Qulançar nədir və niyə baha satılır - VİDEO - FOTO

Qulançar nədir və niyə baha satılır - VİDEO - FOTOMin bir dərdin dərmanı, dadlı və vitaminli təbii qida kimi istifadə edilən bitkilərə maraq artmaqdadır. Əsasən də gözəl dadı ilə seçilən "qulançar" ("mərəçüyüd" də deyilir) qida rasionunda geniş yer tutur. Tovuzun dağətəyi ərazilərindən əllə toplanan qulançar zülalla ən çox zəngin olan tərəvəz bitkilərindəndir.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, qulançar azyayılmış, qiymətli və çoxillik bitkidir. Tərkibində ən çox zülal olan tərəvəzlərdən sayılır. Qərb bölgəsində indi qulançar yığımının vaxtıdır. Məhsul əllə yığılır və 200-250 qramlıq dəstələrə bağlanıb satılır. Əhalinin bu bitkiyə tələbatı çox olduğundan qiyməti də bahadır.
Rayon sakini Adil Hüseynov hər il yaz ayılarında bu bitkini yığıb həm mətbəxdə istifadə edir, həm də sataraq ailəsinin maddi ehtiyacını ödəyir. "Yabanı halda bitən qulançarı aprel-may aylarında toplayıram. Kənardan yığılması asan gəlsə də min bir əziyyətlə yığılır. Çünki tikanlı kolların dibində olur, yığmaq elə də asan deyil", - deyə A.Hüseynov bildirir.
Onun sözlərinə görə, dadlı və ləziz qulançar müalicəvi xüsusiyyətə malikdir, tərkibində bir çox vitaminlər var. Tovuzda əsasən yağda qızardılır və üzərinə yumurta əlavə olunur. Buna "qulançar çığırtması" deyilir. Zövqə görə ədviyyatlar da qatılır. Eyni zamanda, soğandan da istifadə etməklə, qovurma kimi bişirmək olur.
Kolların arasından əllə əziyyətlə yığıldığına görə qiyməti də bahadır. Bir dəstəsi təxminən 2-3 manat olan qulançarın kiloqramı 12-14 manatdan çox edir. Beləliklə, 1 kiloqram qulançar ət qiymətinə, bəzən isə ondan da baha satılır.
Hazırda qərb bölgəsinin bazarlarındakı piştaxtalarda qulançara rast gəlmək mümkündür.
Qeyd edək ki, bu bitkinin bir neçə növü var. Azərbaycanda Gəncə-Qazax bölgəsində və Abşeronda xalq arasında qulançar, Qarabağda, Naxçıvanda mərəçüyüd, mərəçöyüd, mərəvçə və s. adlandırırlar. Qulançar hələ 4000 il bundan əvvəl qədim Misirdə, daha sonra isə qədim Romada məlum idi.
Vaxtilə AMEA-nın Botanika İnstitutunun və Mərkəzi Nəbatat Bağının əməkdaşlarının apardığı tədqiqatlar əsasında bu bitkidən karotinoid maddəsi alınıb. Tədqiqat işi nəticəsində onun tərkibində insan orqanizmi üçün daha çox xeyirli olan bir çox maddələr, o cümlədən karotinoid aşkarlanıb. Bu, bir çox bitkilərdən alınan karotinoidin miqdarından qat-qat çoxdur.
Karotinoid yüksək bioloji fəallığa (A vitaminin aktivliyinə) malik maddədir. O, orqanizmdə gedən maddələr mübadiləsində mühüm rol oynayır. Onun insan orqanizmində çatışmaması böyümə və inkişafın ləngiməsinə, gözün görmə qabiliyyətinin azalmasına, müxtəlif xəstəliklərə, xüsusən yoluxucu xəstəliklərə qarşı müqavimətin zəifləməsinə, mədə-bağırsaq sisteminin selikli qişasının aşınmasına və s. səbəb olur. Karotinoidlər müxtəlif mənşəli xərçəng xəstəliklərinin müalicəsində və profilaktikasında geniş tətbiq edilir. Həmçinin orqanizmin qocalmasının qarşısını alır. Eyni zamanda, yeyinti, kosmetika və başqa sənaye sahələrində, yüksək bioloji fəallığa malik məhsulların hazırlamasında, onların saxlanma müddətinin artırılmasında, xarici görkəmlərinin yaxşılaşdırılmasında geniş istifadə edilir.
Milli.Az

/news.milli.az

Xəbərlər     Baxılıb: 1392   Tarix: 13 may 2020
f Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır

Quşüzümü və mərcangilə hipertoniya və aterosklerozun yaranmasının qarşısını almağa kömək edir, eləcə də sidik yolu infeksiyalarına qarşı profilaktik vasitə kimi xidmət edir. -a istinadən xəbər verir ki, bu barədə rusiyal

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər. -a istinadən xəbər verir ki, təxminən 100.00 qadından ibarət bir qrup üzərində işləyən tədqiqatçılar daha yüksə

.

Bu yaşda ət yemək ömrü uzadır

Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməkl

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvən

.

Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir

Yeməkdən sonra qısa müddətli gəzinti qan şəkərinin yüksəlməsini məhdudlaşdırmağa və sağlamlığa müsbət təsir göstərməyə kömək edə bilər. xəbər verir ki, mütəxəssislərin tövsiyəsinə görə, yeməkdən sonra ilk 15 dəqiqə ərzind

.

Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinin orqanizmə təsiri ilə bağlı yeni araşdırma aparılıb. London Kral Mariya Universitetinin alimləri müəyyən ediblər ki, kofein hüceyrələrin enerji çatışmazlığına cavab verən qədim mexanizmini aktivləşdirə bilər. Alimlə

.

Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)

Sosial şəbəkələrdə aşağı ferritin səviyyəsinin insanın xarici görünüşünə təsiri ilə bağlı paylaşımlar geniş yayılıb. İstifadəçilər solğun dəri, gözaltı tünd dairələr, saç tökülməsi və kövrək dırnaqları "ferritin üzü"

turlar.az

gozel gorunmek toy gecesi geyim seçimi seksual fotolar morugun faydasi günay musayeva yemisan faydasi kosmetika hakisdalar yumurta yuxuda qara ilan gormek hakistalar novruza aid