Qoz qutabı-Üç qulaq-Üçkünc paxlava

Qoz qutabı-Üç qulaq-Üçkünc paxlava(Bu qutab Azərbaycanın qədim milli şirniyyatlarının bir növüdür)

Ərzaqlar:

Xəmir üçün:Qoz qutabı-Üç qulaq-Üçkünc paxlava

6 st un

1-2 ədəd yumurta

1/3 ç.q sarıkök

1 x.q duz

1ç.q maya

2 st ilıq su (təqribən)

Yuxaları yaymaq üçün un

İç üçün:

4-5 st çəkilmiş qoz ilə çəkər tozu qarışığı.(təqribən)

Zövqə görə içliyə hil ya da vanil tökə bilərsiniz.

Qızartmaq üçün:

Bitki yağı ya da əridilmiş kərə yağı

Hazırlanması:

İçliyi hazırlamaq üçün qozu qoz çəkən maşından keçirib 1:1 nisbətdə şəkər tozu töküb qarışdırırıq. 1/4 ç.q hil töküb yenə qarışdırırıq. İçliyimiz hazırdır.

Qoz qutabı-Üç qulaq-Üçkünc paxlavaXəmiri hazırlamaq üçün bax Qutab xəmirinin hazırlanması

Hazır yuxanı 4sm ya da 5 sm enində kəsirik.

Qoz qutabı-Üç qulaq-Üçkünc paxlavaQutabı aşağıdakı şəkildəki kimi bükürük. (Şəkili yerdə çəkdiyimə baxmayaraq qutab əldə bükülür) Kəsdiyimiz lentin birini əlimizə alırıq.

Qoz qutabı-Üç qulaq-Üçkünc paxlavaBaş hissədən fırladıb içəri doğru qatlayırıq.

Qoz qutabı-Üç qulaq-Üçkünc paxlavaİçinə 1 ç.q dolu içlik qoyuruq.

Qoz qutabı-Üç qulaq-Üçkünc paxlavaBir dəfə qatlayırıq.

Qoz qutabı-Üç qulaq-Üçkünc paxlavaAğız hissədəki yuxanı üç künc kəsirik.

Qoz qutabı-Üç qulaq-Üçkünc paxlavaKəsilmiş yuxanın uc hissəsini içəri doğru qatlayıb soxuruq.

Qoz qutabı-Üç qulaq-Üçkünc paxlavaQutab hazırdır.

Qoz qutabı-Üç qulaq-Üçkünc paxlavaBükülmüş qutabları qurumasın deyə qaba yığıb ağzını örtürük ya da sellofana yığıb soyuducuda saxlayırıq. Süfrəyə veriləndə tavada yağı qızdırıb hər iki üzünü qızardırıq.

Qoz qutabı-Üç qulaq-Üçkünc paxlavaQoz qutabı-Üç qulaq-Üçkünc paxlavaQeyd: 1. Zövqə görə qutabların üstünə şəkər kirşanı ya da şəkər tozu səpə bilərsiniz.

2. Yuxaların yanlarından qalan hissələrdən xingal bişirə bilərsiniz.

3. Bu qutabın hazırlanmasının başqa üsulları da var. Belə ki, içliyə yuxa qırıntıları töküb qarışdırılır və bükəndə isə yuxanın ucunu içəri yox üst hissəyə duru xəmir hazırlanıb onunla yapışdırılır.

Qoz qutabı-Üç qulaq-Üçkünc paxlavaNuş olsun!

Mətbəx     Baxılıb: 9779   Tarix: 21 oktyabr 2013
f Paylaş

Oxşar xəbərlər

.

Kəsmikli Bananli Tort

Ərzaqlar. 4 yumurta . 350 qram şəkər . 180 qram un . 5 xörək q. kakao tozu . 1 paket qabartma tozu . 4 xörək q. qaynar su . 250 qram kəsmik . 15 qram jelatin . 500 qram 33 %-li qaymaq . 4 ədəa banan . 100 qram tünd şokolad

.

Ev Sayağı kumpir resepti

Tərkibi. Kartof – 3 ədəd (böyük olsa daha yaxşı olar). Kök – 1 ədəd. Yumurta – 2 ədəd. Xiyar turşusu – 1 ədəd. Yaşıl noxud (konservləşdirilmiş) – 60 qram. Qarğıdalı (konservləşdirilmiş) – 60 qram. Pomidor – 1 ədəd. Mayonez

.

Badımcan Salatı

Fərqli dadı olan bu salatı hamıya hazırlamağı məsləhət görərdim. Əminəm ki, çox bəyəniləcək. Lazım olan ərzaqlar:. 4-5 ədəd orta boy badımcan. 3 ədəd pomidor. 1-2 ədəd bibər. 250 qr toyuq döş əti. keşniş. şüyüd. bitki yağı

.

Qara dəniz dadı: Kumak Recipe

Kuymak Resepti üçün Tərkibi. 2 -ci. yığılmış yemək qaşığı. kərə yağı. 2 -ci. yığılmış yemək qaşığı. qarğıdalı unu. bir. su şüşəsi. Bu. (otaq temperaturunda). bir. Damğa. kəsmik. 1 çay fincanı. Qaynar su. bir. çay qaşığı silin

.

Balıqdan buğlama resepti

Tərkibi. Nərə balığı və ya ağ balıq - 370 qr. Kartof - 115 qr. Baş soğan - 80 qr. Sarı alça - 60 qr. Duz - 0,4 qr. Döyülmüş qara istiot - 0,3 qr. Hazirlama qaydasi. Balıq təmizlənir, yuyulur və qurulanır. Kartof, soğan təmizlənir

.

Fərqli Dad: Sobada Kartof Dolması

Hər birimizin mətbəxində olan kartofdan bir çox yeməklər hazırlanır. Bəs kartofdan hazırlanan dolma yemisinizmi? Klassik dolmalardan fərqli olaraq asan hazırlanır və dadlı bir yeməkdir. hər kəsin bəyənəcəyi sobada karof dolmasını

.

Şəfaverici Itburnu Içkisi – Resept

E vitamini ilə zəngin olan itburnu bitkisinin dəri üçün də faydalı olduğu məlum olub. Hətta bir çox dəriyə qulluq vasitələrinin tərkibinə itburnu ekstraktı və yağı əlavə edilir. Bu bitkini olduğu kimi yemək bir qədər çətindir

.

ƏTLİ NOXUDLU SOUS, İSTİ YEMEK RESEPTLERİ

Resept. 250 q. ət,. 1 xörək qaşığı yumuru düyü,. 1 xörək qaşığı tamat,. Yarım stəkan noxud,. 2 ədəd soğan,. 2 ədəd kartof. Sarıkök,. 1 diş sarımsaq,. 1 xörək qaşığı un,. 4-5 xörək qaşığı su,. Qırmızı bibər tozu,. Ət otu,

.

Mayonezli Çiyələk Piroqu

Bizim mayonezə olan sevgimizi izah etmək çətindir, amma bu reallıqdır ki, mətbəximizdə mayonez həmişə geniş istifadə olunub. Çox az adam bilir ki, mayonezlə təkcə salatlar hazırlamaq olmur. Ondan həmçinin şirniyyatlarda d

turlar.az

yay geyimləri 2026 həkim məsləhəti donlar 2026 sevinc tofiqqızı hicab haqqinda üz maskaları qadin.az kosmetika azerbaycan ağır itki gunay bayati kahfe kali