Qışda D vitamini problemi - Nə etməli?

Qışda D vitamini problemi - Nə etməli?D vitamininin əsasən sümüklər üçün faydalı olduğunu çoxları bilir. D vitamini çatışmazlığı xüsusilə havaların soyuması və qış aylarının gəlməsi ilə birlikdə yenidən gündəmə gəlir.
Milli.Az medicina.az-a istinadən bildirir ki, aparılan son araşdırmalara görə, D vitamini çatışmazlığı xərçəng, Tip 1 diabet və immun sistemi çatışmazlığı xəstəliklərinin inkişafına qədər geniş təsirə malikdir. D vitamininin yüksək miqdarda çatışmazlığı halsızlıq, yorğunluq, hətta yaşlılarda müvazinəti itirmə kimi problemlərə yol açır. Bəs, D vitamini çatışmazlığını necə aradan qaldırmaq olar?
Alimlər D vitamini çatışmazlığını aradan qaldırmaq üçün ilk növbədə gün ərzində 15 dəqiqə günəşlənməyi məsləhət görürlər. Bununla da orqanizmin gündəlik D vitamininə olan ehtiyacı ödənmiş olur.
D vitamini immunitet sisteminin hüceyrə yenilənməsi və metabolizma üçün çox əhəmiyyətlidir. Azərbaycan günəşli ölkələrdən biridir. Qış aylarında günəşli günlərdə saat 10:00-15:00 arası, 15 dəqiqə ərzində bədəni günəşin şüalarınının təsirinə məruz qoymaq məsləhətdir.
Xüsusilə vücudumuzun bəzi hissələri, qollar, ayaqlar, əllər, üz nahiyələri günəşlənməlidir. 15 dəqiqə ərzində Günəşin təsirinə məruz qalmaq gündəlik D vitamini ehtiyacını ödəyəcək. Bu müddət ərzində vücudun şüaları tam qəbul etməsi üçün günəşdən qoruyucu kremlərdən istifadə etmək məsləhət görülmür. Digər vaxtlarda isə dəri xərçəngindən qorunmaq üçün günəşdən qoruyucu kremlərdən istifadə etmək olar.
Bəzi qidalar da D vitamini baxımından vacibdir. Orqanizmdə istehsal olunan D vitaminin 10 faizi qidalardan təmin ediir. Mütəxəssislərin fikrincə, D vitamini baxımından çox zəngin olan qidalar yoxdur. Soyuq ölkədə yaşayan balıqlar belə sadəcə bunun müəyyən hissəsini qarşılayır. Gündəlik orta hesabla D vitamininə olan ehtiyacımız 800-1000 unitdir. Bunun qidalardan alınması çox çətindir. Həftədə iki və ya üç dəfə soyuq ölkə balığı, ala balıq istehlak etmək faydalı ola bilər. Yumurta və süd məhsullarına gəldikdə isə gündə 50 dənə yumurta yemək lazımdır. Bu da mümkün deyil.
D VİTAMİNİ AMPULALARI ZƏRƏRLİDİRMİ?
Həkimlərin araşdırmalarına görə, D vitamini çatışmazlığının qarşısını almaq üçün D vitamini ampulalarından istifadə effektli deyil. Belə ki, D vitamini əskik olan insanların bağırsaqlarında çox miqdarda D vitamini udulmasına aid cazibə qüvvəsi yaranır. Damla şəklində belə istifadə etdiyiniz D vitamini orqanizmə çox gəlir. Vücudda həddindən artıq toplanır və bu da böyrək çatışmazlığına səbəb olur. Ona görə də hər bir halda D vitamini çatışmazlığını da təbii yollarla aradan qaldırmağa can atmaq lazımdır.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 2144   Tarix: 11 dekabr 2019
f Paylaş

Oxşar xəbərlər

.

Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir

Yeməkdən sonra qısa müddətli gəzinti qan şəkərinin yüksəlməsini məhdudlaşdırmağa və sağlamlığa müsbət təsir göstərməyə kömək edə bilər. xəbər verir ki, mütəxəssislərin tövsiyəsinə görə, yeməkdən sonra ilk 15 dəqiqə ərzind

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər. -a istinadən xəbər verir ki, təxminən 100.00 qadından ibarət bir qrup üzərində işləyən tədqiqatçılar daha yüksə

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

.

Tənhalıq sağlamlığa ciddi zərər verə bilər

Düzgün qidalanma və müntəzəm idmanla məşğul olmaq sağlam həyat tərzinin əsas şərtləri hesab edilir. Lakin alimlərin araşdırmasına görə, insan sağlamlığına ciddi təsir göstərən daha bir mühüm amil var. Bu da sosial münasibətlə

.

Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA

Orta yaşlarda piylənməsi olan insanların yaşlılıq dövründə demensiyaya tutulma riskinin 33 faiz daha yüksək olduğu müəyyən edilib. xəbər verir ki, bu nəticə 19 uzunmüddətli araşdırmanın, ümumilikdə 589 min 649 nəfərin məlumatlarını

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

.

Çox öskürənlər bunu oxusun

Uzun müddət davam edən öskürək bir çox insanın qarşılaşdığı problemlərdən biridir. Bəzən adi soyuqdəymədən sonra yaranan öskürək həftələrlə davam edə bilər. Lakin öskürəyin səbəbi hər zaman tənəffüs yolu infeksiyası olmur

turlar.az

adlarin menasi toy gecesi qadın geyimi prezervativ aysel əlizadənin toyu üz maskaları makiyaj kosmetika xerçeng oğlan evine aid hakisda novruz hakistasi baldiz rus dilini oyrenek 2ci ders