Qışqırmaq döyməkdən yaxşıdırmı?

Qışqırmaq döyməkdən yaxşıdırmı?Son zamanlar bir çox valideynlər arasında belə bir tendensiya dəb halını alıb - "Uşağı vurmuram, əvəzində qışqırıram. Bu ki, vurmaqdan yaxşıdır".
Türkiyəli psixoloq Adəm Günəşin sözlərinə əsasən, çox sərt və yüksək səslə bağırmaq uşağın ürəyində çox dərin yaralar açır. Odur ki, bu cür bağırmağın döyməkdən heç bir fərqi yoxdur. Döyüldükdə də uşaq döyüldüyü üçün deyil, ürəyi ana-ata tərəfindən qoparıldığı və içinə qorxu düşdüyü üçün ağlayır.
Bir anlıq düşünün: övladımız bir kəsdən qorxduqda və ya kimsə tərəfindən incidildikdə bizim üstümüzə qaçır. İncidən şəxs özümüz olduqda isə biz uşaqlarımızın ümidsizliyə qapılmasına səbəb ola bilərik.
Biz valideynlər əksər hallarda uşaqlarımızın diqqətini cəlb etməyin başqa yolunu tapa bilmədiyimiz üçün qışqırırıq. Bu yolla biz onlara diqqət cəlb eləməyin yalnız qışqırıqla mümkün olduğunu öyrədir və beləliklə gələcəkdə insanlarla münasibətdə hansı üsula əl ata biləcəkləri barədə onlara yalnış istiqamət vermiş oluruq. Çünki, övladı ilə bağıra-bağıra danışan valideyn ona öz emosiyalarının öhdəsindən necə gəlməyi öyrədir. Kiçik yaşlardan qışqırtı eşidən uşaqların qəlbi valideynlərinə qarşı sərtləşir və gələcəkdə onların pis mühitə düşmələri üçün şərait yaranır. Bu cür uşaqlarda valideynlərinin səsinə qarşı bir növ "karlıq" meydana gəlir.
Ümumən qışqırıq yalnız qısamüddətli perspektivdə imdadımıza çata bilər. Əgər bağırmaqdan fayda gəlsəydi, bütün problemlər bir bağırmaqla həll olunardı. Bəs problemlər həll olubmu? Əlbəttə ki, xeyr. İllərdir uşaqlarımızla ünsiyyətdə onlara bağırmağımıza rəğmən, onlar bizi yenə də eşitmir.
Əgər sosial şəbəkələrdə hər hansı bir istifadəçi bizimlə dialoqda Caps Lock düyməsini basaraq ünsiyyət qurarsa, biz özümüzü təhqir edilmiş hesab edirik. Çünki, Caps Lock düyməsi basılı vəziyyətdə fikir irəli sürmək qarşı tərəfə bağırmaq kimi dəyərləndirilir. Bəs necə olur ki, həddi-büluğa çatmış insanlardan özümüzə qarşı təhqir olaraq qəbul etdiyimiz bu hərəkəti biz beyin qabığı hələ tam inkişaf etməmiş övladlarımıza qarşı tərəddüdsüz tətbiq edirik? Gəlin etiraf edək: axı övladımıza qışqırmaq heç də ürəyimizcə deyil. Bəs bəzən boğazımızda düyünlənən qəzəb hissinin qışqırığa çevrilməməsi üçün nələr etmək olar?
- Əgər qışqırmaq istəyinizin səbəbini yorğunluğunuzda görürsünüzsə, dincəlin. Çünki, yorğunluğumuzun günahı uşaqlarda yox, vaxtımızı düzgün planlaşdırmamağımızdadır. Adətən həyatımızda baş verən və bizi qıcıqlandıran, yoran hadisələrin heç birinin səbəbi uşaqlarımız olmur.
- Uşaqlarda beyin qabığının tam inkişaf etmədiyini nəzərə alsaq, onları nədəsə günahlandırmaq çox da məntiqli deyil. Bunun əvəzində fizioloji səbəbləri aradan qaldırmağa çalışın: acsınızsa, yemək yeyin, yuxunuz gəlirsə, yatın. Sizi qışqırmağa vadar edən səbəb aradan qalxdıqdan sonra eyni vəziyyət qarşısında daha adekvat reaksiya verdiyinizin şahidi olacaqsınız.
- Bir çox hallarda insan hər hansı bir məsələ ilə bağlı əsəb hissi keçirdikdə, acıqlandıqda, öz acığını qarşısına çıxan ilk insandan çıxır. Valideynlərin isə adətən əli altına düşən hər hansı bir ehtiyacından dolayı ata-anasına üz tutan uşaqlar olur. Nəticə etibarilə, uşaqlar haqlı olduqları halda haqsız durumuna düşmüş olurlar.  Kanadalı psixoloq Qordon Nyufeld hesab edir ki, bu qəzəb, acıq hissini kədər hissinə çevirmək və həyatımızda dəyişməsi mümkün olmayan məqamları qəbul edərək bu kədəri yaşamaq lazımdır.
- Müəyyən anda övladınızın sizin istəyinizə cavab verə biləcək enerjiyə, həvəsə sahib olub-olmadığını nəzərə alın. Əgər onun başı oyuna qarışıbsa, sizin "tez elə dur nahar elə" deyərək bağırmağınızın faydası az olacaq.
- Bağırmaq istəyinizin gəldiyi an dərindən nəfəs alın. Əgər qışqırmağa başlamısınızsa, dayanın. Sakitləşməyə çalışın. Səsinizə mərhəmət qatın. Bu minvalla davam etsəniz, bir də görəcəksiniz ki, artıq qışqırmaq vərdişindən əl çəkmisiniz. Biz öz övladlarımıza onların tərəfində olduğumuzu hiss etdirsək, tədricən onların davranışlarında müsbət dəyişikliklərin şahidi ola bilərik. Əsas məsələ odur ki, məqsədiniz uşağa qalib gəlmək yox, vəziyyəti həll etmək olsun. Çünki, bağırtıya öyrəşmiş uşaq, valideyni bağırana qədər öz bildiyini etməyə alışır.
- Hər dəfə övladınıza bağırdıqda, onu mənəvi cəhətdən itirəcəyinizi göz önünə gətirin. Ona təfsilata varmadan üstüörtülü olaraq vəziyyəti izah edib üzr istəyin.
Əziz valideynlər, unutmayın, övladlarımız Allahın bizə əmanətidir və uşaqlıq, uşaqların valideynləri ilə yaxın olmağı ən çox istədikləri dövrdür. Bu dövr bir göz qırpımında keçib qəlbinizi peşmançılıqla doldurmamış, övladlarınızın qəlbində özünüzə qarşı kin oyatmamağa və onların könlünü ələ almağa səy göstərin.
Müəllif: Xumar Ərşadlı
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1074   Tarix: 28 dekabr 2021
f Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

