"Qızım məndən çox arzulayır ki, ailə qurum" - Ərindən boşanan azərbaycanlı aktrisa - FOTOLAR

"Qızım məndən çox arzulayır ki, ailə qurum" - Ərindən boşanan azərbaycanlı aktrisa - FOTOLAR"Vicdan haqqı" serialında Ofeliya obrazına həyat verən aktrisa Sonaxanım Əliyeva Milli.Az-a müsahibə verib:

Axşam.az həmin müsahibəni təqdim edir:
- Sonaxanım, bilirəm ki, iş qrafikiniz gərgindir. Həm toya gedirsiniz, həm də seriala çəkilirsiniz. Bütün bunları necə çatdırırsınız?

- Neyləmək olar? Gərək çatdırım da. Könlü balıq istəyənin, quyruğu suda gərək (gülür). Təbii ki, çətindir. Eyni anda insanın beynində bir neçə fikir olur. Həyatda çətin olmayan heç nə yoxdur. Yəqin ki, mənim də alnımın yazısıdır çətinliklər.

- Bezmirsiniz təkbaşına bu qədər yükü daşımaqdan?

- Bezirəm, həm də çox. Özümlə tək qalanda depressiyaya da düşürəm. Yenə də depressiyadan özüm-özümü çıxarıb, ayağa qalxıram.

- Necə?

- Sadəcə özümə imkan vermirəm ki, bu hal davam etsin. Özümü ələ alıram.

- Hər zaman mənfi rollarda oynayırsınız. Yəqin ki, bu tip rolları özünüzə yaxın bilirsiniz?

- Bu tip rolları mən yox, rejissorlar mənə yaxın bilir.

- Rejissorlara niyə şərait yaradırsınız bu tip rollarla sizi tanıtsınlar?

- Mən aktrisayam, aktrisa mənfi rolları da, müsbət rolları da oynamağı bacarmalıdır. Mənfi rolları oynamaq daha çətindir.

- Bu rolların tamaşaçılarda sizə qarşı böyük nifrət qazandırmaqından qorxmursunuz?

- Xeyr, əksinə oyun tərzimə dəyər verən tamaşaçılarım daha çoxdur. Mən onlara minnətdaram!

- Müsbət rol oynamaq istərdiniz?

- Təbii ki, istərdim. Yenə də qismət.

- Kiməsə baxıb, mənfi xarakteri götürürsünüz?

- Bizim sənətimizin ilk növbədə bir cəhəti var: İnsanları müşahidə etmək! İnsanları müşahidə edirik, lazım olanları da yaddaşa həkk edirik.

- "Vicdan haqqı"nın çəkilişləri necə gedir?

- Artıq çəkilişlərim demək olar ki, bitib. Bildiyinizə görə finala az qalıb.

- Demək ki, "Vicdan haqqı" tamaşaçıları ilə həmişəlik sağollaşır?

- Bunu mən yox, rejissorumuz Rövşən İsax deyə bilər. Mən şəxsən istəməzdim ki, serialımız bitsin. 3 il az zaman deyil. Ən azından bütün kollektiv üzvləri ilə doğmalaşmışıq.

- Amma serialı iki aktrisa tərk etmişdi. Onların yeri görünürdü?

- Onlarla həyatda gözəl münasibətlərimiz var.

- Deyirlər ki, Rövşən İsax serialda çəkilən aktrisa və aktyorlara onlarla münasibət saxlamağı qadağan edib. Bu doğrudur?

- Xeyr, bu informasiya yanlışdır. Rövşən İsax dərin düşüncəli insandır və heç kimin şəxsi münasibətlərinə müdaxilə etmir.

- Bildiyimə görə şəxsi həyatınız uğursuz olub. Ümumiyyətlə, bir qadını həyatda nə sındıra bilər?

- Məncə qürurlu qadını sındırmaq olmur. Yalnız övlad dərdi bir qadını sındıra bilər. Onu da düşmənimə belə arzulamıram.

- Həyat yoldaşınızla ayrılarkən övladınıza aliment tələb etdiniz, yoxsa?

- Xeyr. Buraxdım öz ixtiyarına. Mən heç vaxt aliment tələb etməmişəm.

- Qızınıza onun istədiyi xoşbəxtliyi təkbaşına verə bildiniz?

- Hələ bu haqda danışmaq tezdir. Qızımın hələ ki, 15 yaşı var. Nə vaxt əlinə sənət verərəm, ailə qurar, bax onda artıq nəsə deyə bilərəm.

- Qadınlar ayrılandan sonra özlərini övlada həsr edirlər, bəzən də fikirləşirlər ki, qızım ailə həyatı qursun, sonra özümə vaxt ayıraram. Onda da gec olur...

- Çox şükür ki, mənim qızım düşüncəlidir. Məndən çox qızım arzulayır ki, mən ailə həyatı qurum.

- Zamanın gecikməsini gözləyirsiniz, yoxsa sizi qane edən biri yoxdur?

- Hələ də məni qane edən yoxdur (gülür). Hal-hazırda məni düşündürən yalnız qızımın xoşbəxtliyidir.

Xəbərlər     Baxılıb: 2112   Tarix: 24 may 2018
f Paylaş

Oxşar xəbərlər

.

Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)

Sosial şəbəkələrdə aşağı ferritin səviyyəsinin insanın xarici görünüşünə təsiri ilə bağlı paylaşımlar geniş yayılıb. İstifadəçilər solğun dəri, gözaltı tünd dairələr, saç tökülməsi və kövrək dırnaqları "ferritin üzü"

.

Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA

Orta yaşlarda piylənməsi olan insanların yaşlılıq dövründə demensiyaya tutulma riskinin 33 faiz daha yüksək olduğu müəyyən edilib. xəbər verir ki, bu nəticə 19 uzunmüddətli araşdırmanın, ümumilikdə 589 min 649 nəfərin məlumatlarını

.

Çox öskürənlər bunu oxusun

Uzun müddət davam edən öskürək bir çox insanın qarşılaşdığı problemlərdən biridir. Bəzən adi soyuqdəymədən sonra yaranan öskürək həftələrlə davam edə bilər. Lakin öskürəyin səbəbi hər zaman tənəffüs yolu infeksiyası olmur

.

Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq

Gec yatmağa və gec oyanmağa üstünlük verən insanlar tez-tez narahatlıq və depressiya simptomları ilə üzləşirlər və iş günündən sonra daha zəif bərpa olunurlar. -a istinadən xəbər verir ki, bununla bağlı tədqiqatın nəticələr

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

turlar.az

gözəllik məhsulları makiyaj etmek qaydalari toy makiyaji sekilleri cinsi xəstəliklər saçlara qulluq ayaqqabı bagirsaqlari temizlemek ucun kosmetika ikizler veten haqqinda bayati burclerin uyumu hədəfi olmayan gəmiyə heç bir külək kömək edə bilməz novruz hakisdalari