Qırmızı mərci yağı

Qırmızı mərci yağıQırmızı mərci yağı mərci toxumlarından alınır. Bu bitkinin vətəni Cənub Şərqi Asiya və Şərqi Avropa ölkələridir. Xalq arasında onu " yalançı kətan toxumu"da adalandırırlar. Qırmızı mərcidən daş dövründə də istifadə edilib. O faydalı qida maddələrindən hesab edildiyi üçün seleksiyaçıların diqqətini özünə cəlb etmişdir. Müasir günümüzdə dünyanın bir çox ölkələrində qırmızı mərcinin becərilməsi ilə məşğul olunur. Onun qida dəyərliliyi yüksək olduğu üçün qırmızı mərcinin həm özündən, həm də yağından istifadə olunur. Qırmızı mərci yağı MDB ölkələrində ilk dəfə XX əsrdə alınmışdır. Bu yağ sağlam həyat tərzi keçirmək istəyənlər üçün əla qida vasitəsidir.
Nercə seçməli?
Mütəxəssislər rafinə eilməmiş qırmızı mərci yağından istifadə etməyi məsləhət bilir. Bu yağın antioksidant xüsusiyyəti daha yüksəkdir. Aldıqda yağın şüşə qablaşdırmada olmasına və istehsal tarixinə də diqqət yetirmək lazımdır.
Qida sənayesində tətbiqi
Balanslaşdırılmış faydalı tərkibinə görə bu yağ dietik yağlardan hesab edilir. O vegeteryanlar üçün əla qida vasitəsi sayılır. Rafinəedilməmiş qırmızı mərci yağının özünəməxsus xüsusi qoxusu, iştahartırıcı xüsusiyyəti və sərt dadı olur. Ondan müxtəlif salatların, tərəvəz yeməklərinin, qarnirlərin, şorbaların, plovların hazırlanmasında istifadə edilir. Onu müxtəlif souslara əvəz etdikdə çox dadlı olur.
Faydalı tərkibi
Qırmızı mərci yağının qida dəyəri çox yüksəkdir. Onun tərkibi A, E, D vitaminləri, maqnium, doymamış yağ turşuları ilə zəngindir. Bu yağın qida dəyəri onun tərkibində Omeqa3, Omeqa6 yağlarının olması ilə qiymətləndirilir. Tərkibində E vitamininn çox olması mərci yağının antioksidant təsirə malik olmasını sübut edir. Bu yağın faydası günəbaxan və soya yağlarının faydasından qat-qat yüksəkdir.
Onun tərkibində olan A vitamininin miqdarı digər bitki yağlarında olduğundan daha çoxdur. Mərci yağının tərkibində çoxlu miqdarda maqnium var. Onun tərkibində olan bioloji aktiv maddələr, xlorofillər, fosfolipidlər, fitosterollar bu yağın orqanizm üçün faydalı olduğunun sübutudur. Qırmızı mərci yağı bakteriasid, xərçəng əleyhinə, antisklerotik təsirə malikdir. Ondan istifadə etmək hormonal xəstəliklərin, prostat vəzi xəstəliklərinin sağalmasına səbəb olur.
Müalicəvi tərkibi
Qırmızı mərci yağının tərkibi antioksidantlarla, makro və mikro elementlərlə, bioloji aktiv maddələrlə zəngindir. Bu maddələr orqanizmə yarasağaldıcı, iltihab əleyhinə, parazit əleyhinə təsir göstərir. Ondan bir çox xəstəliklərin profilaktikasında istifadə olunur. Qırmızı mərci yağı ürək-damar xəstələri üçün çox faydalıdır. Bu yağın tərkibində olan doymamış yağ turşuları damarların elastikliyinin və möhkəmliliyinin artmasına səbəb olur. O damar divarlarında yığılıb qalmış pis xolesterinin təmizlənməsinə səbəb olur. Tərkibində olan A, E, F, D vitaminləri sərbəst radikallara qarşı mübarizə aparır, arterial təzyiqin normallaşmasına səbəb olur, iltihabi prosesləri aradan qaldırır. Davamlı olaraq qırmızı mərci yağından istifadə eləmək qanın laxtalanmasının qarşısını alır. Bu yağ atereskleroz, anemiya, varikoz, stenokardiya, işemik xəstəliklər, tromboflebit xətəliklərinin əlamətlərinin azalmasına səbəb olur. Qırmızı mərci yağı mədə-bağırsaq xəstəlikləri zamanı çox faydalıdır. Uzun müddət bu yağdan istifadə etmək helmint xəstəliklərinin sağalmasına səbəb olur. Qırmızı mərci yağı orqanizmdə hormonal balansın normallaşmasına səbəb olur, artıq piylərin xaric olunmasını sürətləndirir, immuniteti yüksəldir, qadın xəstəlikləri ilə əlaqədar problemləri həll edir, osteoparoz əlamətlərini azaldır. Tərkibində olan omeqa yağları orqanizmdən ağır metal duzlarının xaric edilməsinə səbəb olur.
Kosmetologiyada tətbiqi
Qırmızı mərci yağı dəriyə iltihab əleyhinə, allergiya əleyhinə, yarasağaıdıcı, bakteriasid təsir göstərir. O bir çox dəri xəstəliklərinin sağalmasına səbəb olur.
Ev şəraitində qırmızı mərci yağından kosmetik vasitə kimi istifadə etmək olur. Onu davamlı olaraq üzə sürtmək dərinin cavanlaşmasına, qidalanmasına, dəri xəstəliklərindən xilas olmasına səbəb olur. O orqanizmdə aşağıdakılara səbəb olur:
* Tərkibində olan A və E vitaminlərinin qarışımı dərini gözəlləşdirir, qidalandırır.
* Mərci yağı dərinin elastikləşməsinə səbəb olur.
* Mərci yağı dərialtı kapilyarların divarlarını möhkəmləndirir.
* Dəridəki allergiya əlamətlərinin aradan qalxmasına səbəb olur.
* Dəridəki qırışların açılmasına və quruluğun aradan qalxmasına səbəb olur.
* Piqment ləkələrini aradan qaldırır.
* Dərinin qocalmasının qarşısını alır.
* Dəridə və dodaqlarda olan çatların qısa zamanda sağalmasına səbəb olur.
* Dərini gün şüalarından qoruyur və yaşlanmanı ləngidir.
Qırmızı mərci yağının zərərli xüsusiyyətləri
Xolisistitdən və pankriatitdən əziyyət çəkənlərə bu yağdan istifadə edərkən həkmləri ilə məsləhətləmək tövsiyə edilir. Mədə bağırsaq xəstəliklərinin kəskinləşmə dövründə qırmızı mərci yağından istifadə etmək məsləhət görülmür.
Mərcinin tərkibində olanlara qarşı allergiyası olan adamlara mərci yağından istifadə etmək allergiya əlamətlərinin meydana çıxmasına ssəbəb olur.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1921   Tarix: 30 may 2021
f Paylaş

