Qida zəhərlənmələri zamanı ishal əleyhinə preparatlar qəbul etmək yolverilməzdir

Qida zəhərlənmələri zamanı ishal əleyhinə preparatlar qəbul etmək yolverilməzdirYayda həm uşaqlar, həm də böyüklər arasında rast gəlinən xəstəliklərdən biri də qida zəhərlənmələridir. Qida zəhərlənmələri mikroblar və ya onların toksinləri ilə yoluxmuş qida məhsullarının yeyilməsi nəticəsində meydana gəlir. Qidaların qəbulundan sonra zəhərlənmə əlamətlərinin meydana çıxması arasındakı müddət bir saatdan 6 saata qədər, eləcə də 2-5 gün arasında dəyişə bilər. Xüsusilə süd məhsulları, yumurta, şokolad, tort, konserv olunmuş qidalar, meyvə və tərəvəzlər, yaşıl tərəvəzlər, dəniz məhsulları, souslar qida zəhərlənmələrinə səbəb olan mikroorqanizmlərin və onların toksinlərinin daşıyıcıları ola bilər. Buna görə də həmin qidaları istifadə edərkən daha diqqətli olmaq məsləhətdir.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bunu Azərbaycan Tibb Universitetinin İnnovasiya və Təhsilin keyfiyyətinin təminatı şöbəsinin müdiri, I uşaq xəstəlikləri kafedrasının dosenti Nigar Sədiyeva deyib.
Qida zəhərlənmələri zamanı ishal əleyhinə preparatlar qəbul etmək yolverilməzdirMütəxəssisin sözlərinə görə, qida zəhərlənmələri adətən, anidən başlayır, qarında tutmaşəkilli ağrılar, ürəkbulanma, qusma, ishal, qızdırma ilə müşayiət oluna bilir: "Adətən, yüngül müalicələrlə aradan qaldırıla bilən vəziyyətlər olsa da, bəzi hallarda xəstəxanada yatma göstərişləri yaranır. Xüsusilə bədəndən maye itkisinin ishal və qusma ilə çox olduğu vəziyyətlərdə qısa müddətdə itirilən mayenin, duzların bərpası həyata keçirilməlidir. Əgər xəstədə ürəkbulanma və qusma səbəbindən ağızdan maye qəbulu yoxdursa, o zaman xəstəxana şəraitində damar yolu açılaraq maye köçürülməsi göstərişdir. Qida zəhərlənmələrində ishal vəziyyəti keçənə qədər bağırsaq hərəkətini artıran qidalar qəbul olunmamalıdır. Bəzən xəstələr ishalı kəsmək üçün ishal əleyhinə preparatlar qəbul etməyə başlayırlar ki, bu da yolverilməzdir. Çünki nəticədə mikroorqanizmlərin bağırsaqda qalma müddəti uzanır ki, bu da xəstəliyin daha da ağırlaşmasına səbəb olur. Xüsusilə yaşlılarda, şəkərli diabet, hipertenziya, böyrək, ürək-damar xəstəlikləri, xroniki xəstəliklərdən əziyyət çəkənlərdə qida zəhərlənməsi olarsa, daha ehtiyatlı davranmaq lazımdır. Qida zəhərlənmələrinin əlamətləri adətən 2-3 gün ərzində davam edir və müalicə ilə aradan qaldırılır. Xüsusilə qusma varsa, qusma əleyhinə dərman preparatları həkim nəzarəti altında təyin oluna bilər. Lakin çox şiddətli qusma və çox maye itkisinə səbəb olacaq ishal varsa və həmin əlamətlərdə 2-3 gün ərzində heç bir geriyə inkişaf yoxdursa, mütləq həkimə müraciət olunmalıdır. Əgər qida zəhərlənmələrində şikayətlər 24 saat ərzində yaxşılaşmağa doğru getmirsə, xəstənin ağızdan maye qəbulu mümkün deyilsə, yüksək hərarəti, qanlı ishalı varsa və yuxuya meyillilikdə artım müşahidə olunursa, dərhal xəstəxanaya müraciət olunmalıdır".
N.Sədiyeva qida zəhərlənmələrindən qorunmaq üçün tövsiyələrini də verib: "Meyvə və tərəvəzləri bol miqdarda su ilə təmiz yumaq, açıq şəkildə satılan qidaları almamaq, paketlənmiş məhsulları alarkən saxlanma müddətinə diqqət etmək tövsiyə olunur. Su alarkən ağzıbağlı satılan suları almaq, açıq satılan suları qaynatmadan içməmək, balıq, toyuq, mayonez, dəniz məhsulları, süd və süd məhsullarının çox tez xarab ola biləcəyini unutmamaq lazımdır. Yay fəslinin əvəzedilməz təamlarından olan dondurmalar uyğun bir şəraitdə saxlanılmadıqda onların tərkibi dərhal dəyişir. Nəticədə dondurmaların içərisində bakteriyaların çoxalması üçün asan bir şərait yaranır. Bu səbəbdən dondurmaları güvəndiyiniz yerdən alın və aldıqdan sonra dərhal yeyin. Əgər dərhal yemək mümkün deyilsə, onların soyuducuların buz yerində saxlanılmasını təmin edin".
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1244   Tarix: 23 iyun 2020
f Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Yuxudan duran kimi bunu edin

Mütəxəssislərin fikrincə canlı və sağlam beyinə sahib olmaq üçün səhərlər müəyyən vərdişləri müntəzəm olaraq tətbiq etməlisiniz. axşam.az-a istinadən bildirir ki, yaşınızdan asılı olmayaraq, gündəlik vərdişləriniz beyninizi

.

Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?

Günorta saatlarında yorğunluq hiss edən insanların əksəriyyəti özlərini gümrah hiss etmək üçün bir fincan qəhvə içirlər. Lakin mütəxəssislər qəhvənin təsirini artırmaq üçün maraqlı üsul təklif edirlər. . xəbər verir ki, qəhv

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?

İnsanın faktiki yaşı hər zaman orqanizmin sağlamlıq və funksional vəziyyəti ilə üst-üstə düşmür. -a istinadən xəbər verir ki, bu barədə həkim Viktoriya Kulaqina məlumat verib. Həkimin qeyd etdiyi kimi, bioloji yaş insanı

.

Qəhvəni bu saatda için

Kardioloq və terapevtlər qəhvə qəbulunda təkcə miqdarın deyil, içkinin hazırlanma üsulu və qəbul edildiyi saatın da vacib olduğunu bildiriblər. xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, kofein qəbulunu 15:00-16:00 radələrind

.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişaf

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

.

Çox öskürənlər bunu oxusun

Uzun müddət davam edən öskürək bir çox insanın qarşılaşdığı problemlərdən biridir. Bəzən adi soyuqdəymədən sonra yaranan öskürək həftələrlə davam edə bilər. Lakin öskürəyin səbəbi hər zaman tənəffüs yolu infeksiyası olmur

turlar.az

geyim seçimi gözəllik məhsulları toy makiyaji sekilleri qan qruplari badimcandan qisa hazirliq cennet almasinin hazirlanmasi manikür və pedikür kosmetika xalqlar dostluğu metrosunun üstündə çox təcili mənzil satılır həmidə webnem tovuzlu pomidor gözellik