Qlikasiya - ŞİRİN qidanın ACI fəsadları

Qlikasiya - ŞİRİN qidanın ACI fəsadlarıOrqanizm üçün karbohidratların əhəmiyyəti çox böyükdür. Karbohidratlar təbiətdə geniş yayılmışdır və bioloji aləmin ¾ -nü təşkil edir. Rasionun böyük bir hissəsi (60-70%) məhz karbohidratlardan ibarətdir.
Onlar sadə və mürəkkəb şəkərlərə bölünərək, orqanizmdə müxtəlif funksiyalar icra edirlər. Karbohidratlar (K/h) bir neçə qrupa ayırd edilir:
- monosaxaridlər (qlükoza, qalaktoza, fruktoza);
- disaxaridlər (saxaroza, maltoza, laktoza);
- polisaxaridlər (mürəkkəb şəkərlər - nişasta, amilopektin, qlikogen, pektin, liflər, sellüloza).
Qlükoza bir çox metabolik proseslərdə iştirak edir, lakin ən önəmli funksiyası - enerji təminatıdır. Bir çox zülalların fəaliyyəti karbohidratla birləşmiş formada mümkündür (fermentlər, daşıyıcı zülallar, hormonlar). Lipidlər, aminturşular, nukleotidlərin sintezi üçün vacib olan bir çox üzvi birləşmələr karbohidratların metabolizmi zamanı əmələ gəlir. Karbohidrat törəməsi olan qlükuronidlər ksenobiotiklərin və endogen toksinlərin detoksiyasında iştirak edir.
Karbohidratlar əvəzolunmaz komponent sayılmır. Onların defisiti zamanı yaranmış hipoqlikemiyanı kompensasiya etmək üçün zülal və yağlardan istifadə olunur, lakin bu, orqanizm üçün qeyri-effektiv yoldur.
Praktik sağlam insanda düzgün qidalanma zamanı orqanizmə daxil olan şəkər ilk növbədə enerji sintezinə qoşulur, digər bir hissəsi rezerv qlikogen şəklində qaraciyərdə toplanır. Lakin keçən əsrin sonundan başlayan və hazırda çox böyük vüsət almış karbohidrat bumu, yəni qida rasionunda əsasən karbohidratların (xüsusən də tez mənimsənilib insulin şıçrayışına səbəb olan sadə şəkərlərin) ifrat qəbulu bir çox patologiyaların, o cümlədən, geriyədönməz proseslərin inkişafına səbəb olmuşdur.
Problem kimi orta və yaşlı insanlarda daha çox müşahidə olunsa da, uşaq qidalanmasında da mühüm aqressiv faktora çevrilmişdir. Belə ki, uşaqlar tərəfindən aramsız reklam sayəsində çox geniş istehlak olunan hazır qablaşmış məhsulların hamısının tərkibində şəkər mövcuddur və müasir uşaq artıq səhər yeməyi zamanı gündəlik şəkər normasını almış olur.
Bəs yanlış qidalanma sayəsində yaranmış şəkər artıqlığı nə kimi fəsadlar törədə bilər?
Məlumdur ki, biokimyəvi reaksiyaların getməsi, adətən, müəyyən fermentlərin iştirakı ilə baş verir. Hiperqlikemiya zamanı (karbohidratların həddən artıq qəbulu: çörək; unlu-şəkərli şirniyyatlar, şirin içkilər; yaxud şəkərli diabet xəstəliyi olduqda) sərbəst şəkərlər orqanizmin istənilən zülalı ilə birləşərək onların funksiyasını pozur. Mürəkkəb biokimyəvi reaksiya nəticəsində orqanizm üçün çox toksik olan qlikasiya məhsulları (AGE) əmələ gəlir ki, bunların hüceyrədə toplanması tədricən hüceyrənin funksiya pozulmasına, sonda isə məhvinə səbəb olur.
Bu məhsulların diabet və qocalmanın, Bexterev xəstəliyi, Parkinson xəstəliyi, dağınıq skleroz, artroz, digər degenerativ xəstəliklərin patogenezində rolu sübut olunmuşdur.
Orqanizmin mühüm əhəmiyyətli zülallarının qlikasiya nəticəsində yaranan funksiya pozulmasına aiddir:
- damar divarı zülalının zədələnməsi damarların elastikliyin azalması (rigidliyinə) və qan dövranı pozulmalarına səbəb olur.
- kollagen zülalının zədələnməsi nəticəsində kollagen liflərinin elastikliyi zəifləyir ki, bu da dəri qocalmasına, bağ və vətərlərin boşalmasına, qığırdaq degenerasiyasına səbəb olur
- eritrosit membranları elastikliyini itirdiyindən hüceyrə formasını dəyişə bilmir və öz ölçüsündən kiçik kapilyar mənfəzindən keçə bilmir.
- göz bülluru zülalının zədələnməsi nəticəsində katarakta inkişaf edir.
- qlikasiyaya uğramış qan zərdabının albumin transport və detoksikasiya funksiyasını, bilirubin və uzunzəncirli yağ turşularını birləşdirmək qabiliyyətini itirir.
- immunoqlobulinlər öz xassələrini itirdiyindən orqanizmin müdafiə funksiyası zəifləyir.
- böyrəklərin yumaqcıq aparatının zədələnməsi membranların qalınlaşmasına və onların keçiriciliyinin dəyişməsinə gətirib çıxarır.
- sinir lifləri qişalarının, o cümlədən, mielinin zədələnməsi sinir impulslarının ötürülməsini əngəlləyir.
- insulinin qlikasiyası onun reseptorlara qarşı həssaslığını azaldır.
- immun hüceyrəsinin reseptoru ilə birləşərək iltihab prosesinə təkan verir.
- DNT və nukleotidlərin qlikozilləşməsi mutasiyalara səbəb olur.
- azot monooksidin sintezini inhibə edərək damar genişlənməsini əngəlləyir.
- xolesterinin oksidləşməsini sürətləndirir.
AGE orqanizmdə yaranmaqla yanaşı xaricdən də daxil olur, belə ki, yüksək temperaturda sobada və ya yağda qızardılmış qidalar (toyuq, kartof və s.) AGE ilə zəngin olur. Belə qidaların müntəzəm istifadəsi, karbohidrat qəbulu ilə birlikdə yuxarıda qeyd olunan hallara, erkən qocalmaya, xroniki xəstəliklərə səbəb olur.
Şəkər tək sağlamlığın itirilməsi deyil, həmçinin, gözəlliyə də xeyli xələl gətirir. Belə ki, dəri karkası olan, onun elastikliyini təmin edən kollagen və elastin kimi zülalların zədələnməsi dərinin erkən sallanmasına və qırışmasına səbəb olur.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1158   Tarix: 22 fevral 2022
f Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa

Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtin

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

.

Saatlarla oturanların diqqətinə

"Uzun müddət oturaq vəziyyətdə qalmaq tromboz riskini ciddi şəkildə artırır. Bu təhlükə xüsusilə kiberidmançılar üçün aktualdır". -a istinadən xəbər verir ki, bunu -ya açıqlamasında rusiyalı professor Dmitri Berezovsk

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

.

Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?

Günorta saatlarında yorğunluq hiss edən insanların əksəriyyəti özlərini gümrah hiss etmək üçün bir fincan qəhvə içirlər. Lakin mütəxəssislər qəhvənin təsirini artırmaq üçün maraqlı üsul təklif edirlər. . xəbər verir ki, qəhv

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

.

Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA

Orta yaşlarda piylənməsi olan insanların yaşlılıq dövründə demensiyaya tutulma riskinin 33 faiz daha yüksək olduğu müəyyən edilib. xəbər verir ki, bu nəticə 19 uzunmüddətli araşdırmanın, ümumilikdə 589 min 649 nəfərin məlumatlarını

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

turlar.az

kosmetika mehsullari donlar 2026 yay kolleksiyasi dolmalar zaur baxşəliyev qozlu toyuq salati qan qruplari haqqinda melumat kosmetika mekteb qoğalın nağlı vətən haqqında bayatı opusme novruz haqistalari