Qida məhsulu kimi qaraciyərin faydası

Qida məhsulu kimi qaraciyərin faydasıQaraciyər insanların sağlamlığı üçün faydalı qida növü hesab edilir. İdmançıların qida rasionunda və diyetik qidalanmada xüsusi çəkisi olan qaraciyərdən (heyvan, quş və balıq qaraciyəri) müxtəlif növ qida məhsullarının (konserv, paştet, kolbasa və s.) istehsalında da istifadə edilir.
Bu barədə Qida Təhlükəsizliyi İnstitutunun Elmi-tədqiqat və risklərin qiymətləndirilməsi departamentinin Heyvan sağlamlığı şöbəsinin mütəxəssisləri Q. Cəlladov, Ş. Məmmədova, Ç. Süleymanova, S. Məmmədova, K. Əliyeva və F. Əlizadənin hazırladığı maarifləndirici materialda bəhs olunur.
Heyvan orqanizmində qaraciyər bir sıra həyati əhəmiyyətli funksiyalar (metabolik, depolayıcı, baryer, ekskretor, homeostatik və s.) yerinə yetirir. Baryer funksiyası sayəsində orqanizmə daxil olan toksiki maddələri filtrasiya edərək zərərsizləşdirdiyinə görə qaraciyərin istehlak üçün zərərli olduğu barədə düşünmək olar. Lakin qeyd etmək lazımdır ki, qaraciyər heyvan orqanizminin "kimyəvi laboratoriyası" olmaqla, zərərli maddələrin filtrasiyası onun əsas funksiyalarından biridir. Digər tərəfdən yemlərin tərkibində kimyəvi mənşəli komponentlər çox olduğu və rasion balanslaşdırılmadığı halda qaraciyərdə stromanın destruksiyası ilə nəticələnən pozuntular baş verə bilər. Belə halda qaraciyərin orqanoleptik göstəricilərində dəyişikliklər (bərkimə, qeyri-bərabər rəng çaları və s.) nəzərə çarpır ki, bu da məhsulun istehlak üçün yararsız olmasına dəlalət edir. Ekoloji təmiz mühitdə yetişdirilən heyvanın qaraciyərinin xarici səthi hamar və nazik qabıqla örtülü, strukturu yumşaq və boş konsistensiyalı, rəngi tünd-qəhvəyi çalarlı olmaqla sağlam hesab edilir.
Qida əhəmiyyətinə görə qaraciyər insan sağlamlığı üçün vacib olan bir sıra bioloji aktiv maddələrin xəzinəsidir. Belə ki, cavan heyvanların qaraciyəri zülallar (albuminlər, qlobulinlər, ferroproteidlər, nukleoproteidlər, qlükoproteidlər və s.), yağlar, karbohidratlar (xüsusilə heparin), antioksidantlar (koenzim Q, vitamin E və s.), azotlu ekstraktiv maddələr (kreatin, purin, sidik cövhəri, xolin, metilquanidin və s.), azotsuz ekstraktiv maddələr (qlikogen, süd turşusu, inozit və s.), əvəzolunmaz aminturşuları (lizin, metionin, triptofan, histidin, leysin, izoleysin, valin və s.), vitaminlər (A, D, E, K, B1, B2, B6, B9, B12), biotin, fermentlər (proteaza, lipaza, dezaminaza, esteraza, nükleaza, amilaza, kreatinaza, katalaza, karotinaza və s.), həmçinin makro- və mikroelementlərlə (Fe, Ca, Mg, Na, K, P, Zn, Se, Cu, Y, F, Cl, Cr və s.) zəngin olub, enerji dəyəri 100-150 kkal/100 qr arasında dəyişir.
Qaraciyər zülalların miqdarına görə (17-18 faiz) ətdən geri qalmır. Xüsusilə onun tərkibində qan piqmentinin (hemoqlobin) sintezində fəal iştirak edən ferroproteidlər (ferritin) çox olduğundan anemiyalar zamanı istehlak edilməsi profilaktiki əhəmiyyət kəsb edir. Tərkibində yağların az (2-4 faiz), digər biokimyəvi komponentlərin isə optimal səviyyədə olması qaraciyərin insan orqanizmi tərəfindən asan mənimsənilməsini təmin edir. Qaraciyərin lipidləri doymuş və doymamış ali yağ turşularından ibarətdir və doymuş turşular nisbətən çoxluq təşkil edir. Həmçinin onun tərkibində digər lipid birləşmələrindən xolesterolun miqdarı da çoxdur. Qeyd edək ki, lipid birləşmələrinə daxil olan (karotinoidlər qrupu) və onkoloji xəstəliklərin müalicəsində istifadə edilən qiymətli və təbii bioloji aktiv maddə - skvalen ilk dəfə balıqların (akulaların) qaraciyərindən əldə olunub. Digər heyvanların qaraciyərində də bu birləşməyə az miqdarda rast gəlinir.
Tərkibindəki çeşidli biokimyəvi maddələr kompleksi qaraciyərin qida növü kimi insan sağlamlığı üçün bir sıra faydalı bioloji xüsusiyyətlərə malik olmasını təmin edir:
- tərkibində B12 vitamini və dəmir tərkibli ferritin çox olduğundan qanda hemoqlobinin sintezini gücləndirməklə anemiyaların qarşısının alınmasına müsbət təsir göstərir;
- heparinlə (antikoaqulyant) zəngin olduğuna görə qanın laxtalanma prosesinin tənzimlənməsində, o cümlədən ateroskleroz, trombozlar və digər damar problemlərinin qarşısının alınmasında faydalıdır;
- tərkibində azot əsaslı kreatin çox olduğuna görə orqanizmdə metabolizm proseslərinin sürətlənməsinə və fiziki yorğunluğun aradan qaldırılmasına müsbət təsir edir;
- fol turşusu (vitamin B9), C, D və A vitaminləri ilə zəngin olan qaraciyərin orqanizmdə immun sistemin möhkəmlənməsi, ana bətnində dölün normal inkişafı, osteoporozun profilaktikası və görmənin aktivləşməsində rolu böyükdür (A vitamini treska, putassu və digər balıqların qaraciyərində daha çoxdur);
- tərkibindəki K vitamini (K2 - menaxinon) qanın laxtalanma prosesini stimullaşdırır, həm də sümük toxumasının formalaşması prosesində kalsiumun mənimsənilməsini yaxşılaşdırır;
- koenzim - Q (ubixinon) ilə zəngin olduğuna görə orqanizmdə sərbəst radikalları neytrallaşdırır, E vitamininin antioksidant təsirini gücləndirir və hüceyrələrdə qocalma prosesinin qarşısını alır;
- azkalorili olmaqla yanaşı, malik olduğu mikroelement və vitamin kompleksi qaraciyərin diyetik qida növü kimi piylənmənin qarşısının alınması və artıq çəkinin azaldılmasında rolunu artırır.
Qeyd edək ki, tərkibində ekstraktiv maddələr (xüsusilə kreatin və purinlər) və xolesterol çox olduğundan qaraciyərin yaşlı insanlar tərəfindən çox istehlakı tövsiyə olunmur.
Qaraciyərin baytarlıq-sanitariya ekspertizasına cəlb olunub, müvafiq termiki təsirə məruz qaldıqdan sonra istehlak edilməsi məsləhət görülür. Nəzərə almaq lazımdır ki, bir çox zoonoz xəstəliklər zamanı heyvanın qaraciyərinə nüfuz edən xəstəlik amilləri (bakteriya, virus, helmint və s.) insan sağlamlığı üçün risklər yaradır. Xüsusilə zoonoz helmintozlar (fassiolyoz, exinokokkoz, dikroselioz və s.) zamanı helmintlərin sürfə və ya yetkin formalarının məhz qaraciyərdə lokalizasiya etməsi xəstəliyin insanlara yoluxması üçün təhlükə mənbəyi hesab olunur. Həmçinin təzə qaraciyər qanla zəngin orqan olduğundan mikroorqanizmlərin inkişafı üçün əlverişli mühit hesab edilir. Odur ki, qida təhlükəsizliyi baxımından istehlak məqsədilə bu məhsulun müvafiq temperatur rejimində ( 0 ÷ +4 dərəcə C temperaturda 1 gün, -1 ÷ +1 dərəcə C temperaturda 3 gün, -18 dərəcə C temperaturda 6 ay saxlana bilər) və mal qonşuluğu prinsipinə uyğun olaraq soyuducuda saxlanması tövsiyə edilir. Qeyd etmək lazımdır ki, dondurulmuş qaraciyərin defrostasiyası (təkrar dondurulması) yolverilməzdir.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 3768   Tarix: 21 iyul 2021
f Paylaş

