Qovun (yemiş) və onun faydası

Qovun (yemiş) və onun faydasıÇox ehtimal ki, qovun da qarpız qədər yaşa malikdir. Onun ilk vətəni isti yerlər — Ön, Orta və Kiçik Asiya, eləcə də İran, Əfqanıstan olmuşdur.
Ön Asiyanın özünə məxsus (endemik) "açur", "kassaba", "kantaluna" kimi qovun sortları vardır. Orta Asiya qədimdən yüksək keyfiyyətli, şirin qovunları ilə tanınırdı.
Qovun Hindistan əhalisinə də qədimdən tanışdır. Burada indi də onun yabanı sortlarına rast gəlmək olar. Əhali bundan ərzaq kimi istifadə edir.
Misir mədəni qovunun ilk yayıldığı yerlərdən biri sayılır. Arximandrid İyeronimin məlumatlarında deyilir ki, Misir qovunu iri olur. Onun uzunluğu 90 santimetr, en kəsiyinin diametri isə 50 santimetrə çatır, "əti" ayrı-ayrı xəstəlikləri, eləcə də iltihabı sağaltmağa kömək edir. Demək olar ki, misirlilər üçün qovun həm yeməkdir, həm içkidir, həm də dərman.
Yüksək keyfiyyətli qovun yetişdirən ölkələrdən biri də İrandır. Orada əsrlər boyu böyük qayğıyla seçmə aparılmış və əla qovun sortları yetişdirilmişdir.
Mərvlə Balx arasında yerləşən Şübarkan adlı yerdə həmişə dadlı qovun məhsulu yığılırdı. Məşhur səyyah Marko Polo göstərirdi ki, bu məhsulun bir hissəsi yaxın ölkələrə də aparılırdı. Qovun İranın Şimalından Bağdada qurğuşun yeşiklərdə buzun içində daşınırdı.
Son zamanlara qədər Afrikada qovunun vəhşi sortlarına rast gəlinirdi. Kalaxari səhrasında yetişdirilən qovununu ("samma"nı) fransız səyyahı F.Balzak belə təsvir edir: "...Əl dəyməmiş fantastik bir bostan… Günəşin şüaları altında minlərlə parlaq qovun parlayır. Yüzlərlə qovun 20-30 metr dərinliyə gedən kökdən ayrılaraq uzanan tağlarda ulduz kimi səpələnmişdir. Yükümüzü daşıyan heyvan qovunun içini yeyirdi. Qovunun şirəsi susuzluğumuzu yatırdı. Sonra isə biz qovun şirəsi ilə qablarımızı doldurduq". Müəllif daha sonra yazır ki, bu qovunlar yüksək keyfiyyətlərə malikdir. Buşmenlər onu çox xoşlayır, içini iştahla yeyir, yastı tumlarını isə qovurur, üyüdür və una döndərirlər. Onlar qovunun qabığından da istifadə edərək nimçə hazırlayırlar.
Avropalıların qovunla tanışlığı orta əsrlərdən başlanıb. Fransada qovunla əlaqədar maraqlı bir əhvalat yayılıb. Deyilənə görə, fransız kralı IV Henrix (1553-1610-cu illər) nəfsini saxlaya bilməyib çoxlu qovun yeyir, xəstələnir. Bununla əlaqədar qovunu məhkəməyə çəkirlər. Məhkəmə qovunun əlahəzrəti təhqir etməkdə günahkar olduğunu təsdiq edir və camaat qarşısında ona lənət oxumağı qərara alır. Onu Paris meydanlarının birində yerinə yetirirlər.
Amerika qitəsinə qovunu Kolumb aparır.
Rusiyada qovun XII əsrdə məlum olub.
Deməliyik ki, XIX əsrdə Abşeronda — sahil boyu qumluqlarda çoxlu bostanlar var idi. Yetişdirilən dəmyə qarpız, qovun çox dadlı və şirin olurdu. Hər hektardan 10-13 ton məhsul götürülürdü. Saray və Corat kəndlərinin məhsulu dadına və şirinliyinə görə başqa kəndlərinkindən tamamilə seçilirdi.
Qovun dərini təravətləndirir, böyrəkləri, qanı təmizləyir.
Qovunda A vitamini, brom və yod daha çox olduğundan sinirləri sakitləşdirir, yuxu gətirir, qanı zəhərli maddələrdən təmizləyir, revmatizma zamanı faydalıdır. .
Qovun bağırsaqları yumşaldaraq qəbizliyi aradan qaldırır, qan artırır, bədənə sərinlik gətirir. Acqarına yeyilən qovun mədə-bağırsağın fəaliyyətini gücləndirir, lakin təzyiqi yüksək olanlara qovun yemək olmaz. Hər şeyi normadan artıq yedikdə orqanizmə ziyan verdiyi kimi qovunu da çox yedikdə orqanizmə rahatsızlıq gətirir.

