Qız uşağına (övladına) necə hamilə qalmaq olar?

Qız uşağına (övladına) necə hamilə qalmaq olar?Qız uşağına (övladına) necə hamilə qalmaq olar?
Bir çox ailə cütlükləri öz gələcək körpəsinin cinsini proqnozlaşdırmağa çalışırlar. Bunun üçün onlar effektiv məsləhətləri axtararaq böyük miqdarda müxtəlif ədəbiyyatdan istifadə edirlər. Xüsusilə də, əgər ailədə uşaqlar artıq vardırsa, onda valideynlər körpənin cinsi haqqında düşünüməyə başlayırlar. Məsələn, cütlükdə artıq iki oğlan uşağı vardır, onlar isə qız uşağı arzusundadırlar. Bu halda cinsin planlaşdırılmasının bir neçə metodikasını nəzərdən keçirməyə dəyir. Əgər buna düzgün yanaşılsa, əslində bu mürəkkəb məsələ deyildir.
Elmi üsul, necə qız uşağına hamilə olmaq olar?
Uşağın hər hansı bir cinsinə hamilə qalmaq, ilk növbədə toxum hüceyrəsini mayalandıracaq spermatozoiddən asılıdır. Qız uşağına hamilə qalmağı X-spermatozoidlər müəyyən edir. Onlar spermada daha kiçik miqdarda olurlar, onlar kiçik sürətlə hərəkət edirlər, amma daha uzun müddət yaşayırlar.
Beləliklə, qız uşağı doğmaq üçün, X-spermatozoidin və toxum hüceyrəsinin görüşünü təmin etmək lazımdır.
Bunun üçün aşağıdakılar lazımdır:
Spermanın miqdarını azaltmaq;
uşaqlıq yolunda turş mühit yaratmaq;
cinsi əlaqə ovulyasiyadan iki gün əvvəl olmalıdır ki, Y-spermatozoidlər həlak olsun, və X-spermatozoidlər vaxtında yumurta hüceyrəsinə çatsınlar.
İlk növbədə ovulyasiyanın tarixini müəyyən etmək lazımdır. Bunu müxtəlif üsullarla (bazal temperatur, ovulyasiyaya testlər, USM) etmək olar. Ovulyasiyaya iki-üç gün qalmış – qıza hamilə qalmaq üçün əlverişli günlərdir. Həmçinin hesab edilir ki, qız uşağına hamilə qalmaq üçün, ilkin nəvazişləri minimallaşdırmaq lazımdır, qadında orqazm olmamalıdır, və kişinin orqazmı zamanı cinsiyyət üzvünü dərin daxil etmək tövsiyə edilmir.
Qan metodu ilə qız uşağına hamilə qalmaq olar?
Qız uşağına hamilə qalmağı qanın yenilənməsi metodikası ilə də hesablamaq olar. Bunun üçün bilmək lazımdır ki, kişidə qan hər dörd ildən bir, gələcək anada isə hər üç ildən bir yenilənir. Kimin qanı daha sonra yenilənmişdirsə, körpə də o cinsdən olacaqdır. Amma unutmamaq lazımdır ki, əgər məcburi qan itirmə baş vermişdirsə (əməliyyat, doğuş, abort, uşaqsalma, donor qanının verilməsi və s.), onda həmin tarixdən hesablamaq lazımdır.
Hesablama aşağıdakı üsulla aparılır:
Ananın yaşını 3-ə bölmək, alınan qalığı da nəzərə almaq lazımdır. Məsələn, qadının 25 yaşı vardır, deməli, 25:3=8 (qalıq 1).
Sonra həmin şeyi atanın yaşına tətbiq etmək, lakin bu dəfə 4-də bölmək lazımdır. Məsələn, 30:4=7 (qalıq 2).
Bundan sonra qalıqları müqayisə etmək olar, kimdə qalıq azdırsa, körpə onun cinsindən olacaqdır. Deməli, bu halda qızın doğuluşu gözlənilir.
Qan metodu ilə qız uşağına hamilə qalmağı gələcək valideynlərin rezus faktoru və qan qrupu ilə hesablamaq olar. Məsələn, əgər ana və atada rezus-faktorlar eynidirsə(mənfi və ya müsbət), o zaman daha çox ehtimal vardır ki, qız uşağı doğulacaqdır. Əgər onlar fərqlidirsə (məsələn, atada mənfi, anada isə müsbət), onda ola bilsin ki, oğlan uşağı olsun. Bundan başqa, qan qrupunun da böyük rolu vardır. Əgər hər iki valideyndə birinci və ya ikinci qan qrupdursa, qız uşağının doğulmasına daha böyük şanslar vardır.
Daha ətraflı aşağıdakı cədvəldən öyrənmək olar:
Qan qrupu Ata
Ana I II III IV
I Qız Oğlan Qız Oğlan
II Oğlan Qız Oğlan Qız
III Qız Oğlan Oğlan Oğlan
IV Oğlan Qız Oğlan Oğlan

