Qrip virusu və onunla mübarizə formaları

Qrip virusu və onunla mübarizə formalarıMülayim və ya həddən artıq soyuq keçən havalar bir çox xəstəliklərin yaranmasına gətirib çıxara bilər. Qrip hazırda insanlar arasında ən çox yayılmış infeksiyalardan biridir. Onun ilkin əsas əlamətləri baş, boğaz, sinə ağrıları, öskürək, asqırma və titrəmədir. Qısa müddətdən sonra isə həmin əlamətlər sırasına hərarət, burun axması, əzələ ağrıları və halsızlıq əlavə olunur. Qrip müalicə edildikdə 2-7 gün, müalicə edilmədikdə isə yeddi gündən artıq davam edə bilər. Qrip zamanı orqanizmdə olan digər xəstəliklər də baş qaldıra bilər. Ona görə də bu infeksiyanın qarşısını vaxtında almaq məsləhət görülür.
Milli.Az bildirir ki, bu barədə AZƏRTAC-a məlumat verən pediatr-infeksionist Aytən Ziyadovanın dediyinə görə, qrip virusu öskürmə və ya asqırma zamanı hava-damcı yolu ilə ətrafdakılara ötürülür. Virusun mövcud olduğu səthlərə təmas edilən zaman yoluxma halı yüksək olduğuna görə sürətlə yayılır.
Həkim-infeksionist deyib: "Qripin əlamətlərinə yüksək hərarət, əzələ ağrıları, öskürək, başağrısı və xroniki yorğunluq daxildir. Qripə yoluxanların əksəriyyəti tamamilə yaxşılaşır, bəzən isə tənəffüs yollarının infeksiyası və ya pnevmoniya ilə bağlı şikayətlər meydana çıxır. Xəstəliyin ağırlaşmalarına körpələr, yaşlılar, ürək və ya ağciyər xəstəliyindən əziyyət çəkənlər, hamilə qadınlar, eləcə də immun sistemi zəif olan şəxslər arasında daha tez-tez rast gəlinir. Bəzən ağırlaşmalar daha ağır fəsadlar verə bilər. Qrip virusunun A, B və C tipli 3 növü var. Daha çox A və B tipli virus əhali arasında geniş yayılıb. Qış fəslində qrip virusunun müxtəlif növləri epidemiyaya çevrilərək yoluxma ehtimalını artırır və onu mövsümi qrip adlandırırlar. Mövsümi qrip epidemiyası dövründə yayılmış qrip virusuna yoluxma ehtimalı daha çoxdur. Qış aylarında həmin dövr əksər hallarda 6-8 həftə davam edir".
O, xəstəliyin profilaktikası barədə bildirib: "Qripə qarşı peyvənd aparılması bir il ərzində mövsümi qripə yoluxma halının qarşısını alır. Peyvənd olunan hər 10 nəfərdən 7-8-də xəstəliyə qarşı immunitet güclənir. Vurulan vaksin qarşıdan gələn qış mövsümündə baş verməsi gözlənilən qrip virusu ştamından hazırlanır və öskürək, soyuqdəymə və qripə bənzər xəstəliklərə səbəb ola biləcək digər viruslu infeksiyanın qarşısını alır. Böyüklər üçün tətbiq olunan vaksində, adətən, aktiv qrip virusu olmur. Bu o deməkdir ki, vaksin qrip və ya digər infeksiyalar yaratmır. Qripə qarşı vaksin tətbiq olunandan az sonra öskürək və ya soyuqdəymə təsadüf nəticəsində baş verə bilər".
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1668   Tarix: 28 yanvar 2020
f Paylaş

Oxşar xəbərlər

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

.

Mədəsi ağrıyanların nəzərinə

Mədə ağrısı qaraciyər xərçənginin simptomu ola bilər. -a istinadən xəbər verir ki, yuxarı qarın və ya mədə nahiyəsində təkrarlanan ağrı müayinə üçün ciddi bir səbəbdir. Mütəxəssislərin fikrincə, qaraciyər xərçənginin simptomlar

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

.

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa

Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtin

.

Göz quruluğunun səbəbi bəlli oldu

Smartfon, planşet və kompüterdən uzun müddət istifadə göz quruluğu şikayətlərini artırır. xəbər verir ki, mütəxəssislər gözlərdə yanma, batma, qızartı və görmənin bulanması kimi əlamətlərin diqqətdən kənarda saxlanılmamasın

.

Saatlarla oturanların diqqətinə

"Uzun müddət oturaq vəziyyətdə qalmaq tromboz riskini ciddi şəkildə artırır. Bu təhlükə xüsusilə kiberidmançılar üçün aktualdır". -a istinadən xəbər verir ki, bunu -ya açıqlamasında rusiyalı professor Dmitri Berezovsk

.

İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf

Yapon alimləri dişlərin təbii yolla yenidən inkişafını stimullaşdıran eksperimental dərman üzərində işləyirlər. Bu preparat gələcəkdə stomatologiyada implant və protezlərə alternativ ola bilər. xəbər verir ki, bu barədə "Th

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

turlar.az

toy gecesi sade makiyaj sekilleri hamiləlik qadınlarda erroziya maraqlı ləkə üçün maskalar moruğun faydasi kosmetika badambura qadin saglamlig novruz hakisdalari efsane vusale elizade