Qızdırmanı necə salmalı? - Təbii vasitələrdən istifadə edin

Qızdırmanı necə salmalı? - Təbii vasitələrdən istifadə edinValideynlər bilməlidir ki, körpələrdə hərarətin bir qədər yüksəlməsi heç də hər hansı bir xəstəliyin əlaməti deyil. Xəstəliyin digər əlamətlərinin olmaması fonunda 1 yaşadək olan uşaqlarda temperaturun 37,2 C-dək olması normal hesab edilir.1 yaşınadək olan uşaqlarda termorequlyasiya prosesi (bədəndə olan istiliyi ətraf mühitə vermək) yaxşı inkişaf etmədiyi üçün, onların temperaturu bəzi hallarda sadəcə olaraq, məsələn, onu havaya uyğun olmayaraq isti geyindirdikdə və ya axşam yatarkən həddindən artıq isti bürüdükdə qalxa bilər. Bu halda, temperaturu aşağı salmaq üçün uşağı sadəcə olaraq, bir qədər yüngül geyindirmək lazımdır.

Bir qədər yuxarı yaşlarda olan uşaqlarda temperaturun yüksəlməsi, uşaq həddindən artıq hərəkətli olduqda, qaçdıqda, atılıb-düşdükdə, çox tərlədikdə baş verə bilər. Bu halda uşağı bir yerdə otuzduraraq ona istədiyi qədər su vermək və sakitləşdirmək lazımdır. Bir qədər keçdikdən sonra isə onun temperaturunu bir daha ölçün. Temperatur enibsə, demək narahatçılıq üçün bir səbəb yoxdur.

Valideynlər həmçinin onu da bilməlidirlər ki, "zərərsiz" hesab edilən angina və qripdən savayı, temperaturun xeyli dərəcədə yüksəlməsi (39 C-dən artıq), digər daha ağır və qorxulu olan pnevmaniya (ağ ciyərlərin iltihabı), pielonefrit (böyrəklərin iltihabı), sepsis (qorxulu mikrobların qana keçməsi) və s. xəstəliklər nəticəsində də ola bilər. Buna görə də yüksək temperatur zamanı uşağa ilkin yardım göstərdikdən sonra, uşağa nəzarət edən həkim-pediatrı tez bir zamanda evə çağırmaq lazımdır. Həkim uşağı müayinə edərək temperaturun yüksəlməsinin səbəbini müəyyən etdikdən sonra ona müvafiq müalicə də təyin edəcəkdir.

Uşaqlarda temperaturu düzgün olaraq necə ölçmək lazımdır? Elektron termometrlər rahat olsa da, həkimlərin dediklərinə görə daha tez-tez "səhv edirlər". Uşağın özünün şəxsi termometri olmalı və hər dəfə istifadə edilməzdən əvvəl onu spirtlə silmək lazımdır. Uşağın bədən temperaturunu o arxası üstə uzanarkən ölçmək daha yaxşıdır. Bu zaman qoltuqaltı nahiyə quru olmalıdır. Uşaq tərləyibsə, əvvəlcə qoltuğun altını silmək lazımdır. Termometri uşağın qoltuğunun altına qoyaraq, onun sürüşüb düşməməsinə nəzarət edin. Civəli termometr ilə temperaturun ölçülmə müddəti 5-7 dəqiqədir. Uşaq xeyli bürünmüş olarsa, temperaturu ölçmək lazım deyil (bu, xüsusən də körpə uşaqlarda, temperaturun nəticəsinə təsir edə bilər). Uşaq xeyli dilxor, yorğun və əsəbi olduqda, ağladıqda və s. bu kimi hallarda da onun temperaturunu ölçməyi təxirə salmaq lazımdır.

Bu aylarda uşağın qidasına naringi, portağal, feyxua, çərəz alma, yerkökü əlavə etmək lazımdır. Bol su içilməsinə diqqət etmək lazımıdr. Çünki su balansının pozulmasından bağırsaqda bakteriyalar immum sistemini zəiflətməyə başlayırlar.

Uşaqda temperatur qalxdıqca gün boyu heç bir yemək filan verməsəniz də olar. Həm uşağının özünün də iştahası olmur. Ona görə də uşağa ancaq mürəbbəli maye vermək lazımdır. Meyvə şirələri də olar. Maye əsas itburnu, qarağat yarpağı, çiyələk yarpağı kimi dəmləmələr içirilməlidir.

Qızdırmaya səbəb bağırsaqdakı problemdirsə, limon ya çobanyastığı dəmləməsi ilə bağırsaq klizma edilərsə, qızdırma düşər.

Uşağın ayağına sirkəli suya batırılıb sıxılmış nəm corab geyindirmək qızdırmanın salınmasına kömək edəcək.

Uşağın başını islatmadan ilıq suya bir neçə dəfə salıb çıxartmaq qızdırmanın aşağı düşməsinə kömək edəcək.

