Qrip epidemiyasına ən çox bu viruslar səbəb olur: Risk qrupuna kimlər daxildir?

Qrip epidemiyasına ən çox bu viruslar səbəb olur: Risk qrupuna kimlər daxildir?Yuxarı tənəffüs yolları xəstələri, xüsusilə ağciyər xəstələri COVID-19 virusunun yüksək risk qrupuna daxildirlər. Belə şəxslərin immun sisteminin güclü olması və xəstəliklərin profilaktikasında düzgün və balanslı qidalanması olduqca vacibdir.
Bu barədə Qida Təhlükəsizliyi İnstitutunun açıqladığı məlumatda bildirilir.
Məlumatda qeyd olunur ki, yuxarı tənəffüs yollarının kəskin respirator infeksiyaları bu gün dünyada ən çox rast gəlinən xəstəliklərdən biridir. Bu infeksiyalar əksər hallarda virus mənşəli olur. Məsələn, zökəm, sinusit, faringit, tonzillit, laringit, traxeit, qrip və s. Kəskin respirator infeksiyaların əlamətləri əsasən yorğunluq, əzələ və baş ağrıları, zökəm, öskürək, boğaz ağrısı, asqırma və s. hesab olunur.
Hər il qeydə alınan müxtəlif qrip epidemiyalarının əmələ gəlməsinə daha çox A və B virusları səbəb olur. C tipli qrip virusu geniş epidemiyalar törətmir. Epidemiyalar adətən payız-qış mövsümündə müşahidə olunur. Genetik strukturları daim dəyişən qripin yeni növləri əmələ gəlir. Ona görə də əhalinin onlara qarşı immuniteti olmur.
Xəstəliyin risk qruplarına daxildir:
Yaşı 1-dən aşağı, 65-dən yuxarı olan insanlar
Ağciyərlərin immundefisitli halları olan insanlar
Ürək-damar xəstəliyi olan insanlar
Şəkərli diabet olan insanlar
Hamilə qadınlar və s.
Balanslaşdırılmış qidalanma yuxarı tənəffüs yolları və ağciyər xəstəlikləri olan insanlarda həm xəstəliyin profilaktikasında, həm də müalicəsində mühüm əhəmiyyət kəsb edir. Bu cür xəstəliklərdən əziyyət çəkən insanlara tərkibində C, D və E vitaminləri, antioksidantlar, minerallar, yağ turşuları ilə zəngin olan qidalardan istifadə etmək məsləhət görülür.
C vitamini ilə zəngin olan qidalar itburnu, qara qarağat, çaytikanı, sitrus meyvələridir. C vitamini immun sistemini möhkəmləndirir, soyuqdəymə və virus xəstəlikləri zamanı sağalmanın tezləşdirir D vitamini ilə zəngin olan qida məhsullarına süd və süd məhsulları, balıq və balıq yağı, yumurta, qaraciyər, yulaf və s. daxildir. D vitamini immun sistemi və sümük-əzələ sistemini gücləndirərək orqanizmin xəstəliyə qarşı olan müqavimətini artırır
E vitamini ilə zəngin olan qidalar badam, qoz, yer fıstığı, fındıq və quru paxlalı bitkilər hesab olunur. Bu qidalar ən aktiv immunomodulyatordur (immuniteti stimullaşdıran və möhkəmləndirən maddə)
Yuxarı tənəffüs yolları və ağciyər xəstəlikləri olan insanlar gün ərzində bədən çəkilərinə uyğun olaraq maye qəbul etməlidirlər. Bu, zəhərləyici maddələrin orqanizmə təsirinin azaldılması üçün məsləhət görülür
Tərkibi kalsium, dəmir, sink ilə zəngin olan qidaların, qatığın gündəlik qəbulu tövsiyə olunur
Un və un məmulatları, şəkər qəbulu azaldılmalıdır. Belə ki, bu qidalar bağırsaq mikroflorasına mənfi təsir göstərərək mikrob artımına və son metabolizma qalığı olan karbon qazına parçalanaraq tənəffüs çatışmazlığına səbəb olur.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1270   Tarix: 02 may 2020
f Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Saatlarla oturanların diqqətinə

"Uzun müddət oturaq vəziyyətdə qalmaq tromboz riskini ciddi şəkildə artırır. Bu təhlükə xüsusilə kiberidmançılar üçün aktualdır". -a istinadən xəbər verir ki, bunu -ya açıqlamasında rusiyalı professor Dmitri Berezovsk

.

Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinin orqanizmə təsiri ilə bağlı yeni araşdırma aparılıb. London Kral Mariya Universitetinin alimləri müəyyən ediblər ki, kofein hüceyrələrin enerji çatışmazlığına cavab verən qədim mexanizmini aktivləşdirə bilər. Alimlə

.

Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?

Günorta saatlarında yorğunluq hiss edən insanların əksəriyyəti özlərini gümrah hiss etmək üçün bir fincan qəhvə içirlər. Lakin mütəxəssislər qəhvənin təsirini artırmaq üçün maraqlı üsul təklif edirlər. . xəbər verir ki, qəhv

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Gözə linza taxdırmazdan əvvəl bunu mütləq bilməlisiniz

"Yeni nəsil göz içi linzalar üçün ciddi yaş məhdudiyyəti yoxdur. Linza seçimində əsas meyar yaş deyil, gözün ümumi vəziyyəti və pasiyentin gündəlik görmə ehtiyaclarıdır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyini

.

Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir

Yeməkdən sonra qısa müddətli gəzinti qan şəkərinin yüksəlməsini məhdudlaşdırmağa və sağlamlığa müsbət təsir göstərməyə kömək edə bilər. xəbər verir ki, mütəxəssislərin tövsiyəsinə görə, yeməkdən sonra ilk 15 dəqiqə ərzind

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

.

Bu yaşda ət yemək ömrü uzadır

Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməkl

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

turlar.az

kosmetika mehsullari həkim məsləhəti toy makiyajlari seksual pozalar toyuq yeməkləri şorba reseptləri pizzalar kosmetika gozellik novruza aid hakisdalar novruz hakistalari intim munasibetler bayatılarımızda vətən həsrəti