Sağlamlıq     Baxılıb: 10419   Tarix: 06 yanvar 2014
f Paylaş

Oxşar xəbərlər

.

Masaj müalicəvi faydaları

Masaj xidməti müalicəvi xüsusiyyəti tarix boyu tanınmışdır. Dünyada icra edilən masajların nəzərdən keçirilən zaman göstərir ki, bunların çoxu, təxminən 90%-i, sağlamlığın bərpası məqsədilə tibbi masaj xidməti kimi icra edilir

.

Balqabağın UNİKAL MÜALİCƏVİ XÜSUSİYYƏTLƏRİ

Balqabaq ən faydalı tərəvəzlərdən biridir. Azkalorili, dadlı, vitamin və minerallarla zəngin olan bu tərəvəzin sağlamlıq üçün xeyirli xüsusiyyətləri saymaqla bitməz.  sizi balqabağın faydaları ilə tanış edir. 1. Karotinlərl

.

3 təbii çarə ilə cinsi istəksizliyə - SON

Bu vasitələr potensiyanızda olan problemləri aradan qaldırmaqla yanaşı həm də orqanizminizə ümumi şəkildə müsbət təsir göstərəcək. Bal və qoz.  . Mütəxəssislər tərəfindən bu qarışığın "Viaqra"dan da güçlü olmas

.

Giləmeyvə çaylarının faydaları nələrdir?

Sağlamlığımız üçün bitki çayları qədər giləmeyvə çayları da çox faydalıdır. Sağlamolun.az orqanizmimizə faydalı olan bitki, çiçək və giləmeyvə çaylarını təqdim edir:. Şüyüd - Həzm çayıdır. Həzmi yaxşılaşdırır. Şişkinliy

.

DİQQƏT: Hansı meyvənin tumu botoks effekti verir?

Dəri və saç problemlərini aradan qaldırmaq üçün çoxlu müxtəlif kosmetik məhsullardan istifadə olunur. Ancaq ekspertlər avokadonun tumunun təbii faydalarının onlardan daha təsirli ola biləcəyini bildirirlər. xəbər verir ki

.

Səhərlər acqarına 3 ədəd qoz yeməyin inanılmaz faydaları

Qoz beyinə faydaları ilə məşhur olsa da, başqa faydaları da var. Qozda A, E və B vitaminləri, həmçinin dəmir, sink, mis və maqnezium kimi minerallar mövcuddur. Acqarına qoz yeməyin faydaları bunlardır:. Enerji verir: Qozd

.

Hansı halda seks insanı xoşbəxt edir?

ABŞ alimləri müntəzəm intim münasibətin xoşbəxtlik üçün vacib olduğunu sübut edib. "Medicina" xəbər verir ki, sorğuda 300 könüllünün intim həyatı və razılıq hissi araşdırılıb. Məlum olub ki, həyatlarında mütəmad

.

Partladılmış Qarğıdalının xeyri və zərəri haqqında

Partladılmış Qarğıdalının faydaları və zərərləri haqqında məlumat olduqca azdır.Maraqlı haldır ki, bağlama halında satılan bu qidalar üzərində olan reklam mətnləri isə insanı haradasa bu qidanın hava, su qədər vacibiyyətin

.

Qadınların intim gigiyenası. 4 VACİB QAYDA

Həkim-ginekoloqlar qadınlar tərəfindən intim gigiyenaya riayət edilməsini qadın reproduktiv sistemi xəstəliklərinin profilaktikasının vacib hissəsi hesab edirlər.  bildirir ki, intim gigiyena qaydalarını bilməmək və ya onlar

turlar.az

kosmetoloq reseptler qis geyimləri 2026 soz ehtiyati artirmaq vətənə aid bayatılar haqista hamiləlik və doğuş kosmetika oglaq englishdilində qulaq vətən haqqında atalar sözləri kökəlmək üçün 8 mart