Qlaukomanın əsas əlaməti

Qlaukomanın əsas əlamətiGöz almacığında olan maye gözün qidalanması üçün olduqca əhəmiyyətlidir. Həmin maye müntəzəm olaraq xaric olunur. Onun rahat ifraz oluna bilməməsi isə "qlaukoma", el arasında isə "qara su" xəstəliyi adlanır.
Milli.Az xəbər verir ki, həkim-oftalmoloq Gülnar Əliyevanın dediyinə görə, göz təzyiqinin yüksəlməsi zamanı qabaqlayıcı tədbirlər görülmədiyi halda görmə qabiliyyətində ağır fəsadlar yarana bilər: "Qlaukomanın əsas əlaməti ilk növbədə gözdaxili təzyiqin yüksəlməsidir. Digər tərəfdən görmə sahəsi daralır, xəstələrdə müayinə zamanı görmə itiliyinin aşağı düşməsi, buynuz qişanın ödemli olduğu müşahidə edilir. Uzun müddət ağrıkəsicilərdən istifadə edən xəstələr müraciət edəndə gec olur və görmənin itirilən hissəsini geri qaytarmaq olmur".
Qlaukoma xəstəliyi inkişafın ilk mərhələlərində özünü büruzə vermir. Göz damarlarında torun əmələ gəlməsi, görmədə dumanlıq, uzaq və yaxın məsafəyə fokuslanma, gözlərdə yorğunluq dərəcəsinin artması kimi əlamətlərə qədər qlaukoma gizli gedişata malik olur. 40 yaşdan yuxarı olanlar isə risk qrupuna daxildir: "Xəstəliyin əmələ gəlməsi əsasən genetik faktorla əlaqədardır. Lakin travmalar, həkim məsləhəti olmadan uzun müddət istifadə edilən dərmanların qəbulu nəticəsində də gözdaxili təzyiq əmələ gəlir. Onun əmələ gəlməsi bəzən əməliyyatlardan sonra da yarana bilər. Onların hər birinin müalicə üsulu da fərqlidir. Xəstəlik nə qədər tez aşkarlansa, müalicənin səmərəli olması üçün o qədər yaxşıdır. Müalicə prosesi cərrahi yolla, nisbətən yüngül hallarda isə konservativ yolla aparılır", - deyə həkim-oftalmoloq bildirib.
Görmə qabiliyyətinin qaneedici olması gözdə heç bir problemin olmaması demək deyil. Ona görə də vaxtaşırı həkim-oftalmoloqun müayinəsindən keçmək tövsiyə olunur.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1078   Tarix: 07 mart 2022
f Paylaş

Oxşar xəbərlər

.

Təzyiqi aşağı salan 5 əsas qida

Qırmızı və bənövşəyi rəngli meyvə-tərəvəzlər qan təzyiqini normada saxlamaq üçün son dərəcə faydalıdır. qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə dietoloq Emma Derbişir bildirib. Mütəxəssis tərəfindən təzyiqi aşağ

.

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa

Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtin

.

Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA

Orta yaşlarda piylənməsi olan insanların yaşlılıq dövründə demensiyaya tutulma riskinin 33 faiz daha yüksək olduğu müəyyən edilib. xəbər verir ki, bu nəticə 19 uzunmüddətli araşdırmanın, ümumilikdə 589 min 649 nəfərin məlumatlarını

.

Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?

İnsanın faktiki yaşı hər zaman orqanizmin sağlamlıq və funksional vəziyyəti ilə üst-üstə düşmür. -a istinadən xəbər verir ki, bu barədə həkim Viktoriya Kulaqina məlumat verib. Həkimin qeyd etdiyi kimi, bioloji yaş insanı

.

Saatlarla oturanların diqqətinə

"Uzun müddət oturaq vəziyyətdə qalmaq tromboz riskini ciddi şəkildə artırır. Bu təhlükə xüsusilə kiberidmançılar üçün aktualdır". -a istinadən xəbər verir ki, bunu -ya açıqlamasında rusiyalı professor Dmitri Berezovsk

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

.

Bu yaşda ət yemək ömrü uzadır

Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməkl

.

Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər. -a istinadən xəbər verir ki, təxminən 100.00 qadından ibarət bir qrup üzərində işləyən tədqiqatçılar daha yüksə

.

Evdə stress yaradan 5 şey

Eviniz istirahət edib güc topladığınız məkan olmalıdır. Lakin gündəlik həyatda adi görünən bəzi əşyalar və şərait fərqinə varmadan gərginliyi artıra bilər. -a istinadən bildirir ki, 886 nəfərin iştirak etdiyi araşdırma göstəri

turlar.az

kosmetoloq toy makiyaji sekilleri qis geyimləri 2026 aciq zedelenmeler yaralar qizilgul haqqinda melumat xolesterini azaldan qidalar qozlu toyuq salati kosmetika novruza aid hakışda vicdan novruz hakistalari hekaye janri bedii edebiyyat