Oxşar xəbərlər

.

Qəhvəni bu saatda için

Kardioloq və terapevtlər qəhvə qəbulunda təkcə miqdarın deyil, içkinin hazırlanma üsulu və qəbul edildiyi saatın da vacib olduğunu bildiriblər. xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, kofein qəbulunu 15:00-16:00 radələrind

.

Göz quruluğunun səbəbi bəlli oldu

Smartfon, planşet və kompüterdən uzun müddət istifadə göz quruluğu şikayətlərini artırır. xəbər verir ki, mütəxəssislər gözlərdə yanma, batma, qızartı və görmənin bulanması kimi əlamətlərin diqqətdən kənarda saxlanılmamasın

.

Xərçəngə səbəb ola bilən bakteriya bu imiş - Diqqətli olun

Xərçəng riskinə təsir edən amillərlə bağlı yeni araşdırma diqqətçəkən nəticə ortaya qoyub. xəbər verir ki, "The Lancet Oncology" jurnalında dərc edilən araşdırmaya görə, 2024-cü ildə dünyada diaqnoz qoyulan bütü

.

Qəhvənin təsiri niyə insandan insana dəyişir?

Qəhvə içdikdən sonra gecə yuxuya gedə bilməyənlər olduğu kimi, yatmazdan əvvəl bir fincan qəhvə içsə belə rahat yatan insanlar da var. xəbər verir ki, mütəxəssislər bunun səbəblərindən birinin genetik xüsusiyyətlərlə bağl

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvən

.

Tənhalıq sağlamlığa ciddi zərər verə bilər

Düzgün qidalanma və müntəzəm idmanla məşğul olmaq sağlam həyat tərzinin əsas şərtləri hesab edilir. Lakin alimlərin araşdırmasına görə, insan sağlamlığına ciddi təsir göstərən daha bir mühüm amil var. Bu da sosial münasibətlə

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Bu yaşda ət yemək ömrü uzadır

Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməkl

turlar.az

kosmetoloq yay kolleksiyasi geyim şəkilləri boşanma səbəbləri uz derisine qulluq maskalari soz ehtiyati artirmaq boşanmalar kosmetika meseller novruz hakistalari novruz bayramı novruz bayramına aid hakışda laylalar