Qocalıq nədir?

Qocalıq nədir?Qocalıq orqanizmin yaşa dolmasının labüd nəticəsi olub, fərdi inkişafın son mərhələsini təşkil edir. Qocalma dedikdə orqanizmin xarici mühit şəraitinə uyğunlaşma qabiliyyətinin yaşla əlaqədar olan zəifləməsi nəzərdə tutulur. Qocalığın mahiyyətini, qocalmış orqanizmin fizioloji və pisixi fəaliyyət xüsusiyyətlərini və qocalığın ictimai problemlərini öyrənən elm sahəsinə gerontologiya deyilir.
Gerontologiya qocalıq dövrü xəstəliklərini və onların müalicə-profilaktikası ilə əlaqədar problemləri öyrənir.
Qocalmanın əsasını orqanizmin morfoloji, biokimyəvi, funksional və psixi dəyişiklikləri təşkil edir. Hər bir orqanizm həyatı boyu ərzində molekul, hüceyrə və toxuma, orqan və sistem, həmçinin ümumi orqanizm səviyyəsində bir sıra dəyişikliyə uğrayır. Qocalma özünü 2 əsas xüsusiyyətlə göstərir:
1. Orqanizmin ətraf mühitə uyğunlaşması zəifləyir.
2. Yaş artdıqca ölüm ehtimalı da artır.
Qocalma orqanizmin morfoloji və funksional xassələrinin qanunauyğun surətdə dəyişilməsi ilə müşayİət olunur. Belə ki, insan yaşa dolduqca onun xarici görünüşündə, psixikasında və davranış tərzində dəyişikliklər baş verir. Qocalıq dövründə ümumi orqanizm səviyyəsində olan dəyişikliklərə aiddir:
- bədən ölçülərinin kiçilməsi
- çəkinin azalması
- daxili orqanların geriyə inkişafı
- dərialtı piy təbəqəsinin atrofiyası.
Qocalma zamanı dəri elastikliyini itirir, gözlərin parlaqlığı azalır, əzələlər atrofiyalaşır, dəri qırışır. 50 yaşdan sonra insanların toxumalarında olan kapilyarların sayı azalır, arteriya damarlarının elastikliyi itir, damarların keçiriciliyi azalır.
Yaş artdıqca ürək əzələsi də atrofiyaya uğrayır, onun kütləsi azalır, ürək boşluqları böyüyür.
Qocalığa doğru yaxınlaşdıqca sümük sistemi, həzm sistemi, böyrəklər
də dəyişikliyə uğrayır.
Sinir sisteminin bütün hüceyrələrində qocalma eyni sürətlə baş verir.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1633   Tarix: 22 dekabr 2020
f Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

Qəhvəni bu saatda için

Kardioloq və terapevtlər qəhvə qəbulunda təkcə miqdarın deyil, içkinin hazırlanma üsulu və qəbul edildiyi saatın da vacib olduğunu bildiriblər. xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, kofein qəbulunu 15:00-16:00 radələrind

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

.

Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda

Rusiyalı həkim-terapevt Nadejda Çernışova şəkərli diabet üçün risk qrupuna kimlərin aid olduğunu və bu xəstəliyin yaranma riskini azaltmaq üçün hansı addımların atılmasının vacib olduğunu izah edib. -a istinadən xəbər veri

.

Çox öskürənlər bunu oxusun

Uzun müddət davam edən öskürək bir çox insanın qarşılaşdığı problemlərdən biridir. Bəzən adi soyuqdəymədən sonra yaranan öskürək həftələrlə davam edə bilər. Lakin öskürəyin səbəbi hər zaman tənəffüs yolu infeksiyası olmur

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasınd

.

Təzyiqi aşağı salan 5 əsas qida

Qırmızı və bənövşəyi rəngli meyvə-tərəvəzlər qan təzyiqini normada saxlamaq üçün son dərəcə faydalıdır. qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə dietoloq Emma Derbişir bildirib. Mütəxəssis tərəfindən təzyiqi aşağ

.

Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır

Quşüzümü və mərcangilə hipertoniya və aterosklerozun yaranmasının qarşısını almağa kömək edir, eləcə də sidik yolu infeksiyalarına qarşı profilaktik vasitə kimi xidmət edir. -a istinadən xəbər verir ki, bu barədə rusiyal

turlar.az

geyim və ayaqqabılar kosmetika mehsullari toy makiyajlari xalq mahnilari sozleri faydalı məlumat zərdəçal buxaq kosmetika toy gecesı novruza aid hakışta rus dilin nece orenek oyunlar meseller