Rezus-faktor Atanın
Ananın + -
- Qız Oğlan
+ Oğlan Qız

Cədvəllər üzrə qız uşağına necə hamilə qalmaq olar?
Valideynlərə kömək kimi, qız övladına hamilə qalmaq üçün bir neçə cədvəl variantı vardır. Onların əsasında körpənin hansı cinsə məxsus olacağını proqnozlaşdırmaq və uşağın planlaşdırılmasını başlamaq üçün ayı müəyyən etmək olar. Beləliklə, cədvəl üzrə qız uşağına necə hamilə qalmaq olar.
Çin cədvəli
Bu cədvəli çinlilər bir necə əsr bundan əvvəl yaratmışdırlar. Çin cədvəli üzrə qız övladına hamilə qalmağı müəyyən etmək üçün, ilkin məlumatlardan istifadə etmək lazımdır (gələcək ananın yaşı və mayalanma ayı).
Aşağıda göstərilən sxem üzrə hərəkət etmək lazımdır:
Sol sütünda ananın yaşını tapmaq. Amma unutmamaq lazımdır ki, Çində insan doğulduqda artıq 9 aylıq hesab edilir, buna görə də yaşa bir il əlavə edilir. Beləliklə, əgər qadının 24 yaşı vardırsa, sütünda 25 rəqəmi axtarılmalıdır.
Sonra üfüqi sıradan nəzərdə tutulan mayalanmanın ayını seçmək lazımdır.
Sütunun və sıranın kəsişməsində "K" və ya "Q" hərflərini görmək olar. Sonuncusu qız uşağının gözlənildiyini göstərir.

