Qız uşaqlarının qulağının 5 yaşından tez deşilməsi TƏHLÜKƏLİDİR

Qız uşaqlarının qulağının 5 yaşından tez deşilməsi TƏHLÜKƏLİDİRBəzən valideynlər yeni doğulan qız uşaqlarının qulağına sırğa taxmaq üçün körpəlikdən iynə və qulaqdeşən tapança ilə sırğanın yerini açaraq yara sağalana kimi sap və ya sırğa taxırlar.
Lakin təəssüf ki, onlar erkən yaşda qulaqdeşmənin uşaqların səhhətində fəsadlar yarada biləcəyini nəzərə almırlar.
Həkim-pediatr Günay Rəsulova dediyinə görə, bunun üçün düzgün yaş dövrünü gözləmək lazımdır: "Ən azı 5 yaşınadək uşaqlarda belə hərəkətlərə yol vermək həm körpə üçün travma, həm də qulaqda yerli infeksiyalaşma riskini artırır.
Bundan başqa sırğaların körpələr tərəfindən çıxarılıb yeyilməsi, udulması, boğulması və başqa təhlükəli hadisələr qeydə alınır. Qulaq deşilməsi prosesi yalnız xəstəxana şəraitində və bütün sterilliyə riayət olunmaqla aparılmalıdır.
Bundan başqa körpələrin qulağına taxılan sırğaların dartılıb qulağı zədələmə ehtimalını nəzərə alaraq onun ölçüsünə də fikir vermək lazımdır".
Həkim-pediatr qeyd edib ki, taxılan aksesuarların materialları da körpələrdə allergik reaksiyalar yarada bilər: "Qulaq deşdirən zaman sinirlərin zədələnməməsinə çalışmaq lazımdır. Əsasən gözəllik salonlarında aparılan həmin proses mütləq həkim nəzarəti ilə edilməlidir.
Valideyn özü iynə ilə evdə uşağın qulağını deşmək istəyəndə qanaxmaya yol verə bilər, yaxud infeksiyalaşma nəticəsində qulaq yarasına və ya dəri xəstəliyi yaranmasına səbəb olması mümkündür".
Nəzərə almaq lazımdır ki, körpələrin qulaqlarındakı yumşaq toxumanı deşərək sırğa taxmaq uşağın gələcəkdə qulaq formasının dəyişməsinə də aparıb çıxara bilər.
Milli.Az / news.milli.az

Xəbərlər     Baxılıb: 1291   Tarix: 23 dekabr 2022
f Paylaş


xidmetler

Oxşar xəbərlər

.

Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?

Günorta saatlarında yorğunluq hiss edən insanların əksəriyyəti özlərini gümrah hiss etmək üçün bir fincan qəhvə içirlər. Lakin mütəxəssislər qəhvənin təsirini artırmaq üçün maraqlı üsul təklif edirlər. . xəbər verir ki, qəhv

.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasınd

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir

Qəhvə sağlamlıq üçün faydalı içki hesab edilsə də, onun hazırlanma üsulu və tərkibinə əlavə edilən maddələr ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Kardioloqlar xüsusilə şəkərli qəhvə içkilərinin təhlükələri barəd

.

İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf

Yapon alimləri dişlərin təbii yolla yenidən inkişafını stimullaşdıran eksperimental dərman üzərində işləyirlər. Bu preparat gələcəkdə stomatologiyada implant və protezlərə alternativ ola bilər. xəbər verir ki, bu barədə "Th

.

Bu yaşda ət yemək ömrü uzadır

Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməkl

.

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa

Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtin

.

Çox öskürənlər bunu oxusun

Uzun müddət davam edən öskürək bir çox insanın qarşılaşdığı problemlərdən biridir. Bəzən adi soyuqdəymədən sonra yaranan öskürək həftələrlə davam edə bilər. Lakin öskürəyin səbəbi hər zaman tənəffüs yolu infeksiyası olmur

.

Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər. -a istinadən xəbər verir ki, təxminən 100.00 qadından ibarət bir qrup üzərində işləyən tədqiqatçılar daha yüksə

turlar.az

geyim şəkilləri kosmetik vasiteler makiyaj instagram is qurmagin yollari bilincik resepti evim interyer hamilələrin qidalanması kosmetika aydin sani vətən həsrəti vetene aid bayatilar sperma novruz bayramina aid hakista