Qohumla ailə qurmaq düzgündürmü?

Qohumla ailə qurmaq düzgündürmü?Ailə qurarkən,bu işdə hər kəsin məsuliyyətli olmasını unutmamaq və riskə girməməkdə fayda vardır.İslam dini əmi, dayı, bibi, xala uşaqlarının evliliyi ilə bağlı xüsusi qadağa qoymur, amma bəzi hədislərdə məsləhət görülür ki, adamlar uzaqdan evlənsinlər ki, uşaqları sağlam olsun.Ta Qədim Misirdə fironların arasında hətta bacısı ilə evlənənlər də tapılırdı. Avropa kral ailələrində də əmi, dayı, xala, bibi uşaqlarının nikahı da adi hal sayılırdı. Amma İngiltərə kralı 8-ci Eduard bu tilsimi sındırır və xalq arasından çıxmış adi qızla 2-ci Marqretlə evlənir.

Gəlin baxaq:Yaxın qohumla hansı səbəblər üzündən ailələr qurulur?(Aşağıdakı səbəblər Azərbaycan cəmiyyətində formalaşan düşüncələrdir.)

1. "Deyirlər, əmi qızı ilə əmi oğlunun nigahı göydə kəsilib."

2. "A bala, gəl özümüzkülərdən alaq,ətimizi yesə də,sümüyümüzü atmaz"

3. "Mən Gəncədən oğluma qız almaram!" və ya "Yeraza adam qız verər?"

4. Bəzən qohum cütlər həqiqətən də,bir-birilərinə aşiq olurlar və həyatlarını birləşdirirlər.

5. Valideynlərin təzyiqi altında qohum cütlərin nigahı qurulur.

6. Gənclərin bəziləri bu cür düşünür:"Oğlan evlənəcəyi qız haqqında tam məlumatlı olur. Qızın əvvəlki həyatı barəsində nəyisə araşdırmağa ehtiyac qalmır. Qızın nəsil və nəcabatı, əxlaqı, sağlamlığı, əqidəsi barəsində tam arxayın olur."

7. Bir çox məsələlərdə qohumlar bir-birinin analmağa çalışırlar. Məsələn toy, nişan və .s kimi məsələlərdə bir-birini maddi xərcələrə salmırlar.

8. Qız qohum olduqda , oğlanın valideynləri ona öz balası kimi münasibət bəsləyir. Qaynana-gəlin məsələsi ortadan qalxır. Qız da həmçinin oğlanın valideynlərinə daim hörmətlə yanaşır. Çünki hər şeydən öncə qız anlayır ki, oğlanın ata-anası onun yaxınlarıdır, qohumudur. Qız da onlara öz doğma ata və anası kimi münasibət göstərir.

9. Qohumçluq əlaqələri daha da güclənir. Hətta ailədə qızla oğlan arasında baş verən münaqişə əksər halda sülh ilə nəticələnir. Çünki valideynlər qohum olduğundan aralarında soyuq münasibətin olmasını istmillər. Belə ailələrdə boşanma halı da az olur.

Səbəbləri araşdırsaq,sayını bir qədər də artırmaq olar.Amma məsələ bundadır ki,qohumluq əlaqəsi ilə ailə quran bütün gənclərin bu nigahdan yarana biləcək nəticələrdən xəbərləri varmı,kifayət qədər məlumatlı olaraqmı nigah bağlayırlar?Bu da doğrudur ki,qohum cütlərin normal keçən nigah durumu da vardır ki,ailələrində əksər uşaqları sağlam dünyaya gəlilər və problemsiz yaşayırlar.Amma,baxaq görək bu bütün ailələrdə belə olurmu?

Hər insanda 23 cüt xromosom var. Hər bir cüt xromosomun biri anadan, digəri atadan gəlir. Xromosomlar DNK-nı formalaşdırır. DNK-nın funksiyalarını müəyyənləşdirən, kodlaşdıran bölümlərinə isə gen deyilir. Bizlər nəsillər öncəsi atalarımızın bizə hədiyyə etdiyi genetik xüsusiyyətlərlə yaşayırıq. Qısası, bu genlər bizim bütün həyat tərzimizin divarlarını hörür. Bir və ya bir neçə gen bizdəki özəlliyin məlumatını özündə daşıyır. Qohum evlilər eyni soydan gəldikləri üçün ana və atanın eyni genin sürətini daşıyırlar. Qohum evliliklərdə zərərli genlərin bir-biri ilə qarşılaşma ehtimalı yüksəlir. Ona görə də onların uşaqlarının müəyyən xəstəliklərə tutulması ehtimalı çox yüksək olur.
Qohum nigahlar genetik xəstəlikləri artıran önəmli faktordur. Dünyada 20 faiz qohum evliliklərdir. 8,4 faiz doğulan uşaqlar da bu ailələrin payına düşür. Əgər dünyada əngəlli doğulan uşaqlar 1 faizdirsə, qohum evlilklərində 9 faizdir. Bu ailələrdə ölü və yarımçıq doğuşların sayı yad evliliklərə nisbətən 2 dəfə çoxdur. Qohum evliliklərdə ən çox rast gəlinən qan xəstəlikləri, göz, qulaq, əzələ - sinir, ürək - damar və şəkər xəstəlikləri, ağıldankəmlik və s-dir. Qan xəstəlikləri arasında isə talassemiya, hemofiliya və başqa qan xəstəlikləri daha çox yayılıb.

