Qırmızı çuğundurun faydaları

Qırmızı çuğundurun faydalarıQırmızı çuğundur ikiillik bitki olub, kökündən istifadə edilən tərəvəzlər qurupuna daxildir. Qırmızı çuğundurun vətəni Aralıq dənizinin sahilləri hesab edilir. Bitkinin maraqlı olmasına səbəb insanların onun yarpaqlarından deyil kökündən istifadə eləməsidir. Bu tərəvəzdən ən çox qədim pomalılar istifadə etməyi xoşlamışlar. Onlar çuğundurun yarpaqlarını şəraba qataraq istifadə etmişlər. Tiber imperatorunun qərarına görə qədimdə almanlar romalılara qırmızı çuğundura görə pul ödəmişlər. Qədim zamanlarda Yunanıstanda da yemək hazırlayarkən çuğundurdan isstifadə edilmişdir. Çuğundur kökünün qida rasionuna daxil edilməsi ilk dəfə avropalılar tərəfindən bizim eranın əvvəllərinə təsadüf edir. Slavyanların dediklərinə görə qırmızı çuğundur Vizantiya imperiyası dövründən dünyaya yayılıb. Bu bitkidən XI-ci əsrdə Rusiyada da istifadə edilib. Çuğundur slavyan bostan bitkilərinin siyahısında ən başda gələnlərdən hesab edilir. İndi dünyanın bütün ölkələrinin mətbəxində çuğundurdan geniş istifadə edilir.
Bir ortaboy çuğundurda 45 kkalori var. O orqanizmdən xolesterini təmizləyir. Bu səbəbdən də çuğundurdan müxtəif dieta rasionlarında itifadə edilir. 100 qram çuğundurda olan qida dəyəri:
- Zülallar - 1,5 qr
- Yağlar - 0,1 qr
- Karbohidratlar - 8,8 qr
- Su - 86 qr
- Kalori - 45kKal.
Qədim zamanlarda çuğundurdan sinqa xəstəliyində və avitaminozlar zamanı istifadə edilib. Tərkibində olan askorbin turşusu və karotin onun orqanizm üçün çox faydalı olduğunu sübut edir. Bir çox tibb elminin adamları çuğundur suyu vasitəsilə mədə-bağırsaq sisteminin təmizlənməsini orqanizm üçün faydalı hesab edir. Çuğundur şirəsini içdikdən 1-2 saat sonra sidiyin və nəcisin rəngi dəyişir. Bu da çuğundurun detoksikasiyaya başlamasının göstəricisidir. Çuğundur qaraciyərdən, böyrəklərdən, qandan - bir sözlə bütün orqanizmdən toksinləri təmizləmək qabiliyyətinə malikdir. Çuğundur şirəsi orqanizmdən zəhərlənmə əlamətlərinin azalmasına səbəb olur. Azqanlılıq zamanı çuğundur şirəsinin orqanizmə faydası çox böyükdür. Müalicə məqsədilə çuğundur, yerkökü və turpun qarışımından hazırlanan şirədən istifadə edilir. Qarışımdan bir neçə ay əzində yeməkdən əvvəl 1-2 xörək qaşığı qəbul etmək lazımdır.Qanazlığının müalicəsi zamanı çuğundurun təzə sıxılmış şirəsindən istifadə edilməlidir. Tərkibində yodun miqdarının çox olduğuna görə çuğundur digər tərəvəzlərdən üstün sayılır. Ondan ateresklerozun müalicə və profilaktikasında geniş istifadə edilir. Bu xəstəlikdən əziyyət çəkən xəstələr tez-tez qida rasionuna qırmızı çuğundur əlavə etdikdə xəstəliyin əlamətləri azalır. Tərkibində maqniumun çox olması çuğundur şirəsinin arterial təzyiqi aşağı salınmasında olan rolunu fəallaşdırır. Xalq təbabətində çuğundur şirəsindən sakitləşdirici və təzyiqsalıcı kimi itifadə edilir. Sakitləşdirici vasitə kimi çuğundur şirəsinə bir miqdarda bal əlavə edilib içilir. Tərkibində olan təbii turşular və liflər sayəsində çuğundurdan qəbizliyi aradan qaldırmaq üçün istifadə edilir. Bu zaman hər səhər acqarına 100 qram bişmiş çuğundur yeyilir.
Dəridə olan yaraları və şişləri aradan qaldırmaq üçün çuğundur toxumlarından hazırlanmış sıyıqdan istifadə edilir. Bu sıyığı yaralara sürtdükdə xəstəliyin əlamətlərini azaldr.
Akademik Bolotov mədə, bağırsaq və qan damarlarının çuğundur vasitəsilə təmizlənməsinin orqanizm üçün çox faydalı olduğunu tövsiyə etmişdir. Bunun üçün hər gün yatmazdan əvvəl bir çuğunduru sürtkəcin xırda gözündən keçirib suyunu sıxıb içmək lazımdır. Bu zaman orqanizmdə olan toksinlər, ağır metal duzları, mədə-bağırsaqda yığılıb qalan kanserogen maddələri xaric olunur. Mədə bağırsaqların daha yaxşı təmizlənməsi üçün çuğundur şirəsinin üzərinə yulaf kəpəyi əlavə edilir və bişirilib yeyilir. Aybaşı pozğunluqları zamanı ayabaşı vaxtından bir həftə əvvəl gündə yarım stəkan çuğundur şirəsi içilir və sidik kisəsi nahiyəsi yüngül massaj edilir. Bu aybaşının normallaşmasına səbəb olur. Mütəxəsislər sağlam insanlara il ərzində 6 kq təzə halda, 16 kq isə bişirilmiş halda çuğundur yeməyi məsləhət bilir.
Payız aylarında qırmızı çuğundurun yarpaqları onun kökündən daha faydalı olur. Bu mövsümdə çuğundur yarpaqlarından salatlarda istifadə etməkdə çox fayda var. Onun yarpaqlarını sirkəyə qoyduqda daha da dadlı olur.
Çuğundurun zərərli xüsusiyyətləri
Böyrək daşı xəstəliyi olan adamlar çuğundur yeyən zaman diqqətli olmalıdırlar. Belə xəstələrə cuğundurdan istifadə eləmək olmaz. Belə ki, böyrəklərində daş olan xəstələr tez-tez çuğundur yedikdə daş əmələ gəlmə prosesi sürətlənir.
Çuğundur bağırsaq möhtəviyyatını yumşaldır. Buna görə də ishaldan əziyyət çəkənlərə çuğundurdan istifadə etmək məsləhət görülmür. Çuğundurun kökündə azot turşusu birləşmələri var ki, bu da orada zərərli bakteriyaların artıb çoxalmasına səbəb olur. Onun kökündən istifadə edən zaman yaxşı qaynatmaq və ya isti havada bir-neçə saat saxlamaq lazımdır.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1871   Tarix: 27 fevral 2021
f Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)

