Qriplə bağlı XƏBƏRDARLIQ: Bunları etməyin!

Qriplə bağlı XƏBƏRDARLIQ: Bunları etməyin!İçtimai nəqliyyatda, iş yerlərində, məktəblərdə şagirdlər arasında qripə yoluxanların artdığı müşahidə olunur. Qrip və kəskin respirator xəstəliklərdən müalicə və xəstəliyə qarşı profilaktik tədbirlərin gücləndirilməsi məqsədilə nələri etmək vacibdir?
Milli.Az bildirir ki, Azərbaycanın baş infeksionisti Cəlal İsayevin Lent.az-a dediyinə görə, hazırda qriplə bağlı vəziyyət qorxulu deyil, o qədər də geniş yayılmayıb: "Mövsümlə əlaqədar qrip müşahidə olunur. Qonşularımız Gürcüstan, İranda da qrip xəstəliyi yayılıb və bizdə də olması normaldır. Amma vəziyyət elə də ciddi deyil, o qədər də geniş yayılmayıb. Qripin oynaq ağrıları, baş ağrısı, zəiflik və halsızlığa səbəb olması normaldır".
C.İsayev bildirib ki, qrip olan insanlar işə, dərsə getməməli, evdə yataq rejimində olmalıdır: "İnsanlar arasına çıxmamaqla qripə yoluxanlar həm özünü, həm də ətrfadakıları qoruyur. Qripə ən yaxşı təsir edən vasitələrdən biri çögə, kəklikotu, zəncəfil, mixək bitkilərinin qarışığından dəmlənmiş çaydır. Bu bitkilərdən çay dəmlənir və gün ərzində iki-üç saatdan bir stəkan içilir. Eyni zamanda, çoxlu maye qəbul etmək lazımdır. 3 gün bu qarışıqların çayından içmək iltihab əleyinə yaxşı təsir edir. Qızdırmanı salır, antiviral təsir göstərir".
Həkim onu da qeyd edib ki, qripin profilaktikası üçün zərərli vərdişlərdən uzaq durmaq, yaxşı qidalanmaq, təmiz havada gəzmək vacibdir: "İnsanların çox olduğu yerlərdə maskadan istifadə etmək lazımdır. Maskadan istifadə etmək qripə yoluxmanın qarşısını 60-70 faiz alır".
Milli.Az  /news.milli.az

Xəbərlər     Baxılıb: 1426   Tarix: 03 yanvar 2020
f Paylaş

Oxşar xəbərlər

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

.

Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)

Sosial şəbəkələrdə aşağı ferritin səviyyəsinin insanın xarici görünüşünə təsiri ilə bağlı paylaşımlar geniş yayılıb. İstifadəçilər solğun dəri, gözaltı tünd dairələr, saç tökülməsi və kövrək dırnaqları "ferritin üzü"

.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasınd

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

.

Tənhalıq sağlamlığa ciddi zərər verə bilər

Düzgün qidalanma və müntəzəm idmanla məşğul olmaq sağlam həyat tərzinin əsas şərtləri hesab edilir. Lakin alimlərin araşdırmasına görə, insan sağlamlığına ciddi təsir göstərən daha bir mühüm amil var. Bu da sosial münasibətlə

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

turlar.az

gözəllik məhsulları makiyaj etmek qaydalari geyim dəbləri toy ucun maraqli ideyalar qisa saclarin yigilmasi intim pozalar qadinda cinsi isteksizlik kosmetika kurtlar vadisi aybawi qardasa aid haxistalar arıqla burcler haqqinda