Uşağın cinsini müəyyənləşdirən qədim çin cədvəli
Ananın yaşı Mayalanmanın ayı
I II III IV V VI VII VIII IX X XI XII
18 Q K Q K K K K K K K K K
19 K Q K Q K K K K K K Q Q
20 Q K Q K K K K K Q K K K
21 K Q Q Q Q Q Q Q Q Q Q Q
22 Q K K Q K Q Q K Q Q Q Q
23 K K Q K K Q K Q K K K Q
24 K Q K K Q K K Q Q Q Q Q
25 Q K K Q Q K Q Q K K K K
26 K Q K Q Q K Q K Q Q Q Q
27 Q K Q K Q Q K K K K Q K
28 K Q K Q Q Q K K K K Q Q
29 Q K Q Q K K K K K Q Q Q
30 K Q Q Q Q Q Q Q Q Q K K
31 K Q K Q Q Q Q Q Q Q Q K
32 K Q K Q Q Q Q Q Q Q Q K
33 Q K Q K Q Q Q K Q Q Q K
34 Q Q K Q Q Q Q Q Q Q K K
35 K K Q K Q Q Q K Q Q K K
36 Q K K Q K Q Q Q K K K K
37 K Q K K Q K Q K Q K Q K
38 Q K Q K K Q K Q K Q K Q
39 K Q K K K Q Q K Q K Q Q
40 Q K Q K Q K K Q K Q K Q
41 K Q K Q K Q K K Q K Q K
42 Q K Q K Q K Q K K Q K Q
43 K Q K Q K Q K Q K K K K
44 K K Q K K K Q K Q K Q Q
45 Q K K Q Q Q K Q K Q K K
Yapon cədvəli
Yapon cədvəli üzrə qız uşağına hamilə qalmağı aşağıda göstərilən kimi müəyyən etmək olar: birinci gələcək atanın doğulduğu ayı göstərən sıranı tapmaq, sonra isə şaquli sütünda ananın doğulduğu ayı seçmək lazımdır. Bu iki rəqəmdən perpendikulyar xəttlər çəkmək lazımdır. Kəsişmə yerində rəqəm göstəriləcəkdir – bu ailə rəqəmidir.
Məsələn, əgər kişi fevral, qadın isə mart ayında doşulmuşdursa – bu rəqəm 11 olacaqdır. Sonra, ikinci cədvələ keçmək lazımdır. Orada ailə rəqəmini, həmçinin nəzərdə tutulan mayalanma ayını tapmaq lazımdır. Əgər bu rəqəm 11-dirsə, onda iyul ayında qız övladına hamilə qalmağa daha böyük ehtimal vardır.
Qadının doğulduğu ay Kişinin doğulduğu ay
Yan. Fev. Mar. Apr. May İyn. İyl. Avq. Sen. Okt. Noy. Dek.
Yan. 1 5 9 1 5 9 1 5 9 1 5 9
Fev. 10 2 6 10 2 6 10 2 6 10 2 6
Mar. 7 11 3 7 11 3 7 11 3 7 11 3
Apr. 4 8 12 4 8 12 4 8 12 4 8 12
May 1 5 9 1 5 9 1 5 9 1 5 9
İyn. 10 2 6 10 2 6 10 2 6 10 2 6
İyl. 7 11 3 7 11 3 7 11 3 7 11 3
Avq. 4 8 12 4 8 12 4 8 12 4 8 12
Sen. 1 5 9 1 5 9 1 5 9 1 5 9
Okt. 10 2 6 10 2 6 10 2 6 10 2 6
Noy. 7 11 3 7 11 3 7 11 3 7 11 3
Dek. 4 8 12 4 8 12 4 8 12 4 8 12

1 2 3 4 5 6 Kişi Qadın 7 8 9 10 11 12
Yan. x x
Yan. Fev. xxxxxx x
Yan. Fev. Mar. x xx
Yan. Fev. Mar. Apr. x x
Yan. Fev. Mar. Apr. May xx x
Yan. Fev. Mar. Apr. May İyn. x x
Fev. Mar. Apr. May İyn. İyl. x xx
Mar. Apr. May İyn. İyl. Avq. x xxx Yan.
Apr. May İyn. İyl. Avq. Sen. x xx Yan. Fev.
May İyn. İyl. Avq. Sen. Okt. xxxxxxxxxx x Yan. Fev. Mar.
İyn. İyl. Avq. Sen. Okt. Noy. x x Yan. Fev. Mar. Apr.
İyl. Avq. Sen. Okt. Noy. Dek. x x Yan. Fev. Mar. Apr. May
Avq. Sen. Okt. Noy. Dek. x x Yan. Fev. Mar. Apr. May İyn.
Sen. Okt. Noy. Dek. xxxxx x Fev. Mar. Apr. May İyn. İyl.
Okt. Noy. Dek. x xxxxxxxxx Mar. Apr. May İyn. İyl. Avq.
Noy. Dek. xxx x Apr. May İyn. İyl. Avq. Sen.
Dek. xxx x May İyn. İyl. Avq. Sen. Okt.
x x İyn. İyl. Avq. Sen. Okt. Noy.
x x İyl. Avq. Sen. Okt. Noy. Dek.
x xx Avq. Sen. Okt. Noy. Dek.
x x Sen. Okt. Noy. Dek.
xxxxxxxx x Okt. Noy. Dek.
x xxxxx Noy. Dek.
x x Dek.