Sosial şəbəkələrdə aşağı ferritin səviyyəsinin insanın xarici görünüşünə təsiri ilə bağlı paylaşımlar geniş yayılıb. İstifadəçilər solğun dəri, gözaltı tünd dairələr, saç tökülməsi və kövrək dırnaqları "ferritin üzü"

.

Dişləri saraldan qidalar

Stomatoloq Karla Fornas rasiondakı müəyyən qida məhsulları səbəbindən diş minasının sarala biləcəyi barədə xəbərdarlıq edib. -a istinadən xəbər verir ki, bu barədə o, "El Confidencial" nəşrinə müsahibəsində danışıb

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

.

İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf

Yapon alimləri dişlərin təbii yolla yenidən inkişafını stimullaşdıran eksperimental dərman üzərində işləyirlər. Bu preparat gələcəkdə stomatologiyada implant və protezlərə alternativ ola bilər. xəbər verir ki, bu barədə "Th

.

Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər. -a istinadən xəbər verir ki, təxminən 100.00 qadından ibarət bir qrup üzərində işləyən tədqiqatçılar daha yüksə

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

.

Qəhvənin təsiri niyə insandan insana dəyişir?

Qəhvə içdikdən sonra gecə yuxuya gedə bilməyənlər olduğu kimi, yatmazdan əvvəl bir fincan qəhvə içsə belə rahat yatan insanlar da var. xəbər verir ki, mütəxəssislər bunun səbəblərindən birinin genetik xüsusiyyətlərlə bağl

.

Göz quruluğunun səbəbi bəlli oldu

Smartfon, planşet və kompüterdən uzun müddət istifadə göz quruluğu şikayətlərini artırır. xəbər verir ki, mütəxəssislər gözlərdə yanma, batma, qızartı və görmənin bulanması kimi əlamətlərin diqqətdən kənarda saxlanılmamasın

.

Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir

Yeməkdən sonra qısa müddətli gəzinti qan şəkərinin yüksəlməsini məhdudlaşdırmağa və sağlamlığa müsbət təsir göstərməyə kömək edə bilər. xəbər verir ki, mütəxəssislərin tövsiyəsinə görə, yeməkdən sonra ilk 15 dəqiqə ərzind

turlar.az

toy makiyaji sekilleri toy gecesi aksessuarlar gözəl xanım badimcan salati ureyin isemik xestelikleri şəxsi inkişaf kosmetika rəksanə itburnu aslan novruz bayramına aid hakıştalar qadin saglamlig