə edilməsi mikroorqanizmlərə görə qida zəncirinin müxtəlif mərhələlərində fəsadların yaranmasına gətirib çıxarır.
Antibiotiklərin davamlı istifadəsi zamanı heyvan və insan orqanizmində fizioloji və immunobioloji müdafiə mexanizmlərinin pozulması halları, müxtəlif formalı allergiyalar, hiperhəssaslıq yaranır. Nəticədə orqanizmdə yeni patogen mikroorqanizmlər əmələ gəlir.
Antibiotiklərin kənd təsərrüfatında kortəbii və geniş istifadə olunması onların heyvan mənşəli qida məhsullarında (heyvan, quş və balıq əti, qaraciyər, süd, yumurta və s.) müəyyən miqdarda toplanmasına səbəb olur. Odur ki, insan sağlamlığının qorunması üçün heyvan mənşəli qida məhsullarında antibiotiklərin beynəlxalq standartların tələbləri çərçivəsində maksimum qalıq limitləri müəyyən edilib.
Avropa Birliyi ölkələrində 2006-cı ildən qanunvericiliklə bir sıra antibiotiklərin heyvandarlıqda xəstəliklərin profilaktikası məqsədilə və boy stimulyatoru kimi istifadəsi qadağan edilib. 2017-ci ildən isə Avropa Komissiyası antibiotikorezistentliyin aradan qaldırılması məqsədilə bu maddələrlə davranma qaydalarına dair yeni fəaliyyət planı təsdiq edib. Araşdırmalar göstərir ki, antibiotiklərin heyvan və bitki mənşəli məhsulların istehsalında istifadəsi zamanı düzgün yanaşmalar olmasa, 2050-ci ildə insanlar arasında ölüm halları xərçəng xəstəliyi səbəbindən baş verən itkiləri üstələyəcək.
Antibiotiklərin "ağıllı tədbiqi" ilə heyvan mənşəli qida məhsullarının bu preparatlarla çirklənmə təhlükəsini və əhatə dairəsini azaltmaq mümkündür. Bunun üçün heyvanlar üzərində hər bir antibiotikin baytarlarla məsləhətləşməklə təyinatına uyğun olaraq düzgün seçilmiş doza və müəyyən edilmiş müddət ərzində istifadəsi nəzərdə tutulur.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1850   Tarix: 07 mart 2021
f Paylaş

Oxşar xəbərlər

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişaf

.

Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir

Qəhvə sağlamlıq üçün faydalı içki hesab edilsə də, onun hazırlanma üsulu və tərkibinə əlavə edilən maddələr ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Kardioloqlar xüsusilə şəkərli qəhvə içkilərinin təhlükələri barəd

.

Ətir istifadə edənlərə xəbərdarlıq

Ətirin dəriyə çəkilməsi xərçəngin yaranması riskini artırmır. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı onkoloq Basir Bammatov -ya müsahibəsində danışıb. Lakin o, ətirlərin allergik reaksiyalara və ya dəri qıcıqlanmasın

.

Tənhalıq sağlamlığa ciddi zərər verə bilər

Düzgün qidalanma və müntəzəm idmanla məşğul olmaq sağlam həyat tərzinin əsas şərtləri hesab edilir. Lakin alimlərin araşdırmasına görə, insan sağlamlığına ciddi təsir göstərən daha bir mühüm amil var. Bu da sosial münasibətlə

.

Gözə linza taxdırmazdan əvvəl bunu mütləq bilməlisiniz

"Yeni nəsil göz içi linzalar üçün ciddi yaş məhdudiyyəti yoxdur. Linza seçimində əsas meyar yaş deyil, gözün ümumi vəziyyəti və pasiyentin gündəlik görmə ehtiyaclarıdır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyini

.

Tünd kişmiş cavanlaşdırır

Tünd kişmişin faydalı xüsusiyyətləri onların yüksək antioksidan tərkibi ilə izah olunur. -a istinadən xəbər verir ki, diyetoloq Yelena Solomatinanın açıqlamasına görə, tünd kişmiş antioksidant xüsusiyyətləri təsirli polifenolları

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

turlar.az

geymler 2026 toy makiyaji sekilleri geyim dəbləri ilk tibbi yardim gil maskalari uşaq yeməkləri hamilelikde axinti kosmetika sanamalar qaynana hakista xeyanet qiz burcu vətən haqqında atalar sözləri