Ailə və Uşaq     Baxılıb: 4027   Tarix: 27 iyul 2021
f Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Yenidoğulmuşların gülüşünün SİRRİ

Körpə gülüşü… Bu gülüşün qarşısında valideynlər aciz qalır, ilk gülüşün anı onlarda böyük sevinc və coşqu hissinin yaranmasına səbəb olur.  . Çoxumuz yeni doğulmuş körpələrimizin bəzən ifadə etdikləri təbəssümün şahidi oluru

.

Ana südü - dağ çiçəyi

Ana südünün tərkibinə və faydalarına olan marağım qədim Azərbaycanda ana südünə verilən önəm və  adətləri araşdırmağa sövq etdi. Çоx qədimdən ana südü uşağın bəslənməsində əsas vasitə hеsab еdilmişdir. İslam dinində uşağı

.

Dinimizə görə süni mayalanma ilə dünyaya uşaq gətirmək günahdır? - Rəy

Milli Məclisin iyunun 13-də keçirilən iclasında çıxış edən millət vəkili Qənirə Paşayeva Azərbaycanda sonsuzluq hallarının sayının gün keçdikcə artdığını diqqətə çatdırıb. Millət vəkili "Reproduktiv sağlamlıq haqqında"

.

Ehtiraslı öpüşmək üçün bunlara mütləq əməl edin

Ehtiraslı öpüşmək üçün bunlara mütləq əməl edin. Yaxşı öpüşməyin yollarını öyrənmək üçün müxtəlif cinsəllik saytlarında araşdırmalar apardıq. Bu barədə yazılmış mətnləri oxuduq. Gəldiyimiz nəticələri ümumiləşdirib daha ehtirasl

.

Ana südünü artıran 7 qida

Ana südünün körpə üçün nə qədər əhəmiyyətli olması hər kəsə bəllidir. Bəs, ana südünü və onun keyfiyyətini artırmaq üçün hansı qidalardan istifadə etmək lazımdır?. Axşam.az ana südünü artıran 7 qidanı təqdim edir:. 1. Yumurt

.

Körpəni ilk saatından başlayaraq 6 ay yalnız ana südü ilə qidalandırın!- ÇAĞIRIŞ

"Bizim gələcəyimiz olan körpələrin sağlamlığı ana südündən başlayır. Xəstəliklərə qarşı əsas anticisimləri körpə ana südündən alır və ana südü ilə qidalandırma immunitetin güclənməsinə kömək edir. Odur ki, yeni doğulmu

.

Həyatının 1-ci ayında körpənin inkişafı

Həyatının ilk ayı ərzində körpə mövcudluğunu yeni şəraitə öyrəşdirməli, həyatın yeni qaydalarına uyğunlaşmalıdır. Bu ay ərzində o hiss etmədən çox şey öyrənmiş və artıq çox şey bacarmış olur. Yeni doğulmuş körpələrin özəllikləri

.

Uşaqlar kababdan niyə imtina edir? - GİZLİN SƏBƏBLƏRİ VARMIŞ

Azərbaycanda uşaqların müxtəlif kabab yeməmələrinin səbəbi, görəsən nədir?. Sağlamolun.az bunu araşdırıb. Məlum olub ki, uşaqlar bu səbəblərə görə kabab yeməkdən imtina edə bilər:. Dad üstünlükləri: Uşaqlar müxtəlif dad üstünlüklərin

.

Uşaqlarda sidikqaçırmanın qarşısını almaq üçün AKKUPUNKTUR üsulu

Uşaqlarda enurez ( gecə sidik qaçırması) problemi . Bioloji aktiv nöqtələrin insan bədənində sayı 100-dən çoxdur. Lakin müalicə məqsədilə əsasən 600-700 nöqtə istifadə edilir. Bu nöqtələr qeyd edildiyi kimi müxtəlif üzvlərd

turlar.az

yaz geyimleri 2026 qis geyimləri 2026 gozel gorunmek veten haqqinda atalar sozu agil haqqinda atalar sözləri pirojnalar uşaq xəstəlikləri kosmetika xocali qız bürcü üzeyir hacıbəyli cinsi elaqe big.az