Qırmızı ətin sonsuz faydaları: Yorğunluğu aradan qaldırır, qanaxmanı azaldır

Qırmızı ətin sonsuz faydaları: Yorğunluğu aradan qaldırır, qanaxmanı azaldırXroniki yorğunluğun əsas səbəblərindən biri kimi dəmir çatışmazlığı göstərilir. Dəmir çatışmazlığı daimi yorğunluğa səbəb olduğu üçün bir çox xəstəliklərin yaranma riskini artırır.
Milli.Az xəbər verir ki, daxili xəstəliklər üzrə türkiyəli həkim Sedat Işık dəmir çatışmazlığı haqqında vacib məlumatları paylaşıb:
"Dəmir çatışmazlığının ən vacib səbəbi tərkibində dəmir olan məhsulların istifadə edilməməsidir. Eyni zamanda süd və süd məhsullarının həddən artıq istifadəsi bağırsaqlarda dəmirin udulmasına mane olur. Çay, kola və qəhvə kimi kofeinli içkilər də dəmir çatışmazlığına səbəb olur. Dəmir çatışmazlığının digər bir səbəbi uşaqlıqda zəruri qidaların lazımı səviyyədə qəbul edilməməsidir. Qadınlarda həddindən artıq menstruasiya qanaxması, ağrıkəsicilərin davamlı istifadəsi, qeyri-sağlam qidalnma dəmir çatışmazlığının səbəbi kimi göstərilə bilər.
Fiziki yorğunluq və halsızlıq, əllərdə və ayaqlarda uyuşma, dırnaqların tez qırılması, saç tökülməsi, konsentrasiyanın pozulması, pis əhval-ruhiyyə, dəri rənginin solğunluğu və tez-tez baş ağrısı dəmir çatışmazlığının əsas əlamətləridir.
Müalicə üçün həkim lazımı müayinələri etdikdən sonra bir müalicə xəritəsi hazırlayır. Bu xəritəyə xəstənin əvvəlki xəstəlikləri, istifadə olunan dərmanlar, simptomlar və müayinələrin nəticələri daxil edilir. Burada ən vacib məqam dəmir çatışmazlığına səbəb olan amilin müalicəsidir".
Daha sonra həkim dəmir çatışmazlığı problemini aradan qaldıran qidaları açıqlayıb:
"Qırmızı ət (dalaq, qaraciyər, ürək), süd və süd məhsulları, yumurta, fındıq, kətan toxumu, qoz, badam, paxlalı bitkilər, qara tut, üzüm kimi meyvə qurularına tez-tez üstünlük vermək lazımdır. Yeni doğulmuş uşaqların ilk 6 ayında dəmirlə zəngin ana südü ciddi əhəmiyyət daşıyır. Körpəyə əlavə yemək verilməzdən əvvəl inək südünə keçmək olmaz. Bu erkən yaşda anemiyaya səbəb ola bilər.
Tərkibində C vitamini olan məhsullar (sitrus meyvələri, yaşıl bitkilər və s.) da qidalanmaya əlavə olunmalıdır. Artan dəmir çatışmazlığını normallaşdırmaq üçün dəmir həbləri qəbul edilə bilər. Körpələrdə isə dəmir tərkibli qidaların sayını artırmaq lazımdır. Qəhvə və çay kimi kofeinli içkiləri, yeməkdən dərhal sonra içməyin". (publika.az)
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1484   Tarix: 24 noyabr 2019
f Paylaş

Oxşar xəbərlər

.

Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər. -a istinadən xəbər verir ki, təxminən 100.00 qadından ibarət bir qrup üzərində işləyən tədqiqatçılar daha yüksə

.

Saatlarla oturanların diqqətinə

"Uzun müddət oturaq vəziyyətdə qalmaq tromboz riskini ciddi şəkildə artırır. Bu təhlükə xüsusilə kiberidmançılar üçün aktualdır". -a istinadən xəbər verir ki, bunu -ya açıqlamasında rusiyalı professor Dmitri Berezovsk

.

Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?

İnsanın faktiki yaşı hər zaman orqanizmin sağlamlıq və funksional vəziyyəti ilə üst-üstə düşmür. -a istinadən xəbər verir ki, bu barədə həkim Viktoriya Kulaqina məlumat verib. Həkimin qeyd etdiyi kimi, bioloji yaş insanı

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Yuxudan duran kimi bunu edin

Mütəxəssislərin fikrincə canlı və sağlam beyinə sahib olmaq üçün səhərlər müəyyən vərdişləri müntəzəm olaraq tətbiq etməlisiniz. axşam.az-a istinadən bildirir ki, yaşınızdan asılı olmayaraq, gündəlik vərdişləriniz beyninizi

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

.

İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf

Yapon alimləri dişlərin təbii yolla yenidən inkişafını stimullaşdıran eksperimental dərman üzərində işləyirlər. Bu preparat gələcəkdə stomatologiyada implant və protezlərə alternativ ola bilər. xəbər verir ki, bu barədə "Th

.

Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır

Quşüzümü və mərcangilə hipertoniya və aterosklerozun yaranmasının qarşısını almağa kömək edir, eləcə də sidik yolu infeksiyalarına qarşı profilaktik vasitə kimi xidmət edir. -a istinadən xəbər verir ki, bu barədə rusiyal

.

Tünd kişmiş cavanlaşdırır

Tünd kişmişin faydalı xüsusiyyətləri onların yüksək antioksidan tərkibi ilə izah olunur. -a istinadən xəbər verir ki, diyetoloq Yelena Solomatinanın açıqlamasına görə, tünd kişmiş antioksidant xüsusiyyətləri təsirli polifenolları

turlar.az

geyim və ayaqqabılar donlar 2026 kosmetika mehsullari mexmerek buxaq serebral iflic usaqlar pehriz salatlar kosmetika sevgi heyati video vətən haqqında bayatılar englishdilində qulaq