Qripdən qoruyan qidalar

Qripdən qoruyan qidalarHavalar soyuyan zaman orqanizmin müqavimət qabiliyyəti azalır, izdihamlı yerlər və yorğunluq daha tez xəstələnməyə sövq edir. "Gencaile.az" bizi qripdən qoruyan və gündəlik qidalanma rasionunda yer almalı olan qidaların siyahısını təqdim edir:
Nar
Milli.Az gencaile.az-a istinadən bildirir ki, nar immuniteti gücləndirərək bədən müqavimətini artıran ən əhəmiyyətli meyvədir. Xüsusilə tumları ilə birlikdə yeyilməsi həzm sistemini yaxşılaşdırır. Bu isə xəstəliklərin yaranmasına mane olur. Hər gün 1/2 ədəd nar yeməklə gündəlik meyvə ehtiyacınızı ödəmiş olarsınız.
Qatıq
Probiyotik quruluşu ilə həzm sisteminin sağlamlığını qoruyaraq xəstəliklərə qarşı bədənin müqavimətini artırır. Qatığı tərəvəzlərlə qarışdıraraq salat kimi və ya şorbaya əlavə edərək də yeyə bilərsiniz. İmmuniteti yüksəltmək üçün hər gün 2 stəkan qatıq istehlak etməlisiniz.
Balqabaq
Bu qidada lifin, vitamin və mineralların dəyərləri çox yüksəkdir. Payız-qış tərəvəzi olan balqabaq xüsusən uşaqlarda, yaşlılarda və hamilələrdə xəstəliklərə qarşı bədənin müqavimətini artırmağa dəstək olur. Bədəndəki zəhərli maddələrin yaranma potensialını azaldır və xolesterini salır. Həftədə ən az 2 dəfə bişirilmiş halda yemək və ya salatlara əlavə edərək yeyilməsi lazımdır.
Sarımsaq
Sarımsaq antioksidant quruluşu ilə immunitetin güclənməsini təmin edir və sizi qripdən qoruyur. Anti-influmatuar məzmunu bakteriya və göbələk əmələ gəlməsini azaldır. Soyuq qış günlərində gümrah olmaq istəyirsinizsə, hər gün 1-2 diş sarımsağı salatlara, şorba və yeməklərə əlavə edərək yeyin.
Gül kələmi (brokkoli)
Gül kələmi immuniteti artıran vitamin və mineral tərkibi ilə orqanizmin müqavimət qabiliyyətinin də artmasını təmin edir. Xüsusilə qış aylarında qripdən qorunmaq üçün hər gün 1 kasa şorba, salat və ya tərəvəz yeməyi istehlak etməyiniz lazımdır.
Fındıq
Lif, vitamin və mineral dəyəri yüksək qidadır. Yağlı toxum qrupundan olan fındığı çəkiyə nəzarəti təmin etmək və immuniteti gücləndirmək üçün hər gün 1 ovuc istehlak etməlisiniz.
Naringi
Tərkibi C vitamini ilə zəngindir, soyuqdəyməyə və qripə qarşı müdafiə sistemimizi gücləndirir. Həmçinin bəzi qidalardan aldığımız dəmiri aktiv hala gətirərək performansını artırır. Tərkibindəki yüksək kalium təzyiqi salır. Pis xolesterini azaltmağa köməkçi kimi ürək xəstəliklərindən qoruyur.
Kivi
Bir ədəd kivi gündəlik C vitamini ehtiyacını ödəməyə yetər. C vitamini ilə yanaşı onun tərkibinə A, B1, B2 vitaminləri, fosfor, kalsium, dəmir və zülallar daxildir. Qrip və soyuqdəymə kimi qış xəstəliklərdən qoruyur, xərçəng xəstəliyini önləyici xüsusiyyətə malikdir.
Heyva
Zəngin təribinə A, B1, B2, C vitamini daxildir. Ağız qoxusunu aradan qaldırır. Qusmanın qarşısını alır. İshala yaxşı təsir edir.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 2162   Tarix: 16 fevral 2020
f Paylaş


xidmetler

Oxşar xəbərlər

.

Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?

İnsanın faktiki yaşı hər zaman orqanizmin sağlamlıq və funksional vəziyyəti ilə üst-üstə düşmür. -a istinadən xəbər verir ki, bu barədə həkim Viktoriya Kulaqina məlumat verib. Həkimin qeyd etdiyi kimi, bioloji yaş insanı

.

Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir

Sevdiyiniz insanın etdiyi qısa müddətli masajın həm fiziki, həm də psixoloji rahatlığa müsbət təsir göstərə biləcəyi bildirilir. xəbər verir ki, masaj zamanı əzələlər boşalır, bədəndəki gərginlik azalır və insan özünü dah

.

Çox öskürənlər bunu oxusun

Uzun müddət davam edən öskürək bir çox insanın qarşılaşdığı problemlərdən biridir. Bəzən adi soyuqdəymədən sonra yaranan öskürək həftələrlə davam edə bilər. Lakin öskürəyin səbəbi hər zaman tənəffüs yolu infeksiyası olmur

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişaf

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

.

Tünd kişmiş cavanlaşdırır

Tünd kişmişin faydalı xüsusiyyətləri onların yüksək antioksidan tərkibi ilə izah olunur. -a istinadən xəbər verir ki, diyetoloq Yelena Solomatinanın açıqlamasına görə, tünd kişmiş antioksidant xüsusiyyətləri təsirli polifenolları

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

turlar.az

yay kolleksiyasi geymler 2026 makiyaj instagram hamiləlikdən sonra seksual qadinlar salat reseptləri oxatan burcu kosmetika vətənə aid bayatı bahar veten haqqinda atalar sozu vətən hekaye janri