Talassemiya nəsildən-nəslə keçən çox ağır irsi qan xəstəliyidir. Belə xəstələrdə lazım olan miqdarda qan hemoqlobin hasil olunmur, qanla birlikdə bədənə dəmir də köçür ki bu da orqanizmdə dəmir artıqlığı yaradır. Dəmir artıqlığı 11 yaşından sonra insanın qara ciyərini, ürəyi, sonra endokrin sistemini zədələyir. Belə uşaqlarda cinsi yetişkənlik əlamətləri əmələ gəlmir. Yığılmış dəmir ürək-damar çatışmazlığının inkişafı nəticəsində xəstənin ölümünə səbəb olur.

Antropoloq Erik Lepisto başqa səbəblər gətirir: «İnsanlar öz varidatını bir yerdə saxlamağa çalışır. Fərqi yoxdur, istər Azərbaycanda olsun, istər Afrikada, Amerikada, yaxud Yaponiyada, insanlar öz qohumları ilə evlənməyə çalışırlar. Və bu, sosial olmaqdan daha çox siyasi və iqtisadi fenomendir».

Ailə və Uşaq     Baxılıb: 3399   Tarix: 05 oktyabr 2013
f Paylaş

Oxşar xəbərlər

.

Ana südünü artıran 7 qida

Ana südünün körpə üçün nə qədər əhəmiyyətli olması hər kəsə bəllidir. Bəs, ana südünü və onun keyfiyyətini artırmaq üçün hansı qidalardan istifadə etmək lazımdır?. Axşam.az ana südünü artıran 7 qidanı təqdim edir:. 1. Yumurt

.

5 aylıq körpənin inkişafı

Körpənin həyatının beşinci ayı, üçüncü və dördüncü ayında mənimsənilən bacarıqları, təkmilləşdirməklə davam edir. bildirir ki, bu dövrdə uşaqların əksəriyyətinin inkişafında hansısa diqqətçəkən, yeni irəliləyiş müşahidə olunmur

.

Yüksək təzyiq, ürək xəstəlikləri və böyrək problemləri - UŞAQLARINIZI uzaq tutun

Ketçup pomidor, sirkə, şəkər və ədviyyatların qarışığından hazırlanan sous növüdür. Qırmızı rəngdədir və sıx bir tutarlılığa malikdir. Ketçupun əsas istifadə sahələrindən biri yeməkləri şirinləşdirmək və dad verməkdir. Xüsusil

.

Vaxtından əvvəl doğulmuşların RETİNOPATİYASI

Hal hazırda dünyada hər 10 uşaqdan biri vaxtından əvvəl doğulur. Aparılan geniş miqyaslı elmi araşdırmalar və qabaqlayıcı tədbirlərə baxmayaraq vaxtından əvvəl doğuşların sayı günü-gündən artmaqdadır. Dünya statistikasın

.

Əl, ayaq və ağızda səpkilər – Su çiçəyidir yoxsa?

Ağızda, əllərdə və ayaqlarda ağrılara səbəb olan, qabarcıq və səpkilərlə irəliləyən əl-ayaq və ağız xəstəlikləri son günlərdə daha çox rast gəlinir. Hər yaş qruplarında müşahidə olunsa da, daha çox uşaqları hədəf alır. Mövz

.

Mükəmməl seks üçün yataqdakı QAYDALAR

Qüsursuz və ideal seks üçün yataqda riayət etməli olduğunuz qaydaları bilirsinizmi?. 1. Gigiyena. Qadını məmnun etmək üçün aşağıdakıları tətbiq etmək lazımdır:. - Düzgün şəkildə yuyunmaq lazımdır ki, heç bir yerindən iy gəlməsin

.

Uşağa ət neçə aydan verilməlidir?

Bir qayda olaraq ana südü və ya süni südlə ("smes") qidalandırılan uşaqlara istənilən əlavə qidalar (sıyıq, kəsmik, meyvə, tərəvəz, yumurta və s.) yalnız 6 ayından sonra verilə bilər. xəbər verir ki, bütün dünyad

.

Uşaqlarda sidikqaçırmanın qarşısını almaq üçün AKKUPUNKTUR üsulu

Uşaqlarda enurez ( gecə sidik qaçırması) problemi . Bioloji aktiv nöqtələrin insan bədənində sayı 100-dən çoxdur. Lakin müalicə məqsədilə əsasən 600-700 nöqtə istifadə edilir. Bu nöqtələr qeyd edildiyi kimi müxtəlif üzvlərd

.

Ehtiraslı öpüşmək üçün bunlara mütləq əməl edin

Ehtiraslı öpüşmək üçün bunlara mütləq əməl edin. Yaxşı öpüşməyin yollarını öyrənmək üçün müxtəlif cinsəllik saytlarında araşdırmalar apardıq. Bu barədə yazılmış mətnləri oxuduq. Gəldiyimiz nəticələri ümumiləşdirib daha ehtirasl

turlar.az

qadin dunyasi hamiləlik adlarin menasi balqabaq tumu tozsoranlar ciyər qovurması cox yasa kosmetika buga burcu novruza aid hakisdalar video ariqlamaq masqalar