.

Dişləri saraldan qidalar

Stomatoloq Karla Fornas rasiondakı müəyyən qida məhsulları səbəbindən diş minasının sarala biləcəyi barədə xəbərdarlıq edib. -a istinadən xəbər verir ki, bu barədə o, "El Confidencial" nəşrinə müsahibəsində danışıb

.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvən

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)

Sosial şəbəkələrdə aşağı ferritin səviyyəsinin insanın xarici görünüşünə təsiri ilə bağlı paylaşımlar geniş yayılıb. İstifadəçilər solğun dəri, gözaltı tünd dairələr, saç tökülməsi və kövrək dırnaqları "ferritin üzü"

.

Qəhvənin təsiri niyə insandan insana dəyişir?

Qəhvə içdikdən sonra gecə yuxuya gedə bilməyənlər olduğu kimi, yatmazdan əvvəl bir fincan qəhvə içsə belə rahat yatan insanlar da var. xəbər verir ki, mütəxəssislər bunun səbəblərindən birinin genetik xüsusiyyətlərlə bağl

.

Çox öskürənlər bunu oxusun

Uzun müddət davam edən öskürək bir çox insanın qarşılaşdığı problemlərdən biridir. Bəzən adi soyuqdəymədən sonra yaranan öskürək həftələrlə davam edə bilər. Lakin öskürəyin səbəbi hər zaman tənəffüs yolu infeksiyası olmur

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

turlar.az

makiyaj etmek qaydalari kosmetoloq maskalar payız xəstəlikləri şəxsi inkişaf hamilelikden qorunmaq ucun samlar toy ucun maraqli ideyalar kosmetika toy gecesi qaynanaya aid novruz bayramına aid hakıştalar ziyafet geyimleri dovsan