Qidalardan niyə zəhərlənirik? - "Vaxtı keçmiş məhsulların etiketini dəyişib, satışa çıxarırlar

Qidalardan niyə zəhərlənirik? - "Vaxtı keçmiş məhsulların etiketini dəyişib, satışa çıxarırlarSon zamanlar qida ilə bağlı zəhərlənmələrin sayı durmadan artır. Hətta elə istifadəyə yarasız qidalar olur ki, birbaşa insan ölümü ilə nəticələnir. Belə ki, srağagün Bakı Dövlət Universitetinin 3 tələbəsi qidadan zəhərləniblər və çox təəsüf ki, bir tələbəni həyata geri qaytarmaq mümkün olmayıb. Məhz bu səbəb yararsız qidalarla bağlı məsələni gündəmə gətirib.
Milli.Az bildirir ki, Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun Modern.az-a dediyinə görə, həqiqətən də bu gün marketlərdə çox acınacaqlı hal yaranıb:
"Sanki qidalarımız ölməzlik statusunu qazanıb. Vətəndaş da bu məhsulu alıb yeyəndə, səhhətində çox  ciddi problemlərin yaşadığının şahidi olur. Təbii ki, vaxtı keçmiş məhsullara nəzarət var, ancaq lazımı səviyyədə deyil. Artıq 20 ilə yaxındır ki, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti, o cümlədən Qida Təhlükəsizliyi Agentliyi dükanlarda reyd keçirərək, bu cür məhsulları toplayıb satıcıya təhvil verirlər. Satıcıya ona görə təhvil verirlər ki, həmin məhsulları məhv etsin. Bəs satıcı neyniyir? Satıcı da həmin məhsulu aldığı adama  geri qaytarır. Onlar da etiketini və vaxtını dəyişdirərək yenidən dükanlara satırlar. Alıcı nə bilsin, baxır ki, tarixi təzədir, alır aparır. Bu gün təhlükəli qida ilə bağlı ciddi məsələlərdən biri də, vaxtı keçmiş məhsulların sonrakı taleyidir. Distributorlar vaxtı keçmiş  məhsulların etiketini dəyişib, yenidən istehlakçılara təqdim edirlər".
Eyyub Hüseynovun sözlərinə görə Azərbaycanda istehlakçı hüquqlarını qoruyan qanun yox, Lomonosovun qanunu daha çox  hökm sürür:
"Heç bir şey itmir, heç nə məhv olmur. Azad İstehlakçılar Birliyi artıq neçə ildir ki, vaxtı keçmiş məhsulların məhv edilməsi ilə bağlı iş aparır. Düşünürəm ki, təhlükəli məhsulların son ünvanı biz istehlakçılarıq. Bir məqamı qeyd edim ki, yeyinti məhsulları haqqında və istehlakçıların hüquqlarının müdafiəsinin haqqında qanuna görə, bütün qida məhsullarının istehsal tarixi və son yararlılıq tarixi mütləq göstərilməlidir. Əks halda sahibkarı 1500 manatdan 5 min manata kimi cərimə gözləyir. Düşünürəm ki, cərimələrin tətbiqi bu cür halların qarşısını nisbətən almağa şərait yaradacaq".
Milli.Az  /news.milli.az

Xəbərlər     Baxılıb: 1649   Tarix: 23 noyabr 2019
f Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər. -a istinadən xəbər verir ki, təxminən 100.00 qadından ibarət bir qrup üzərində işləyən tədqiqatçılar daha yüksə

.

Saatlarla oturanların diqqətinə

"Uzun müddət oturaq vəziyyətdə qalmaq tromboz riskini ciddi şəkildə artırır. Bu təhlükə xüsusilə kiberidmançılar üçün aktualdır". -a istinadən xəbər verir ki, bunu -ya açıqlamasında rusiyalı professor Dmitri Berezovsk

.

Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?

İnsanın faktiki yaşı hər zaman orqanizmin sağlamlıq və funksional vəziyyəti ilə üst-üstə düşmür. -a istinadən xəbər verir ki, bu barədə həkim Viktoriya Kulaqina məlumat verib. Həkimin qeyd etdiyi kimi, bioloji yaş insanı

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Yuxudan duran kimi bunu edin

Mütəxəssislərin fikrincə canlı və sağlam beyinə sahib olmaq üçün səhərlər müəyyən vərdişləri müntəzəm olaraq tətbiq etməlisiniz. axşam.az-a istinadən bildirir ki, yaşınızdan asılı olmayaraq, gündəlik vərdişləriniz beyninizi

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

.

İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf

Yapon alimləri dişlərin təbii yolla yenidən inkişafını stimullaşdıran eksperimental dərman üzərində işləyirlər. Bu preparat gələcəkdə stomatologiyada implant və protezlərə alternativ ola bilər. xəbər verir ki, bu barədə "Th

.

Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır

Quşüzümü və mərcangilə hipertoniya və aterosklerozun yaranmasının qarşısını almağa kömək edir, eləcə də sidik yolu infeksiyalarına qarşı profilaktik vasitə kimi xidmət edir. -a istinadən xəbər verir ki, bu barədə rusiyal

.

Tünd kişmiş cavanlaşdırır

Tünd kişmişin faydalı xüsusiyyətləri onların yüksək antioksidan tərkibi ilə izah olunur. -a istinadən xəbər verir ki, diyetoloq Yelena Solomatinanın açıqlamasına görə, tünd kişmiş antioksidant xüsusiyyətləri təsirli polifenolları

turlar.az

geyim və ayaqqabılar donlar 2026 kosmetika mehsullari mexmerek buxaq serebral iflic usaqlar pehriz salatlar kosmetika sevgi heyati video vətən haqqında bayatılar englishdilində qulaq