Qida zəhərlənməsi ilə üzləşməmək üçün VACİB QAYDALAR

Qida zəhərlənməsi ilə üzləşməmək üçün VACİB QAYDALARQida zəhərlənməsi gündəlik həyatımızın aktual məsələlərindən biridir. Qida zəhərlənməsi bakteriya, virus və parazitlər kimi ziyanlı mikroorqanizmlərin qidaya düşməsi nəticəsində yaranan haldır və ona ən çox yay aylarında təsadüf edilir.
AZƏRTAC xəbər verir ki, həkim-infeksionist Natiq Əliyevin dediyinə görə, qida zəhərlənməsi insanlarda qarın ağrıları, ürəkbulanma, qusma, ishal, qızdırmayla müşahidə olunur. Zəhərlənmənin növünə görə üşütmə, əzələ ağrıları və halsızlıq ola bilər.
Həkim-infeksionist qeyd edib ki, qida zəhərlənməsi uşaqlar və yaşlılarda daha çox fəsadlar yaradır: "Mövsümlə əlaqədar olaraq qida toksik infeksiyaları tez-tez baş verir. Bunun əsas səbəblərindən biri ilk növbədə qidaların gigiyenik qaydalara əməl edilmədən saxlanılması və trans-yağlardan daha çox istifadə edilməsi, kustar üsulla hazırlanmasıdır və bütün bunlar toksik infeksiyaların yaranmasına zəmin yaradır. Ona görə də qidaların saxlanılma şəraitindən tutmuş daşınma şəraitinə qədər qaydalara əməl olunmalıdır".
Onun dediyinə görə, qida zəhərlənməsi ilə üzləşməmək üçün bir çox məsləhətlərə əməl etmək lazımdır: "Hansısa qidanın qəbulundan sonra zəhərlənmə əmələ gətirə biləcəyindən şübhələnəndə ilk növbədə çoxlu maye qəbul olunmalıdır ki, orqanizmdən toksinləri qovub çıxarsın. Klinik şikayətlər yaranarsa, dərhal həkimə müraciət edilməlidir".
Qida zəhərlənməsindən qorunmaq üçün rəngi və qoxusu dəyişmiş qidalardan istifadə etməmək, qidaların son istifadə tarixinə fikir vermək, alınan tərəvəz və meyvələr yaxşı yuyulmalı, lazım gələrsə, sirkəli suya qoyulmalı və yenidən yuyulmalıdır, mövsümə uyğun qidalardan istifadə olunmalı, keyfiyyətinə əminlik olmayan məkanlardan qida alınmamalıdır.
Milli.Az / news.milli.az

Xəbərlər     Baxılıb: 1063   Tarix: 22 dekabr 2022
f Paylaş

Oxşar xəbərlər

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

.

Tünd kişmiş cavanlaşdırır

Tünd kişmişin faydalı xüsusiyyətləri onların yüksək antioksidan tərkibi ilə izah olunur. -a istinadən xəbər verir ki, diyetoloq Yelena Solomatinanın açıqlamasına görə, tünd kişmiş antioksidant xüsusiyyətləri təsirli polifenolları

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinin orqanizmə təsiri ilə bağlı yeni araşdırma aparılıb. London Kral Mariya Universitetinin alimləri müəyyən ediblər ki, kofein hüceyrələrin enerji çatışmazlığına cavab verən qədim mexanizmini aktivləşdirə bilər. Alimlə

.

Dişləri saraldan qidalar

Stomatoloq Karla Fornas rasiondakı müəyyən qida məhsulları səbəbindən diş minasının sarala biləcəyi barədə xəbərdarlıq edib. -a istinadən xəbər verir ki, bu barədə o, "El Confidencial" nəşrinə müsahibəsində danışıb

.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişaf

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

turlar.az

yaz geyimleri 2026 geyim şəkilləri qaşların formalari qabyuyan masin xorionik qonadotropin eşq və məhəbbət qəbizlik kosmetika şebnem tovuzlu qiz adlari ikizler zəhmət novruza aid hakista