Qidamız saçımıza necə təsir edir - Diyetoloqdan məsləhət

Qidamız saçımıza necə təsir edir - Diyetoloqdan məsləhətGözəl və qalın saçlar bütün qadınların arzusudur. Təəssüf ki, müxtəlif səbəblərə görə saçları yaxşı vəziyyətdə saxlamaq çətin ola bilir.
Milli.Az oxu.az-a istinadən bildirir ki, diyetoloq Viktoriya Smirnova saç tökülməsi ilə bağlı məsləhətlərini verib.
"Bədənimizdəki ən vacib elementlərdən biri zülaldır. Yaşlandıqca zülal tərkibli qidalara daha çox ehtiyacımız olur. Zülalla zəngin qidaların olmadığı pəhrizdə qəfil dəyişiklik saçların kəskin tökülməsinə səbəb ola bilər. Heyvan məhsullarını rasiondan çıxartmayın, heç olmasa quş əti yeyin", - deyə diyetoloq bildirib.
Şəkərin bədən üçün nə qədər zərərli olduğunu söyləməyə yəqin ki, ehtiyac yoxdur. Artıq şəkərdən ilk əziyyət çəkənlər saç və dırnaqlardır. Mütəxəssisimizin dediyi kimi, belə bir vəziyyətdə bədən çox aktiv şəkildə insulin istehsal etməli olur. Viktoriya Smirnova qeyd edir:
"Qadınlarda yüksək şəkərli qidaların istifadəsi səbəbindən androgenlərin səviyyəsi artır və bu da çox vaxt saç tökülməsinə səbəb olur. Bu problemlə üzləşsəniz, makaron, qatılaşdırılmış süd və düyü istehlakınızı azaldın".
Mütəxəssis deyir ki, bir çox insanlar günün ən vacib yeməyi olmasına baxmayaraq, səhər yeməyindən imtina edirlər:
"Səhər yeməyi bədəninizə gün ərzində enerji verir. Yeməyəndə bütün sistemə zərbə vurursunuz. Yemək yeməyə nə qədər gec başlasanız, vücudunuzun bunun öhdəsindən gəlməsi bir o qədər çətinləşir. Bütün qida maddələri orqan və sistemlərə vaxtında çatmır. Bu da dəri, saç və dırnaqlarda problemlərə səbəb ola bilir. B12 vitamini saçları oksigen və əsas fermentlərlə təmin edir və yeni follikulların yetişməsinə kömək edir. O daha çox mal əti, süd, dəniz məhsulları və pendirlərdə olur. Bir çox insanlar bu məhsullardan imtina etməklə saçlarına böyük ziyan edirlər", - Smirnova deyib.
Milli.Az

Xəbərlər     Baxılıb: 1916   Tarix: 16 noyabr 2023
f Paylaş

Oxşar xəbərlər

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Siqareti buraxanları ilk aylarda hansı dəyişikliklər gözləyir?

Ağciyərlərin bərpa müddəti siqaretdən istifadə illərindən və insanın ümumi sağlamlığından asılıdır. Bu proses bir neçə aydan bir neçə ilə qədər davam edə bilər. xəbər verir ki, siqareti dayandırdıqdan bir neçə saat sonr

.

Əl titrəməsinin 5 səbəbi

Əllərin titrəməsi çox vaxt narahatlıq yaratsa da, hər zaman ciddi xəstəlik əlaməti olmur. Mütəxəssislərin sözlərinə görə, bəzi hallarda bu vəziyyət gündəlik faktorlarla bağlı olur və aradan qalxa bilər. Fransız mətbuatın

.

Bir həftə hər gün brokkoli yedi: Orqanizmində bu dəyişikliklər oldu

Diyetoloq Loren Manaker bir həftə ərzində hər gün brokkoli yemək qərarına gəlib və təcrübənin nəticələri onu təəccübləndirib. -a istinadən xəbər verir ki, o, "Prevention" nəşrinə müsahibəsində bu tərəvəzin rasion

.

Hovuzdan istifadə zamanı ən çox edilən səhvlər

Yay aylarında hovuzlardan istifadə geniş yayılsa da, gigiyena qaydalarına əməl olunmadıqda müxtəlif infeksiyalara yoluxma riski artır. xəbər verir ki, hovuza girməzdən əvvəl və çıxdıqdan sonra duş qəbul etmək, hovuz kənarınd

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Yayda ən təhlükəli spirtli içki hansıdır?

Yay aylarında bir çoxları sərinlənməyin ən təhlükəsiz yolunun soyuq pivə, sidr və ya şirin kokteyl içmək olduğunu düşünür. Güclü spirtli içkilərdən istidə uzaq durmağa çalışsalar da, az alkoqollu içkilər çox vaxt zərərsi

.

Alimlər demensiyanı əvvəlcədən göstərən yeni əlamət tapdı

Yuxu zamanı beyin fəaliyyəti demensiya riskinin erkən göstəricisi ola bilər. xəbər verir ki, bununla bağlı ABŞ-nin Kaliforniya Universitetinin alimləri araşdırma aparıb. Araşdırma çərçivəsində yaşı 40-94 arasında dəyişə

.

Bu qidalar prostat xərçəngi riskini artırır

Yeni araşdırma ultra-emal olunmuş qidaların yüksək miqdarda istehlakı ilə prostat xərçəngi riski arasında əlaqə olduğunu göstərib. -a istinadən bildirir ki, tədqiqata əsasən, bu cür qidaları daha çox qəbul edən kişilərd

turlar.az

geymler 2026 hamiləlik qaşların formalari məlhəmlər 2026 qadın ayaqqabı modelləri gəlinliklər soz ehtiyati artirmaq kosmetika ana haqqinda bayati tut ağacı tutdudu englishdilində qulaq qurd ve quzu bakire