Qızların sevimlisi olan yaraşıqlı aktyor ikinci dəfə əməliyyat olundu - FOTO
Türkiyənin məşhur aktyoru Kıvanç Tatlıtuğ əməliyyat olunub.
Xanim.az Milli.Az-a istinadla bildirir ki, basketbol matçı zamanı ayağından ciddi zədə alan aktyor ikinci dəfə əməliyyat masasına uzanıb.
Amerika xəstəxanasında əməliyyat edilən aktyor dünən evə buraxılıb.
Aktyor vəziyyəti barədə jurnalistlərə açıqlama verib:
"Məcburi əməliyyat idi. İndi özümü yaxşı hiss edirəm. Əməliyyat yarım saat çəkdi. Bir neçə gün dincələcəyəm. Yenidən serialımızın çəkiliş meydançasına qayıdacağam. Kimsə narahat olmasın".