Yaxud nəm əski ilə uşağın büküş yerlərini silmək qızdırmanın aşağı düşməsinə kömək edəcək.

Soyuqlayan uşağa qara turp arasına bal qoyulur onun suyunu gündə 1 ç.q içirilir.

Yaxud soğanın arasına qoyulmuş balı, soğan suyu ilə qarışdıqda gündə 1ç.q uşağa içirilir.

Zəncəfil, bal, limon, darçın hərəsindən eyni miqdarda götürülür. Qarışdırılır hər gün 1 ç.q uşağa içirilir.

Bunlar hər biri kimyəvi preparat əvəzinə çox gözəl və sınanılmış təbii dərmanlardır.

Bu təbii dərmanları 1 yaşından yuxarı uşaqlara və böyüklərə vermək olar.

Sağlamlıq     Baxılıb: 3255   Tarix: 20 fevral 2017
f Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Xanımlar yayda dərilərini necə gözəl saxlaya bilər? - MƏSLƏHƏTLƏR

Yay mövsümü isti və günəşli keçdiyi üçün dəri səthlərində problemlər yaranır. Əsasən də qışda dərisini gözəlləşdirən xanımların yayda dəriləri eroziya uğrayır və baxımsızlaşır. Sağlamolun.az bu dəfə dərini gözəlləşdirən v

.

Səhər günəşinin depressiyada olan qadınlara faydası

Habertürk saytının məlumatına görə, Ankara Universitesi Tibb Fakültəsi Psixi Sağlamlıq və Xəstəlikləri Fundamental Elm sahəsi üzrə tədris üzvü, prof. dr. Oğuz Erkan Berksun mövsümi keçid dövrlərində biloji saatın pozulmas

.

Dırnaq boyası xanımlarda hansı xəstəliyi yaradır?

Hər bir qadın əllərinin gözəl və səliqəli görünməsini arzu edir. Dırnaqlar isə boyanmış olduqda təbii ki, çox gözəl görsənir. Məhz bu səbəbdən, müasir dövrdə bir çox xanımların istifadə etdiyi dırnaq boyalarının müxtəli

.

İsti hava kişilərin ata olmaq şansını azaldır - SƏBƏB?

Son araşdırmalar göstərib ki, həddindən artıq isti hava kişilərdə spermanın kəmiyyətinə və keyfiyyətinə mənfi təsir göstərir. Sinqapur Milli Universitetində aparılan araşdırmada 818 kişidən alınan sperma nümunələri sayəsind

.

Qara zirə (Çörək otunun) faydaları

1.Qara zirənin üyüdülmuş dənələrini balla qarişdirilmiş halda istifadə etmək öd kisəsindəki və böyrəklərdəki daşları əritməyə kömək edir. 2.Qara zirə orqanizmin iş qabiliyyətini və həyat tonusunu yüksəldir. 3.Qara zirəni

.

Balqabağın UNİKAL MÜALİCƏVİ XÜSUSİYYƏTLƏRİ

Balqabaq ən faydalı tərəvəzlərdən biridir. Azkalorili, dadlı, vitamin və minerallarla zəngin olan bu tərəvəzin sağlamlıq üçün xeyirli xüsusiyyətləri saymaqla bitməz.  sizi balqabağın faydaları ilə tanış edir. 1. Karotinlərl

.

Cinsi fəallığı, intim həvəsi artıran vasitələr – AFRODİZİAKLAR HAQQINDA BİLMƏDİKLƏRİMİZ

Afrodiziak intim istək, eşq həzzi deməkdir. Bu söz qədim yunanların sevgi ilahəsi olan Afrodita adından götürülüb. Bəs, hələ qədim zamanlardan bu günə qədər insanların böyük maraq göstərdiyi afrodiziak vasitələr nə üçündür

.

İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!

Əgər həqiqətən də 1 həftəyə 5 kq arıqlamaq istəyirsinizsə, əmin olun ki, bu sizdə alınacaq. Amma bir şərtlə ki, sizə təqdim etdiyimiz bu möcüzəli dietaya əməl edəsiniz. Bunu əsas sirri odur ki, 7 gün ərzində siz qida qəbu

.

DİQQƏT: Hansı meyvənin tumu botoks effekti verir?

Dəri və saç problemlərini aradan qaldırmaq üçün çoxlu müxtəlif kosmetik məhsullardan istifadə olunur. Ancaq ekspertlər avokadonun tumunun təbii faydalarının onlardan daha təsirli ola biləcəyini bildirirlər. xəbər verir ki

turlar.az

sade makiyaj sekilleri geyim dəbləri geyim şəkilləri gavalinin faydalari içki reseptləri endirimli paltarlar dərslər kosmetika burclər ariqlamaq burcler dolca arıqla