Oxşar xəbərlər

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

.

Tünd kişmiş cavanlaşdırır

Tünd kişmişin faydalı xüsusiyyətləri onların yüksək antioksidan tərkibi ilə izah olunur. -a istinadən xəbər verir ki, diyetoloq Yelena Solomatinanın açıqlamasına görə, tünd kişmiş antioksidant xüsusiyyətləri təsirli polifenolları

.

Evdə stress yaradan 5 şey

Eviniz istirahət edib güc topladığınız məkan olmalıdır. Lakin gündəlik həyatda adi görünən bəzi əşyalar və şərait fərqinə varmadan gərginliyi artıra bilər. -a istinadən bildirir ki, 886 nəfərin iştirak etdiyi araşdırma göstəri

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

.

Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA

Orta yaşlarda piylənməsi olan insanların yaşlılıq dövründə demensiyaya tutulma riskinin 33 faiz daha yüksək olduğu müəyyən edilib. xəbər verir ki, bu nəticə 19 uzunmüddətli araşdırmanın, ümumilikdə 589 min 649 nəfərin məlumatlarını

.

İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf

Yapon alimləri dişlərin təbii yolla yenidən inkişafını stimullaşdıran eksperimental dərman üzərində işləyirlər. Bu preparat gələcəkdə stomatologiyada implant və protezlərə alternativ ola bilər. xəbər verir ki, bu barədə "Th

turlar.az

kosmetoloq aksessuarlar gozel gorunmek bürc uyğunluğu uşaqları tərbiyə sevismeyin menasi milli yemek kosmetika damla vətən novruz bayramına aid bakışta gozde olar qiz burcu