Qida qəbulundan əvvəl dondurma yemək iştahasızlıq yaradır

Qida qəbulundan əvvəl dondurma yemək iştahasızlıq yaradırYayın isti günlərində dondurma qida rasionunda xüsusi yer tutur, lakin valideynlər azyaşlılara bu qida məhsulunu verməyə tərəddüd edirlər. Boğaz infeksiyaları, qızdırma və s. kimi müxtəlif narahatlıqların baş verməsi bunun əsas səbəbləridir.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, həkim-terapevt Solmaz Musayevanın dediyinə görə, uşaqlara dondurma verərkən qaydalara düzgün əməl etməklə belə problemlərdən yan keçmək mümkündür: "İki yaşından kiçik uşaqlarda istər inək, istərsə də keçi südünə qarşı bir sıra ağırlaşmalar yaranır. Dondurmanı qida qəbulundan əvvəl yemək məsləhət görülmür, çünki şirin olduğuna görə yeməkdən əvvəl qəbul ediləndə iştahanı öldürür, yeməyə həvəs qalmır. Günün ikinci yarısından sonra dondurmadan istifadə etmək düzgün deyil, tərkibində protein və karbohidratlar çox olduğuna görə uşaqlarda ifrat dərəcədə kökəlməyə səbəb olur".
Dondurmanı yeməkdən bir saat əvvəl qəbul etmək daha yaxşıdır. Onu yeyəndən əvvəl və sonra su içmək əks təsirlərin qarşısını alır. Həkim-terapevt deyib: "Yaxşı olar ki, uşaqlar dondurma yeyərkən onu ağızlarında bir qədər saxladıqdan sonra udsunlar, yaxud dondurmanı otaq temperaturunda yumşaldandan sonra qaşıqla uşağa yedirmək olar".
Süd və süd məhsullarından hazırlanan dondurmanın tərkibində A, B, S, D vitaminləri, eyni zamanda dəmir və sink kimi minerallar var. Ona görə də onun sağlamlıq əhəmiyyəti də var. Çalışmaq lazımdır ki, uşaqlara verilən dondurmanın tərkibində geni modifikasiya edilmiş məhsullar və palma yağı olmasın.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1466   Tarix: 08 iyul 2020
f Paylaş

Oxşar xəbərlər

.

Göz quruluğunun səbəbi bəlli oldu

Smartfon, planşet və kompüterdən uzun müddət istifadə göz quruluğu şikayətlərini artırır. xəbər verir ki, mütəxəssislər gözlərdə yanma, batma, qızartı və görmənin bulanması kimi əlamətlərin diqqətdən kənarda saxlanılmamasın

.

Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir

Yeməkdən sonra qısa müddətli gəzinti qan şəkərinin yüksəlməsini məhdudlaşdırmağa və sağlamlığa müsbət təsir göstərməyə kömək edə bilər. xəbər verir ki, mütəxəssislərin tövsiyəsinə görə, yeməkdən sonra ilk 15 dəqiqə ərzind

.

"İki nəfər üçün yeməlisən" deyirlər, amma… - Hamiləliklə bağlı məşhur yanlış

"Tibbdə geniş yayılmış "iki nəfər üçün yemək" yanaşması artıq elmi əsasını itirib". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilən canlı yayım zaman

.

Ofisdə "qocalma" qorxusu - Çətirlə işləməyə başladılar

Çində ofis işçiləri arasında "ofis qocalması" adı ilə yeni bir trend yayılıb. İşçilər ofis işıqlarının və kompüter ekranlarının yaydığı ultrabənövşəyi şüalardan qorunmaq üçün iş masalarının üzərində günəş çətirlər

.

Avtobusa minənlərin diqqətinə - Ciddi xəbərdarlıq edildi

Payız aylarında havaların soyuması ilə respirator virus infeksiyalarının yayılma riski artır. Xüsusilə qapalı və insanların sıx olduğu məkanlar, o cümlədən ictimai nəqliyyat vasitələri virusların yayılması üçün əlverişl

.

Qışda uşaqları xəstə edən soyuq deyilmiş

"Soyuq hava uşağı xəstə etmir. Uşaqların soyuq havada çölə çıxması, düzgün geyindirildikdə faydalıdır. Təmiz hava, fiziki aktivlik, gün işığı və açıq havada hərəkət uşağın ümumi sağlamlığı üçün vacibdir". xəbə

.

Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər. -a istinadən xəbər verir ki, təxminən 100.00 qadından ibarət bir qrup üzərində işləyən tədqiqatçılar daha yüksə

.

Azərbaycanda qızılca ilə bağlı son vəziyyət açıqlandı - RƏSMİ

Ötən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin ilk doqquz ayı ərzində qızılca üzrə qeydə alınan yoluxma göstəricilərində epidemioloji vəziyyəti narahatlıq doğuran dəyişiklik müşahidə olunmayıb. Bu barədə -ın sorğusuna cava

.

Milçək deyib keçməyin, qidaya qonsa, yeməzdən əvvəl düşünün

Təbiət qoynunda pikniklər və ya eyvanda yemək zamanı tez-tez milçəklərlə qarşılaşırıq. Boşqabı qısa müddətə nəzarətsiz qoymaq kifayətdir ki, həşəratlar dərhal onun üzərinə qonsun. -a istinadən xəbər verir ki, rusiyalı həkim-infeksionis

turlar.az

gelinlikler hamiləlik gozel gorunmek toy dəbi mimoza salatinin hazirlanma qaydasi ayaqların şişməsi praktiki məsləhətlər kosmetika xanim az qiz adlari bürcler google sanama